50
(nişasta, sellüloza, pektin maddələri), h e y v an (qlikogen, xitin) və b a k t e-
r i y a (dekstranlar) mənşəli polisaxaridlər aiddir. Heteropolisaxaridlərin
növləri daha çox olsa da, onların əksəriyyətinin strukturu nisbətən az
öyrənilmişdir. Lakin bu polisaxaridlərin də bioloji əhəmiyyəti kifayət qədər
böyükdür.
Polisaxaridlər irimolekullu üzvi birləşmələrdir. Buna görə, bütün irimole-
kullu üzvi birləşmələr kimi, polisaxaridlərdə də molekul strukturunun yüksək
səviyyəli mütəşəkkilliyi müşahidə edilir. Onların b i r i n c i l i və i k i n c i l i
strukturu ayırd edilir. Polisaxaridlərin birincili strukturunu monomer qalıq-
larının ardıcıllığı, ikincili strukturunu isə molekul zəncirinin üçölçülü fəzada
tutduğu vəziyyət müəyyənləşdirir. Polisaxaridlərin əksəriyyəti turş mühitdə
asanlıqla hidroliz reaksiyasına uğrayır, qələvi mühitdə isə davamlı olur.
Onların tam hidrolizi zamanı monosaxaridlər sərbəst hala keçir, natamam
hidrolizi zamanı isə müxtəlif molekul kütləsinə malik olan aralıq məhsullar
–
oliqosaxaridlər və o cümlədən, disaxaridlər əmələ gəlir.
Dostları ilə paylaş: