Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə36/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   137
Biokimyanın əsasları I cild

Hialuron turşusu

ən çox yayılmış və ətraflı öyrənilmiş heteropolisaxa-
ridlərdəndir; qığırdaq və buynuz toxuması müstəsna olmaqla, birləşdirici toxu-
manın bütün növlərinin ara maddəsinin tərkibinə daxildir; sinovial maye və 
göbək ciyəsi hialuron turşusu ilə xüsusən zəngindir. 
Hialuron turşusu adətən zülallarla kompleks birləşmə şəklində olur; bu 
komplekslərin molekul kütləsi bir neçə milyona qədərdir, təmiz hialuron 
turşusu isə nisbətən kiçik molekul kütləsinə (270000-500000) malik olan, suda 
həll edildikdə özlü kolloid məhlul (gel) əmələ gətirən maddədir. 
Hialuron turşusunun molekul zənciri N-asetil-

-d-qlükozaminlə 

-d-qlüku-
ron turşusunun 1:1 nisbətində növbələşən sırasından ibarətdir: burada aminşə-
kərlə qlükuron turşusu arasında 1,3 və 1,4-

-qlikozid rabitələri növbələşir 
(sxem 2.7). 
Sxem 2.7. Hialuron turşusu molekulunun fraqmenti 
 
Hialuron turşusunun hidrolizi zamanı qlükozamin, qlükuron turşusu və 
sirkə turşusu əmələ gəlir. Bu polisaxaridi toxumalardan duru qələvi məhlulu, 
fenol və trixlorasetat vasitəsilə ekstraksiya edirlər. Ekstraksiyadan sonra 
hialuron turşusu spirt vasitəsilə çökdürülür və zülallardan ayrılır. 
Hialuron turşusu birləşdirici toxumanın hüceyrəarası maddəsinə daxil olur 
və xarici mühitin zərərverici amillərinin toxumaya daxil olmasının qarşısını 
alır. Birləşdirici toxumanın baryer funksiyası əsasən buradakı hialuron 
turşusunun miqdarından və fiziki-kimyəvi xassələrindən asılıdır. Patogen mik-
roorqanizmlərin bir qrupunun ferment komplekslərinə hialuron turşusunu par-
çalayan fermentlər də daxildir; onların insan və heyvan toxumalarına daxil 
olmasının mexanizmi hialuron turşusunun depolimerizasiyası ilə əlaqədardır. 
Bəzi fiziki zərərverici amillərin (məsələn, radioaktiv şüaların) təsiri nəticəsində 
hialuron turşusunun parçalanması sürətlənir. Belə hallarda toxuma baryer-
lərinin keçiriciliyi artır və orqanizmin infeksiyaya qarşı müqaviməti azalır. 
Hialuron turşusu sinovial mayeyə xarakterik yağlılıq verir ki, bunun da 


60 
oynaqlara dəyən zərbələrin yüngülləşdirilməsi baxımından müəyyən əhəmiy-
yəti vardır. 
Hialuron turşusu fibroblast hüceyrələrdə sintez edilir. Yaraların və iltihabi 
proses nəticəsində zədələnmiş toxumaların çapıqlaşması zamanı fibroblastların 
fəallığı artır, onlarda sintez edilən hialuron turşusu və kollagen zədələnmiş 
sahələrin çapıq toxuması ilə tutulmasına şərait yaradır. Oynaq kontrakturala-
rının, xronik tendovaginitin, artrit və artrozların müalicəsi zamanı hialuro-
nidaza fermentindən toxumalarda toplanan hialuron turşusunun artıq miqdarını 
hidrolitik parçalanmaq və sorulmasına nail olmaq məqsədilə istifadə edilir. 
Heparin

insan və heyvan orqanizmində birləşdirici toxumanın tosqun 
hüceyrələrində sintez edilən bioloji aktiv maddədir; ilk dəfə qaraciyərdə aşkar 
edildiyinə görə 
heparin 
adı almışdır. Heparin qaraciyərdə başqa orqanlara 
nisbətən çox olur (hər 1 kq qaraciyər toxumasında 100 mq). Lakin orqanizmin 
demək olar ki, bütün toxuma və orqanlarında (qan, ağciyər, ürək, dalaq, qal-
xanabənzər vəzi, mədənin selikli qişası və s.) heparin aşkar edilmişdir. Heparin 
orqanizmin ən mühüm təbii antikoaqulyantıdır; əsas bioloji funksiyası qanın 
laxtalanmasının ləngidilməsi ilə əlaqədardır. Heparin həm bilavasitə, həm də 
orqanizmin təbii koaqulyant sisteminin əsas komponentlərindən biri olan 
antitrombin III-ün fəallığını artırmaq yolu ilə trombinin fəallığını azaldır və 
trombozların qarşısını alır. Bundan əlavə, heparin lipoproteinlipaza fermentinin 
fəallığını artırmaqla, lipid mübadiləsinə təsir göstərir. Onun təsirindən qanla 
piy hüceyrələri arasında lipid mübadiləsi tənzim edilir.
Heparin 

molekul kütləsi 16-20 min olan heteropolisaxariddir. Onun 
kimyəvi strukturu digər qlikozaminqlikanların strukturuna oxşardır. Heparinin 
molekul zəncirində də d-qlükozaminlə uron turşusu qalıqlarından ibarət olan 
disaxarid cütlüyü təkrarlanır. Hər monosaxarid cütündə 1 ədəd d-qlükozamin 
qalığı və 1 ədəd uron turşusu (ya d-qlükuron, ya da l-iduron turşusu) qalığı 
olur. Adətən l-iduron turşusu qalıqlarına d-qlükuron turşusuna nisbətən çox rast 
gəlinir. Disaxarid fraqmentlərinin daxilində ya 1,4-

-qlikozid rabitəsi (

-
qlükozaminlə l-iduron turşusu arasında), ya da 

-1,4-qlikozid rabitəsi (d-
qlükozaminlə d-qlükuron turşusu arasında) ola bilər (sxem 4.8). 

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin