Neytral mukopolisaxaridlər. Dəridə və birləşdirici toxumalarda turş
xassəli heteropolisaxaridlərdən başqa, tərkibində qlükuron və sulfat turşuları
olmayan və buna görə yuxarıda nəzərdən keçirilən qlikozaminqlikanlardan
fərqli olaraq, polianion xassəsi göstərməyən heteropolisaxaridlər də vardır.
Neytral heteropolisaxaridlər (mukopolisaxaridlər) adı almış bu birləşmələrin
molekul zəncirlərinə qlükozamin, qalaktoza, mannoza, l-fukoza, neyramin və
sial turşularının qalıqları daxil olur (l-fukoza, neyramin və sial turşuları
haqqında yuxarıda məlumat verilmişdir; səh. 42). Müəyyən edilmişdir ki,
həzm sistemi şirələrinin və müxtəlif selikli ifrazatların (burun, traxeya, uşaqlıq
boynu ifrazatları) tərkibinə daxil olan qlikoproteinlər neytral polisaxaridlərlə
zülalların kompleks birləşmələridir. Neytral polisaxaridlər turş polisaxarid-
lərdən fərqli olaraq, zülallarla davamlı kompleks birləşmələr əmələ gətirir.
Eritrositlərin membranları ilə rabitəli olan spesifik qan qrupu antigenləri
neytral lipopolisaxaridlərlə zülalların kompleks birləşmələridir. Bu antigenlərin
ümumi kütləsinini 15%-ni peptidlər; 85%-ni isə karbohidratlar təşkil edir. Qrup
amillərinin fərqli cəhətləri 4 qan qrupunu müəyyənləşdirsə də, onların kimyəvi
strukturu bir-birindən az fərqlənir. Bu amillərin zülal hissəsinin tərkibində
hidroksiturşular (serin, treonin) və prolin daha çox olur; bunlar bütün amin-
turşu qalıqlarının 50%-ə qədərini təşkil edir. Bu amillərin antigen xassə-
lərindəki fərqlər polisaxarid komponentinin tərkibindəki monosaxarid qalıq-
larının miqdar nisbətindən asılıdır. Onların hidrolizatında N-asetil-d-qlüko-
zamin, N-asetil-d-qalaktozamin, qalaktoza və l-fukoza daha çox olur. Qan
qrupu amillərinin karbohidrat və peptid komponentləri bir-birilə serin və
62
treoninin hidroksil qrupları vasitəsilə birləşir. Hər polipeptid zəncirinə tərki-
bində orta hesabla 21-23 monosaxarid qalığı olan 50-dən artıq polisaxarid
zənciri birləşir. Karbohidrat komponentlərinin molekul zəncirlərində uc hissədə
yerləşən və reduksiyaedicilik xassəsi olmayan monosaxarid qalıqları bu amil-
lərin qrup spesifikliyini müəyyənləşdirir.