61
vəziyyətdə olur; l-iduron turşusu qalıqlarında 2-ci, qlükozamin qalıqlarında
6-cı karbon atomları ilə sulfat turşusu qalıqları arasında efir rabitəsi olur,
d-qlükuron turşusu isə sulfatlaşmamış vəziyyətdə olur. Orta hesabla hər saxarid
fraqmentinə 2,5-3 ədəd sulfat turşusu radikalı düşür.
Heparin qanın tərkibində və toxumalarda zülal
komponenti ilə kompleks
birləşmə (proteoqlikan) şəklində olur. Onun zülal komponenti strukturuna görə,
məlum olan bütün zülallardan fərqlənir: bu zülalın peptid zənciri yalnız serin
və qlisin qalıqlarından ibarətdir; molekul kütləsi isə 5-15 min (bəzən 100 minə
qədər) olur. Onun tərkibində olan serin qalıqlarının
təxminən hər üçündən
birinin hidroksil qrupu heparinlə rabitəyə cəlb edilir. Burada peptid zəncirində
olan serin qalığının
–
OH radikalları ilə heparinin molekul zəncirinin sonlu-
ğunda olan d-ksiloza qalığı arasında efir rabitəsi yaranır (heparinin də molekul
zəncirinin son
hissəsi xondroitinsulfat kimi, tərkibinə d-ksiloza qalığı daxil
olan tetrasaxaridlə başa çatır).
Heparindən praktik təbabətdə trombozların müalicə və profilaktika vasitəsi
kimi istifadə edilir. Bundan əlavə, heparin bəzi ürək-damar sistemi xəstəlikləri-
nin və yanıq xəstəliyinin müalicəsi və donor qanının
sabitləşdirilməsi məq-
sədilə tətbiq edilir.
Trombositlərin və endotel hüceyrələrinin səthində (membranla rabitəli
vəziyyətdə) kimyəvi strukturuna və bioloji fəallığına görə heparinə oxşar olan
polisaxarid aşkar edilmişdir.
Heparan-sulfat
adlanan bu polisaxaridin strukturu
da,
heparin kimi, disaxarid fraqmentlərindən ibarətdir. Lakin onun tərkibində
asetil qruplarının sayı çox, sulfat qruplarının sayı isə nisbətən az olur.
Dostları ilə paylaş: