73
Qızılgülün və ətirşah yarpaqlarının tərkibində kimyəvi strukturuna görə
lanoloola yaxın olan
geraniol
və
sitronellol
adlı terpen törəmələri vardır. Bu
maddələrdən ətir istehsalında istifadə edilir.
Bitki qatranlarının tərkibində terpenlər qrupuna aid olan tsiklik və atsiklik
strukturlu spirtlər, karbohidrogenlər və turşular aşkar edilir. Məsələn fitol və A
vitamini (retinol) spirt xarakterli terpen birləşmələridir. Fitol təbiətdə sərbəst
halda olmur, lakin onun müəyyən dəyişikliyə uğramış formaları naftoxinonun
(K vitamini), tokoferolun (E vitamini) və xlorofilin strukturuna daxil olur.
Fitol
Qatran turşuları tsiklik strukturlu diterpen birləşmələri qrupuna aiddir.
İynəyarpaqlı bitkilərin qatranlarının ümumi kütləsinin 80%-ə qədərini empirik
formulu C
20
H
30
O
2
olan qatran turşuları təşkil edir. Terpentin bitkisinin
qatranını distillə etdikdə ondan skipidar yağı ayrılır və kanifol adlanan bərk
maddə qalır. Kanifolun əsas kütləsini qatran turşularının bir növü olan
abetin
turşusu
təşkil edir.
Qatran turşuları bir sıra kimyəvi xassələrinə
görə piy turşularına oxşardır. Onların Na və K
duzları sabun xassəsinə malikdir. Buna görə, kani-
foldan bəzən yüksək köpüklənmə xassəsi olan sa-
bunlar istehsal edirlər. Bundan əlavə, kanifol təsər-
rüfatın müxtəlif sahələrində işlədilən rezin, plastik
kütlə, süni gön, lak, boyaq maddələri və b. mate-
rialların istehsalı üçün istifadə edilir.
Tsiklik monoterpenlərdən mentol və kamfora-
nın böyük əhəmiyyəti vardır. Bu maddələr təbabət-
də müalicə vasitəsi kimi tətbiq edilir. Mentol tsiklik
monoterpen strukturlu spirt, kamfora isə bitsiklik monoterpen strukturlu
ketondur.
Dostları ilə paylaş: