Ali alifatik spirtlər, aldehidlər və ketonlar. Bunlar karbohidrogenlərin
oksi-törəmələridir. Əksər hallarda çoxkomponentli lipidlərin tərkibində, bəzən
isə sərbəst halda olurlar. Ali alifatik spirtlər mumların tərkib hissələridir.
Bunlara setil spirtini (C
16
H
33
OH) misal göstərmək olar. Ali alifatik aldehidlər
piy turşularının reduksiya məhsullarıdır; bunlar piy toxumalarının tərkibində
həm sərbəst, həm də birləşmiş şəkildə ola bilər. Doymamış alifatik aldehidlərə
asetalfosfatidlərin tərkibində təsadüf edilir. Ali alifatik ketonlar sərbəst halda
bakteriya lipidlərinin tərkibində olur; həşərat orqanizmlərinin bəzi bioloji aktiv
maddələrinin (feromonların) tərkibində ali alifatik ketonların şaxələnmiş
molekul zəncirinə malik olan növləri aşkar edilmişdir.
Ali çoxatomlu spirtlər. Molekul strukturuna bir neçə hidroksil qrupu daxil
olan kifayət qədər irimolekullu karbohidrogen törəmələri (ali poliollar) lipid
monomerlərinin olduqca kiçik qrupunu təşkil edir. Bunlar mikroorqanizmlərdə
nisbətən çox yayılmışdır və sadə və mürəkkəb diol lipidlərinin əmələ
gəlməsində iştirak edir.
Ali aminspirtlər. Lipid monomerləri arasında ali aminspirtlərin 2 növünə
təsadüf edilir. Sfinqolipidlərin tərkibinə daxil olan bu birləşmələrdən biri
sfinqozin, digəri isə dihidrosfinqozin adlanır. Adlarından məlum olduğu kimi,
bu aminspirtlərin kimyəvi strukturlarında oxşarlıq vardır: sfinqozin doymamış
aminspirtdir; dihidrosfinqozin isə birincinin hidrogenləşmiş (doymuş) forma-
sıdır.
72
Sfinqozin Dihidrosfinqozin Ali karbohidrogenlər. Bu qrupa daxil olan birləşmələri lipidlərin ən sadə
strukturlu formaları (təkkomponentli lipidlər) hesab etmək olar. Müxtəlif
mikroorqanizmlərdə ali karbohidrogenlərin normal, şaxəli molekul zəncirinə
malik olan və doymamış formalarına rast gəlmək mümkündür. Yüksəktəka-
müllü canlılar üçün bu birləşmələrin əhəmiyyəti yoxdur.