69
Bütün canlı növlərinin toxumalarından alınan lipidlərin tərkibində doymuş
turşularla birlikdə d o y m a m ı ş t u r ş u l a r da olur. 3.2.-ci cədvəldə bu
turşuların adları və strukturları verilmişdir. Cenevrədə qəbul edilmiş Bey-
nəlxalq nomenklaturaya görə, doymamış üzvi turşunun adı müvafiq doymuş
turşunun adının sonluğunu “-en” hecası ilə əvəz etmək yolu ilə düzəldilir. Buna
müvafiq olaraq, tərkibində iki, üç, dörd, beş ikiqat rabitə olan üzvi turşuların
adlarının sonluğu müvafiq surətdə “dien”, “trien”, “tetraen” və “pentaen” kimi
ifadə edilir; molekulda ikiqat rabitələrin yerini göstərmək üçün üzvi turşunun
adına müxtəlif işarələr əlavə edilə bilər. Məsələn,
9
işarəsi üzvi turşunun
molekulundakı ikiqat rabitənin karboksil qrupu olan tərəfdən sayıldıqda 9-cu
və 10-cu karbon atomları arasında yerləşdiyini,
6
işarəsi isə bu rabitənin üzvi
turşu molekulunun karbon zənciri sırasında metil qrupu tərəfdən 6-cı və 7-ci
atomlar arasında olduğunu ifadə edir.
Adətən lipidlərin tərkibində doymamış üzvi turşuların miqdarı doymuş
turşulara nisbətən çox olur. Poykiloterm (qeyri-sabit) temperaturlu orqanizm-
lərdə və bitkilərdə doymamış turşuların miqdarı xüsusilə çoxdur. Bu turşuların
ərimə temperaturu çox aşağı olduğuna görə, onların daxil olduğu lipidlərin də
ərimə temperaturu kifayət qədər aşağıdır (5
˚
C və daha az). Məlumdur ki,
poykiloterm orqanizmlərin bədən temperaturu xarici mühitin temperaturundan
asılıdır. Buna görə, onların orqanizmində olan piylərin ərimə temperaturunun
aşağı olmasının bioloji əhəmiyyəti vardır.
Bitki mənşəli yağ turşularının strukturunda 2 və daha artıq ikiqat rabitə
olduqda onlar çox vaxt bir-birinə birləşmiş (
−
CH=CH
–
CH=CH
–
) vəziyyətdə
olur; buna konyuqasiya vəziyyəti deyilir. Heyvan toxumalarından alınan
lipidlərdə isə ikiqat rabitələr divinilmetan (
–
CH=CH
–
CH
2
–
CH=CH
–
) qrupu
şəklində yerləşir. Görünür, bunların bioloji membranların strukturu üçün
müəyyən əhəmiyyəti vardır.
Təbiətdə geniş yayılmış bütün doymamış piy turşuları otaq temperaturunda
maye halında olur. Onların molekul zəncirlərində ikiqat rabitələrin sayı nə
qədər çox olarsa, ərimə temperaturları bir o qədər aşağı, qeyri-polyar
həlledicilərdə həllolma qabiliyyətləri bir o qədər yüksək olur (cədvəl 3.3).
Dostları ilə paylaş: