83
Fosfolipidlər heyvan və bitki orqanizmlərində geniş yayılmışdır, mikro-
orqanizmlərdə isə lipidlərin ümumi kütləsinin əsas hissəsini təşkil edir. Piy və
yağlardan fərqli olaraq, fosfolipidlərin əsas hissəsi hüceyrə membranlarının
strukturuna daxil olur; onların yalnız cüzi hissəsi ehtiyat üçün toplanır. Beyin
toxuması, ürək, qaraciyər, yumurta sarısı, balıq kürüsü və bitkilərin toxumaları
fosfolipidlərlə zəngindir. İnsanın və onurğalı heyvanların sinir toxumasında
fosfolipidlərin miqdarı xüsusilə çoxdur.
Fosfolipidlər hüceyrələrin sitoplazmatik membranlarının və hüceyrə
orqanoidlərinin (nüvə, endoplazmatik şəbəkə, ribosomlar, mitoxondrilər) mem-
branlarının əsasını təşkil edir. Müxtəlif maddələrin (xüsusən piy və yağların)
bir toxumadan digərinə daşınmasında fosfolipidlərin mühüm rolu vardır. Onlar
çox vaxt zülallarla kompleks birləşmə (fosfolipoprotein) şəklində olurlar.
Fosfolipidlərlə lipidlərin digər növləri arasında müəyyən oxşarlıq vardır.
Lakin bəzi fiziki-kimyəvi xassələri onları digər lipidlərdən fərqləndirir. Bu
birləşmələrin müxtəlif növlərinin üzvi həlledicilərdə həllolma qabiliyyəti eyni
deyil: bəziləri efirdə, bəziləri benzolda, digərləri isə etil spirtində həll ola bilir.
Lakin fosfolipidlər adətən asetonda həll olmur. Bu, fosfolipidlərin molekulla-
rındakı polyar kimyəvi radikallarla izah edilir. Fosfolipidlərin həllolma qa-
biliyyətindəki fərqli cəhətlərdən onları lipidlərin başqa növlərindən ayırmaq
məqsədilə istifadə edirlər.
Fosfolipidlər suda həll olmur, lakin uzun müddət su mühitində saxlanıldıq
-
da şişirlər; onlar hava oksigeninin təsiri altında tədricən oksidləşib rənglərini
dəyişirlər (sarımtıl-yaşıl və ya qəhvəyi rəng alırlar). Bu, fosfatidlərin struktu-
runda ikiqat rabitələrin olması ilə izah edilir. Kimyəvi strukturlarına görə, fos-
folipidləri 2 qrupa bölmək olar: 1)
qliserofosfolipidlər
; 2)
sfinqofosfolipidlər
.
Aşağıda bu qruplar haqqında məlumat verilir.
Dostları ilə paylaş: