91
COOH,
nervon
–
CH
3
–
(CH
2
)
7
–
CH=CH
–
(CH
2
)
13
–
COOH və hidroksinevron
turşuları aşkar edilmişdir. Serebrozidlərin bir qrupunun
molekul strukturunda
sulfat radikalları da olur. Bunlara sulfolipidlər və ya sulfoserebrozidlər (və ya
sulfoqalaktozidlər) deyilir.
Sulfoserebrozidlərin molekul strukturunda sulfat turşusu qalığı qalakto-
zanın 3-cü karbon atomu ilə rabitəli olan hidroksil radikalına birləşir. Onlar
kəskin turş reaksiyalı olur və kationlarla asanlıqla birləşir.
Belə güman edilir
ki, sulfoserebrozidlər (sulfolipidlər) kationların sinir hüceyrələrinin və liflərinin
membranlarından keçirilməsinə yardım göstərir. Buna görə, sinir sisteminin
normal elektrokimyəvi potensiallarının yaranmasında
sulfolipidlərin mühüm
rolu vardır.
2. Seramidoliqosaxaridlər
–
qlikosfinqolipidlərin molekul strukturuna
heterooliqosaxaridlər daxil olan formalarıdır.
Kimyəvi strukturuna görə,
seramidtrisaxaridlər, seramidtetrasaxaridlər və b. ayırd edilir. Bunların mole-
kullarında oliqosaxaridlərlə seramid arasında qlikozil rabitəsi olur.
3. Qanqliozidlər
–
kimyəvi strukturlarına görə seramidoliqosaxaridlərə
bənzəyir. Lakin bunların molekul strukturunda bir
və ya bir neçə sial turşusu
qalığı da olur. Qanqliozidlər serebrozidlərdən fərqli olaraq, beynin boz
maddəsində toplanır. Boz maddədə olan lipidlərin 6%-ə qədərini qanqliozidlər
təşkil edir. İnsan beynində aşkar edilən qanqliozidlərin
tərkibində olan sial
turşularının əsas növü
–
N-asetilneyramin turşusudur.
Molekul strukturuna
daxil olan neyramin (sial) turşularının sayına görə, monosialqanqliozidlər,
disialqanqliozidlər, trisialqanqliozidlər və s. ayırd edilir. Onların
tərkibində
seramid (asil-sfinqozin) və N-asetilneyramin turşusundan başqa, d-qalaktoza,
N-asetilqlükozamin və N-asetilqalaktozamin qalıqları olur.
Neyramin turşu-
larının sayı 1-dən 5-ə qədər ola bilər. Qanqliozidlərin strukturuna daxil olan
seramid çox vaxt sfinqozinlə stearin turşusunun birləşməsi şəklində olur. Aşa-
ğıda insan bağırsağının epitel hüceyrələrinin membranında aşkar edilmiş
qanqliozidlərdən birinin sxematik strukturu təsvir edilmişdir. Bu qanqliozid
vəba toksininin reseptorudur.
Sxemdən göründüyü kimi, qanqliozidlər karbohidrat komponenti ilə zəngin
olan mürəkkəb lipidlərdir. Molekullarına daxil olan karboksil qrupları
qanqliozidlərə kəskin turş xassə verir. Əsasən
beynin boz maddəsinin hücey-
rələrində və neyroqliya hüceyrələrində toplansalar da, qanqliozidlərə orqa-
nizmin digər hüceyrələrinin membranlarında da təsadüf edilir. Onlar başlıca
olaraq, membran reseptoru funksiyası daşıyırlar.
Серамид (
N-
асилсфингозин)
Глцкоза
Галактоза
N-
Асетилгалак
-
тозамин
Галактоза
Нейрамин туршусу