Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə56/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   137
Biokimyanın əsasları I cild

3.4.2. SFİNQOFOSFOLİPİDLƏR 
Sfinqofosfolipidlər (sfinqomielinlər) 
molekul strukturuna sfinqozin spirti 
daxil olan fosfolipidlərdir. Onların kimyəvi strukturlarında həm qliserofos-
folipidlərlə, həm də qlikosfinqolipidlərlə oxşar cəhətlər vardır. Sfinqofosfo-
lipidlərdən fərqli olaraq, qlikosfinqolipidlərin strukturunda fosfat turşusu qalığı 
və karbohidrat törəmələri müşahidə edilmir. Bu baxımdan sfinqofosfolipidlər 
qliserofosfolipidlərə daha çox oxşayır. Onların strukturunda fosfatid turşu-
sunun tərkibinə daxil olan qliserini doymamış 
sfinqozin
spirti və ya onun 
doymuş törəməsi dihidrosfinqozin əvəz edir.


89 
Sfinqofosfolipidlərin ən çox təsadüf edilən növlərinin tərkibində 18 karbon 
atomu zəncirinə malik sfinqozin qalığı olur. Lakin bəzən sfinqozinin molekul 
zəncirində 16, 17, 19 və 20 karbon atomu olan analoqlarına da təsadüf edilir. 
Onun molekulunda ikiqat rabitənin ətrafında yerləşən hidrogen radikalları 
trans-vəziyyətində olur, asimmetrik karbon atomlarının ətrafında yerləşən 
əvəzedicilərin vəziyyəti isə d-konfiqurasiyasına uyğun gəlir. 
Sfinqozinin N-asil törəmələri 
seramidlər 
adlanır. Bunlara, demək olar ki, 
bütün heyvan və bitki toxumalarında rast gəlinir. Lakin sərbəst seramidlərin 
toxumalardakı miqdarı olduqca azdır. Seramidlər həm sfinqofosfatidlərin, həm 
də qlikosfinqolipidlərin tərkibinə daxil ola bilir. Adı çəkilən törəmələrin birinci 
qrupu (sfinqofosfolipidlər) daha geniş yayılmışdır. Bunların əsas növlərinin 
molekul strukturunda seramid qalığı ilə fosfoefir rabitəsi vasitəsilə birləşən 
xolin qalığı olur. Bu birləşmələr strukturlarına görə fosfatidilxolinlərə bənzəyir, 
yəni onların da molekulunun bir tərəfində polyar xassəli xolin qalığı olur, 
molekulun digər iki uc hissəsini isə qeyri-polyar xassəli quyruqcuqlar təşkil 
edir: bunlardan birində efir rabitəsi vasitəsilə fosfat turşusu qalığına birləşmiş 
sfinqozinin karbohidrogen zənciri, digərində isə sfinqozinin azot atomu ilə 
rabitəli olan piy turşusu qalığı olur.
sfinqozin seramid (R-piy turşusu radikalıdır) 
 
 
 
sfinqofosfolipid (sfinqomielin) molekulu 
Sfinqofosfolipidlər sinir toxumasında xüsusilə geniş yayılmışdır. Onlar 
əsasən sinir liflərinin mielin qişasının tərkibinə daxil olurlar (onların ikinci adı 

sfinqomielin

buradan götürülmüşdür).
Sfinqomielinlərin sinir toxumasında toplanması baş beyninin təkamül 
prosesindəki inkişafı (filogenezi) ilə əlaqədardır. Aşağıtəkamüllü heyvanlarda 
(məsələn, dəniz molyusklarında və milçəklərdə) sfinqofosfolipidlərin onurğalı 
heyvan orqanizmi üçün xas olan (xolin qalıqlarına malik) forması olmur. 
Onlarda xolinin əvəzində etanolamin olur; qarınayaqlılar cinsindən olan mol-
yusklarda və soxulcanlarda isə ümumiyyətlə, sfinqofosfolipid aşkar edilməyib. 
Sfinqofosfolipidlər aşağı təkamüllü onurğalıların orqanizmində bütün fosfolipid-
lərin 4%-ə qədərini, ali məməlilərin orqanizmində isə 

10-12%-ni təşkil edir.
Orqanizmin fərdi inkişafı dövründə də sfinqofosfolipidlərin sintez sürətin-
də dəyişikliklər baş verir. İnsanda sinir liflərinin mielinləşməsi yenidoğulma 


90 
dövrünün ilk günlərində başlayır və bətndənkənar inkişaf dövrünün ilk 4 ayı 
ərzində davam edir (buna mielinləşmə dövrü deyilir; müxtəlif məməlilərin 
mielinləşmə dövrünün müddəti bir-birindən fərqlənir). Orqanizmdə sfinqo-
mielinlərin əsas kütləsi mielinləşmə dövründə toplanır. Fərdi inkişafın sonrakı 
mərhələlərində sfinqomielinlərin (və digər sfinqolipidlərin) sintezi beynin 
kütləsinin artması və ali sinir fəaliyyətinin inkişafı ilə əlaqədar olur.
Sfinqomielinlərin əsas kütləsi sinir toxumasında toplansa da, ona başqa 
orqan və toxumalarda da rast gəlinir. Məsələn, qaraciyərdə, ağciyərlərdə, da-
laqda, böyrəklərdə və b. orqanlarda sfinqomielin olur; qan plazmasında və erit-
rositlərin membranlarında sfinqolipidlər lipidlərin ümumi kütləsinin müvafiq 
surətdə 

8-15 və 30-40%-ni təşkil edir.

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin