Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə52/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   137
Biokimyanın əsasları I cild

1.
Fosfatidilxolinlər

qliserofosfolipidlərin ən geniş yayılmış növləridir. 
İlk dəfə yumurta sarısından (K.Dyakonov, 1867) alındığına görə, əvvəllər bun-
lara 
lesitinlər
də deyilirdi (yunanca: 
lekitos

yumurta sarısı). İnsan orqaniz-
mində fosfatidilxolinlər beyin toxumasının və periferik sinirlərin tərkibinə da-
xildir; qanda və digər toxumalarda da az miqdarda fosfatidilxolin vardır. Bitki 
mənşəli ərzaq maddələrindən soya, günəbaxan toxumu, buğda fosfatidilxolinlə 
zəngindir. Bakteriyalarda isə fosfatidilxolinlərə nadir hallarda təsadüf edilir.
Fosfatidilxolinlər fosfatid turşusu ilə xolinin mürəkkəb efirləridir. Onların 
tərkibində olan aminspirt 

xolin güclü qələvi xassəsinə malikdir və turşularla 
reaksiyaya girib, duz əmələ gətirə bilir. Xolin 

fizioloji aktiv maddədir; or-
qanizmdə həm sərbəst şəkildə, həm də müxtəlif birləşmələrin tərkibində olur. 
Onun ən əhəmiyyətli fizioloji aktiv törəmələrindən biri olan asetilxolin sinir 
sisteminin mediatorudur. Bundan əlavə, xolin orqanizmdə baş verən biokim-
yəvi proseslərdə metil qruplarının donoru kimi iştirak edir.
Fosfatidilxolin molekullarında fosfat turşusu ilə xolin arasında mürəkkəb 
efir rabitəsi olur. Fosfat turşusu qalığının qliserin molekulu ilə birləşdiyi 
karbon atomunun sıra nömrəsindən (1 və ya 2) asılı olaraq, fosfatidilxolinlərin 
2 qrupu (

- və 

-) ayırd edilir. 
xolin

-fosfatidilxolin 


85 

-fosfatidilxolin 
Fosfatidilxolinlər ağ rəngli, mumabənzər maddələrdir, etil spirtində və 
efirdə yaxşı həll olur, asetonda isə həll olmurlar; qələvi təsirindən asanlıqla 
hidroliz olunurlar. Onların hidrolizi zamanı çox vaxt 

-fosfoqliserin əmələ 
gəlir. Bu, təbiətdə geniş yayılmış fosfatidilxolinlərin əksəriyyətinin 

-struktur-
lu olduğunu göstərir. 

-Fosfatidilxolinlərin hər bir növünün 2 stereoizomeri ola 
bilər; bu, qliserin qalığında olan 2-ci karbon atomunun müxtəlif radikallarla 
birləşməsi nəticəsində asimmetrik mövqeyə malik olması ilə əlaqədardır. Bu-
nun nəticəsində fosfatidilxolinlər optik fəallığa da malik olurlar. 

-Fosfatidil-
xolin molekullarında alifatik turşu radikallarının hər ikisi eyni olduqda 
asimmetriklik pozulur və belə molekullar optik fəallığa malik olmur.
Fosfatidilxolin molekulundakı doymamış üzvi turşu hidroliz edildikdə 
lizofosfatidilxolin (lizolesitin) adlanan hemolitik təsirli maddə əmələ gəlir. 
Kobra cinsindən olan ilanların zəhərində göstərilən reaksiyanı kataliz edən 
spesifik fosfolipaza fermenti (fosfolipaza B) vardır. İlan sancmış xəstənin 
eritrositlərinin parçalanması (hemoliz) həmin fermentin təsiri ilə izah edilir. 

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin