Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə51/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   137
Biokimyanın əsasları I cild

3.4.1.1. Qliserofosfolipidlər 
Qliserofosfolipidlərin molekul strukturunun əsasını 
fosfatid turşusu
təşkil 
edir. Fosfatid (və ya diqliseridfosfat) turşusunun tərkibinə bir-birinə efir 
rabitəsi ilə birləşmiş qliserin, iki alifatik turşu molekulu qalığı və bir fosfat 
turşusu qalığı daxildir. Fosfat turşusu qalığının qliserin molekulunda olan 
karbon atomlarının hansı ilə birləşməsindən asılı olaraq, fosfatid turşusunun 


və 

-izomerləri ayırd edilir. Təbii mənbələrdən alınan fosfolipidlərin tərki-
bində, bir qayda olaraq

-fosfatid turşusuna rast gəlinir. Qliserofosfolipidlər 
fosfatid turşusundan molekul strukturuna polyar xassəli əlavə komponentlərin 
daxil olmasına görə fərqlənir. Aşağıda onların sxematik strukturunun təsvirini 
veririk. Burada R
1
və R
2
piy turşusu radikalları, X isə polyar radikaldır. Polyar 
radikal çox vaxt bu və ya digər azot əsasından ibarət olur.
Təbii qliserofosfolipidlərin əksəriyyətinin molekul strukturunda qliserin 
qalığının birinci karbon atomu doymuş, ikinci karbon atomu isə doymamış piy 
turşusu ilə rabitəli olur (doymuş turşunun molekul zəncirinə 16-18, doymamış 
turşunun molekuluna isə 16-20 karbon atomu daxil ola bilər). 


84 


 
- fosfatid turşusu
 


 
- fosfatid turşusu qliserofosfolipid 
Fosfatid turşusu sərbəst şəkildə yalnız bitkilərdə və olduqca az miqdarda 
olur. Lakin bu turşu həm bitkilərdə, həm də insan və heyvan toxumalarında 
qliserofosfolipidlərin biosintezinin aralıq məhsuludur. Onun tərkibində olan 
fosfat turşusu qalığı müxtəlif polyar xassəli kimyəvi radikallarla mürəkkəb efir 
rabitəsinə girə bilir. Qliserofosfolipidlərin müxtəlif tipləri bir-birindən həmin 
polyar qrupların növünə görə fərqlənir. Eyni zamanda hər bir qliserofosfolipid 
tipinin bir-birindən tərkibindəki 2 piy turşusu qalığının növünə görə fərqlənən 
müxtəlif formaları vardır.
Polyar qrupunun kimyəvi strukturundan asılı olaraq, qliserofosfolipidlərin 
aşağıdakı tipləri ayırd edilir: 1) fosfatidilxolinlər; 2) fosfatidiletanolaminlər;
3) fosfatidilserinlər; 4) fosfatidilinozitlər; 5) fosfatidilşəkərlər; 6) fosfatidilqli-
serinlər; 7) plazmalogenlər 
(fosfatidallar)

Heyvanların və ali bitkilərin toxumalarında fosfatidilxolinlər və fosfa-
tidiletanolaminlər daha geniş yayılmışdır.

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin