III FƏSİL
LİPİDLƏR
3.1. LİPİDLƏRİN ÜMUMİ XARAKTERİSTİKASI
VƏ TƏSNİFATI
Kimyəvi strukturlarına və bioloji funksiyalarına görə bir-birindən əsaslı
surətdə fərqlənən, lakin fiziki-kimyəvi xassələrinə görə oxşar olan bioüzvi
maddələrin böyük bir qrupu l i p i d l ə r adı altında birləşdirilir (yunanca:
l i p o s
–
yağ). Bu maddələrin bir qrupa daxil edilməsi ilk növbədə
həlledicilərə münasibətləri ilə əlaqədardır: lipidlər suda həll olmur, üzvi
həlledicilərdə (etanol, efir, benzol, xloroform və s.) isə asanlıqla həll olurlar.
Toxuma homogenatını bir və ya bir neçə üzvi həlledici ilə qarışdırdıqda, onun
tərkibində olan lipidlər asanlıqla məhlula keçir. Bu üsuldan bioloji materialda
olan lipidləri ayırmaq üçün istifadə edilir.
Lipidlərin əksəriyyəti piy turşularının qliserinlə və ya spesifik strukturlu
başqa spirtlərlə əmələ gətirdiyi mürəkkəb efirlərdir. Bundan əlavə, lipidlərin
bir sıra növlərinin molekul strukturuna fosfat turşusu, azot əsasları və karbo-
hidratlar daxil olur. Heyvan və bitki toxumalarından üzvi həlledicilər vasitəsilə
lipidlərin ekstraksiyası zamanı alınan qarışığın (ekstraktın) tərkibində çox vaxt
alifatik və politsiklik spirtlər, steroid hormonlar, prostaqlandinlər, bəzi kofer-
mentlər, həmçinin yağda həll olan vitaminlər aşkar edilir. Buna görə, əksər
müəlliflər həmin birləşmələri də lipidlər qrupuna aid edirlər. Beləliklə, bioüzvi
birləşmələrin lipidlər qrupuna aid edilməsində 3 meyar əsas götürülür: 1) üzvi
birləşmənin hidrofob xassəyə malik olması (yəni suda həll olmaması, üzvi
həlledicilərdə isə həll olması); 2) maddənin bioloji obyektdən alınması (bioloji
mənşəli olması); 3) molekul strukturunda alkil radikallarının (birvalentli
doymuş karbohidrogen radikalı) və ya tsiklik karbohidrogen radikalının olması.
Lipidlərin təsnifatı.
Lipidlərin müxtəlif prinsiplərə əsaslanan təsnifatları
vardır. Bunların bir qrupunda lipidlərin
struktur-kimyəvi
əlamətləri, digər
qrupunda
fiziki-kimyəvi xassələri
, üçüncü qrupunda isə
fizioloji əhəmiyyəti
əsas
götürülür. S t r u k t u r - k i m y ə v i xassələrə əsaslanan təsnifat üzrə
bölgüdə lipidlərin əsas növlərinin qələvi mühitdə hidroliz olunaraq, piy
turşularının duzlarına, yəni sabunlara çevrilməsi əsas götürülür. Bu baxımdan
lipidlərin 2 qrupu
–
s a b u n l a ş a n və s a b u n l a ş m a y a n l i p i d l ə r
–
ayırd edilir. Sabunlaşmayan lipidlərə həm də t ə k k o m p o n e n t l i lipidlər
deyilir. Çünki, onlar hidroliz prosesinə uğramır və bu şəraitdə özlərini bircinsli
birləşmə kimi aparırlar. Sabunlaşan lipidlər qrupuna ikikomponentli (sadə
lipidlər) və hidroliz zamanı bir neçə komponentə parçalanan (mürəkkəb
lipidlər) üzvi birləşmələr aiddir. Onlar qliserinin və ya müxtəlif spesifik
strukturlu spirtlərin mürəkkəb efirləridir.
Lipidlərin
fiziki-kimyəvi təsnifatında
onların molekullarının polyarlığı əsas
götürülür. Bu baxımdan polyar və qeyri-polyar (neytral) lipidlər ayırd edilir.
Birinci qrupa ion yükünə malik olan lipidlər (məsələn, fosfolipidlər), ikinci
qrupa isə elektrik yükü daşımayan lipidlər (asilqliserinlər, xolesterol və onun
64
efirləri) aiddir.
F i z i o l o j i f u n k s i y a l a r ı n a görə, lipidlərin
ehtiyat, struktur
və
bioloji aktivliyə malik olan
növləri vardır. Ehtiyat lipidlər xüsusi piy
toxumalarında və hüceyrələrdə toplanır və lazım gəldikdə orqanizmin enerjiyə
ehtiyacının ödənilməsinə sərf edilir. Bunlar orqanizmin ən əsas enerji mənbəyi
-
dir. Orqanizm hər 1 q ehtiyat lipidin oksidləşməsi zamanı 39 kc (9,3kkal) enerji
əldə edir ki, bu da karbohidratların eyni miqdarının verdiyi enerjidən 2 dəfədən
də artıq çoxdur. Ehtiyat lipidlər adətən asilqliserin strukturuna malik olur.
Lipidlərin
mühafizəedici
əhəmiyyəti də vardır: dərialtı piy toxumasına toplanan
lipidlər istilik izolyatoru olmaqla, orqanizmi soyuğun təsirindən mühafizə edir.
Bu funksiyanın xüsusən qütb zonasının yaxınlığında yaşayan dəniz heyvanları
üçün böyük əhəmiyyəti vardır.
Struktur lipidləri
bioloji membranların, bitki və
həşəratların mühafizəedici örtüklərinin və onurğalı heyvanların dərisinin struk-
turuna daxil olur.
İnsan orqanizminin ümumi kütləsinin 10-20%-ni lipidlər təşkil edir. Orta
bədən kütləsinə malik olan insan orqanizmində 10-12 kq lipid olur; əsasən
bioloji membranların tərkibinə daxil olan struktur lipidlərinin miqdarı 2-3 kq-
dır. Orqanizmdəki lipidlərin qalan hissəsi isə ehtiyat üçün saxlanır. Ehtiyat
lipidlərin 98%-ə qədəri piy toxumasında olur. Hüceyrə membranlarının ümumi
kütləsinin 40%-ə qədərini lipidlər təşkil edir. Struktur lipidləri müxtəlif toxu-
malar arasında qeyri-bərabər paylanır. Sinir toxumasında bu lipidlərin miqdarı
daha çoxdur (ümumi miqdarın 20-25%-i qədər).
Kimyəvi strukturlarına və fiziki-kimyəvi xassələrinə görə lipidlər qrupuna
aid olan bir sıra birləşmələr (prostaqlandinlər, yağda həll olan vitaminlər, ubixi-
non, bəzi kofermentlər) orqanizmin funksiyalarının və biokimyəvi proseslərin
tənzimində iştirak edirlər. Lipidlərin
tənzimedici funksiyası
bundan ibarətdir.
Yuxarıda verilən təsnifatların (struktur-kimyəvi, fiziki kimyəvi, funk-
sional) hər birinin müəyyən üstün cəhətləri vardır. Lakin onların heç biri toxu-
malardan alınan lipid fraksiyalarının tərkibini tam dolğunluğu ilə əks etdirmir.
Bizim fikrimizcə, lipidlərin müxtəlif növlərinin struktur-kimyəvi və fiziki-
kimyəvi fərqlərini aydın təsəvvür etmək üçün, onları öyrənərkən adı çəkilən ilk
iki təsnifatın kombinasiyasından istifadə etmək daha əlverişlidir. Biz bu
prinsipə əsaslanaraq, lipid fraksiyasına daxil olan birləşmələri aşağıdakı 4
qrupa bölməyə üstünlük veririk (sxem 3.1).
1. L i p i d m o n o m e r l ə r i: bu qrupa aid olan birləşmələr həqiqi
lipidlərin hidrolizi zamanı alınan məhsullardır. Lakin toxumalarda həmin
birləşmələrin müəyyən hissəsinə sərbəst halda da təsadüf edilir;
2. T ə k k o m p o n e n t l i l i p i d l ə r
–
hidroliz reaksiyasına uğramayan
üzvi birləşmələrdir.
3. Ç o x k o m p o n e n t l i l i p i d l ə r: bu qrupa aid olan lipidlər hidroliz
olunduqda 2 və daha artıq xırdamolekullu birləşməyə parçalanır. Hidroliz məh-
sullarının növlərinə görə, bu qrupu 2 yarımqrupa
–
sadə
və
mürəkkəb lipidlərə
bölmək olar; birinci yarımqrupa hidroliz məhsulları arasında yalnız üzvi turşu-
lar və spirtlər (əsasən qliserin, nisbətən az hallarda isə ikiatomlu və ya təkatom-
lu spirtlər) olan hidrofob xassəli üzvi birləşmələr daxildir. Mürəkkəb lipidlərin
isə hidroliz məhsulları arasında sadə lipidlərin komponentlərindən əlavə, fosfat
turşusu, azot əsasları (xolin, serin, kolamin və s.) və b. maddələr aşkar edilir.
|