60
oynaqlara dəyən zərbələrin yüngülləşdirilməsi baxımından müəyyən əhəmiy-
yəti vardır.
Hialuron turşusu fibroblast hüceyrələrdə sintez edilir. Yaraların və iltihabi
proses nəticəsində zədələnmiş toxumaların çapıqlaşması zamanı fibroblastların
fəallığı artır, onlarda sintez edilən hialuron turşusu və kollagen zədələnmiş
sahələrin çapıq toxuması ilə tutulmasına şərait yaradır. Oynaq kontrakturala-
rının, xronik tendovaginitin, artrit və artrozların müalicəsi zamanı hialuro-
nidaza fermentindən toxumalarda toplanan hialuron turşusunun artıq miqdarını
hidrolitik parçalanmaq və sorulmasına nail olmaq məqsədilə istifadə edilir.
Heparin
–
insan və heyvan orqanizmində birləşdirici toxumanın tosqun
hüceyrələrində sintez edilən bioloji aktiv maddədir; ilk dəfə qaraciyərdə aşkar
edildiyinə görə
heparin
adı almışdır. Heparin qaraciyərdə başqa orqanlara
nisbətən çox olur (hər 1 kq qaraciyər toxumasında 100 mq). Lakin orqanizmin
demək olar ki, bütün toxuma və orqanlarında (qan, ağciyər, ürək, dalaq, qal-
xanabənzər vəzi, mədənin selikli qişası və s.) heparin aşkar edilmişdir. Heparin
orqanizmin ən mühüm təbii antikoaqulyantıdır; əsas bioloji funksiyası qanın
laxtalanmasının ləngidilməsi ilə əlaqədardır. Heparin həm bilavasitə, həm də
orqanizmin təbii koaqulyant sisteminin əsas komponentlərindən biri olan
antitrombin III-ün fəallığını artırmaq yolu ilə trombinin fəallığını azaldır və
trombozların qarşısını alır. Bundan əlavə, heparin lipoproteinlipaza fermentinin
fəallığını artırmaqla, lipid mübadiləsinə təsir göstərir. Onun təsirindən qanla
piy hüceyrələri arasında lipid mübadiləsi tənzim edilir.
Heparin
–
molekul kütləsi 16-20 min olan heteropolisaxariddir. Onun
kimyəvi strukturu digər qlikozaminqlikanların strukturuna oxşardır. Heparinin
molekul zəncirində də d-qlükozaminlə uron turşusu qalıqlarından ibarət olan
disaxarid cütlüyü təkrarlanır. Hər monosaxarid cütündə 1 ədəd d-qlükozamin
qalığı və 1 ədəd uron turşusu (ya d-qlükuron, ya da l-iduron turşusu) qalığı
olur. Adətən l-iduron turşusu qalıqlarına d-qlükuron turşusuna nisbətən çox rast
gəlinir. Disaxarid fraqmentlərinin daxilində ya 1,4-
-qlikozid rabitəsi (
-
qlükozaminlə l-iduron turşusu arasında), ya da
-1,4-qlikozid rabitəsi (d-
qlükozaminlə d-qlükuron turşusu arasında) ola bilər (sxem 4.8).
Dostları ilə paylaş: