Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр


 HETEROPOLİSAXARİDLƏR (QLİKOZAMİNQLİKANLAR)



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə34/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   137
Biokimyanın əsasları I cild

2.4.2. HETEROPOLİSAXARİDLƏR (QLİKOZAMİNQLİKANLAR) 
Heteropolisaxaridlərin polimerşəkilli molekul strukturlarının formalaşma-
sında 2 və daha artıq monosaxarid növü iştirak edir. İnsan orqanizmində olan 
heteropolisaxaridlərin hamısının tərkibinə heksozaminlər daxil olur. Buna görə 
onlara qlikozaminqlikanlar deyilir. Əvvəllər bu birləşmələr mukopolisaxaridlər 
adı altında öyrənilirdi. Onların əksəriyyətinin molekul strukturunda 2 müxtəlif 
monomer növü ardıcıl olaraq təkrarlanır və adətən bu monomerlərdən biri hek-
sozaminlər, digəri isə heksuron turşuları qrupundan olur. Bəzi heteropoli-
saxaridlərin tərkibinə sulfat turşusu qalıqları da daxil olduğuna görə, onlar 
polianion şəklində olub, kəskin turş reaksiya verirlər. Bu birləşmələrin suda 
məhlulları gel xassəli olur (mukopolisaxarid adı bununla əlaqədardır; latınca 
mucos 

 
selik sözündən). 
Orqanizmdə heteropolisaxaridlərin əksəriyyətinə zülallarla kompleks bir-
ləşmələr (proteoqlikanlar) şəklində rast gəlinir. Bunlar əsasən birləşdirici toxu-
manın ara maddəsinin tərkibinə daxil olurlar. Bunlardan heparin, xondro-
itinsulfatlar və hialuron turşusu nisbətən ətraflı tədqiq edilmişdir. Adı çəkilən 
polisaxaridlərin ümumi cəhətləri bundan ibarətdir ki, onların hamısının mole-
kullarının 2 yanaşı yerləşən monomerdən ibarət olan fraqmentində 1 uron 
turşusu (d-qalakturon, d-qlükuron və ya L-iduron turşusu) və 1 ədəd N-asetil-
heksozamin (N-asetilqlükozamin və ya N-asetilqalaktozamin) qalığı olur. Bun-
lardan başqa, birləşdirici toxumada neytral xassəli homopolisaxaridlərə (neytral 
mukopolisaxaridlər) də rast gəlinir. Aşağıda heteropolisaxaridlərin növləri 
haqqında məlumat veririk. 


58 
Xondroitinsulfatlar

bütün birləşdirici toxumaların tərkibinə daxildir
qığırdaq toxumasının quru kütləsinin 40%-ni xondroitinsulfat təşkil edir; bu 
birləşmələr dəridə, vətərlərdə, ürək qapaqlarında və arteriyaların divarlarında 
da geniş yayılmışdır. Toxumalarda xondroitinsulfat zülallarla birləşmiş 
(xondromukoid) şəkildə olur. 
Xondroitinsulfatın strukturunun əsasını N-asetil qrupuna malik olan 
xondrozin
adlı disaxarid təşkil edir; xondrozinin tərkibinə d-qlükuron turşusu 
və N-asetil-d-qalaktozamin daxildir; bunlar arasında 

-1,3-qlikozid rabitəsi 
olur, iki xondrozin qalığı isə bir-birilə 

-1,4-qlikozid rabitəsi vasitəsilə birləşir. 
Adlarından məlum olduğu kimi, xondroitinsulfatların tərkibinə sulfat turşusu 
qalıqları da daxildir; onların strukturuna daxil olan N-asetil-d-qalaktozamin 
qalıqları ilə sulfat turşusu qalıqlarının arasında efir rabitələri olur. Sulfat turşu
-
su N-asetilqalaktozaminin ya dördüncü, ya da 6-cı karbon atomu ilə birləşir. 
Bununla əlaqədar olaraq, bu birləşmələrin 2 növü 

xondroitin-4-sulfat və 
xondroitin-6-sulfat ayırd edilir. Aşağıda xondroitin-6-sulfatın strukturunun 
sxemi təsvir edilmişdir (sxem 2.6). Xondroitin-4-sulfat ondan yalnız sulfat 
turşusu qalığının yerinə görə fərqlənir.

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin