136
əmələ gəlir:
Spiralabənzər saplar şəklində olan polipeptid zəncirlərinin müxtəlif
hissələri və ya müxtəlif polipeptid molekulları disulfid rabitələrinin köməyilə
bir-birinə
birləşib, yumaqşəkilli fəza strukturu əldə edir. Disulfid rabitələri
zülalların turş hidrolizi zamanı parçalanmır, lakin reduksiyaedici maddələrin
təsiri nəticəsində parçalanır. Zülal molekullarında olan sistin qalıqları
reduksiya reaksiyaları zamanı 2
atom hidrogen qəbul edib, sistein qalıqlarına
çevrilir və molekulun müvafiq hissəsində polipeptid zənciri qırılır;
reduksiyaedicilərin təsiri nəticəsində bəzi zülalların öz ilkin bioloji xassələrini
itirməsi bununla izah edilir.
Hidrogen rabitəsi.
Zülal molekullarında polipeptid zəncirlərinin müxtəlif
hissələrini və ya müxtəlif polipeptid zəncirlərini bir-birilə
birləşdirən çoxlu
miqdarda hidrogen rabitələri olur. Bu rabitələr polipeptid zəncirlərində olan
=NH və =CO qruplarının elektrostatik cazibə qüvvələri sayəsində yaranır.
Polipeptid zəncirlərində olan = CO qrupları
qismən mənfi elektrik yükü əldə edir, =NH
qruplarının mənfi elektrik yükü isə zəif olur.
Bunun nəticəsində karbonil qrupundakı
oksigen atomunun
nisbətən sərbəst olan
elektronları hidrogenə doğru meyl edir;
oksigen və azot atomları arasında hidrogen
körpücüyü əmələ gəlir:
Hidrogen rabitəsi zülal molekullarının
kovalent rabitəli hidrogen
atomlarına malik olan başqa sahələrində də əmələ gələ bilər. Lakin bu rabitələr
bir qayda olaraq, qismən müsbət yüklənmiş hidrogen atomları ilə qismən mənfi
yüklənmiş oksigen atomları arasında yaranır. Bunlara a) iki hidroksil qrupu
arasında; b) ionlara dissosiasiya edən karboksil qrupu (
–
COOH) ilə tirozin
qalığının
–
OH qrupu arasında və s.) serin qalığının
–
OH
qrupu ilə peptid
rabitəsi arasında yaranan hidrogen rabitələrini misal göstərmək olar:
Hidrogen körpücüyü zülal molekulunda olan kovalent rabitələrə (peptid və
disulfid rabitələrinə) nisbətən 10-12 dəfə zəifdir. Akseptor funksiyası daşıyan
atomların mənbəyindən asılı olaraq, hidrogen rabitələrinin müxtəlif növləri də
möhkəmliyinə görə bir-birindən fərqlənir. Zülalların quruluşunun və bioloji
aktivliyinin qeyri-sabitliyi əsasən hidrogen rabitələrinin zəifliyi və fiziki-
kimyəvi amillərin təsiri altında asanlıqla parçalanması ilə əlaqədardır.
Dostları ilə paylaş: