GƏnc həmkarlar iTTİfaqi lideri MƏKTƏBİ” GƏnc iŞÇİLƏR ÜÇÜn kompleks proqram haqqinda layiHƏ



Yüklə 336,2 Kb.
səhifə4/4
tarix17.01.2017
ölçüsü336,2 Kb.
#472
1   2   3   4

DIQQƏT: ƏRİZƏNİ AYDIN YAZMAQ.

HƏR BİR İŞ ÜÇÜN AYRI ƏRİZƏ TƏLƏB OLUNUR.

MÜSABİQƏ İŞİNİN ÖZÜNDƏ MÜƏLLİFLƏR HAQQINDA MƏLUMAT OLMAMALIDIR.

ELEKTRON DAŞIYICISI İMZALANMALIDIR (MÜƏLLİF, İŞİN ADI, NOMİNASİYA, MÖVZU, TARİX).

BİR DAŞIYICIYA BİR NEÇƏ İŞİ YAZDIRMAQ OLAR.

HƏR BİR ÇARX, FOTOŞƏKİL, AUDİO YAZI VƏ YAXUD PLAKAT AYRICA FAYL İLƏ QEYD EDİLMƏLİDİR, BLOKLAR QƏBUL EDİLMİR.

AHİK-in İcraiyyə Komitəsinin

“____”__________2015-ci il tarixli

(pr. №___ b.__) qərarı

Gənc həmkarlar ittifaqı lideri məktəbi”



gənc işçilər üçün kompleks proqramın “Əməyin mühafizəsi” müsabiqəsinin ümumi əsasnaməsi

1. Ümumi müddəalar

1.1 Bu əsasnamə əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması üzrə səmərələşdirici təkliflər verən müsabiqənin statusunu və keçirilmə qaydalarını təyin edir.

1.2 Forumun təşkilatçısı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ( bundan sonra Həmkarlar İttifaqları), (Sahə HİRK-in, d. Strukturunun adı) və Gənclər Şurasıdır(GŞ).

1.3 Bu Əsasnamə Müsabiqənin keçirilmə qaydasını, iştirakçıların vəzifələrini, qaliblərin seçim meyarlarını(kriteriyaları) müəyyən edir və müsabiqə tədbirləri bitənə qədər fəaliyyət göstərir.
2. Müsabiqənin məqsəd və vəzifələri

2.1 Müsabiqənin məqsədi: həmkarlar ittifaqı üzvlərini əmək şəraitinin yaxşılaşdırılması və mühafizəsi üzrə işə cəlb etmək.

2.2 Müsabiqənin vəzifələri:


  • həmkarlar ittifaqına üzvlüyün motivasiyasının yüksəldilməsi;

  • gənc işçilər arasında həmkarlar ittifaqı imicinin yüksəldilməsi;

  • həmkarlar ittifaqlarının yaradıcı fəal üzvlərinin üzə çıxarılması;

  • verilmiş mövzularla bağlı gənclərin ideyalarının toplanması.

3. Müsabiqənin keçirilmə müddəti

3.1 Müsabiqə 2016-cı il_______dən___ə qədər keçirilir.

3.2 Müsabiqənin nəticələrini Təşkilat Komitəsi Sahə HİRK-in Sosial gənclər Forumu çərçivəsində yekunlaşdırır.


4. Müsabiqənin şərtləri

4.1 Müsabiqənin şərtlərinə müvafiq olaraq bütün sənədləri təqdim etmiş 29 yaşa qədər həmkarlar ittifaqı üzvləri müsabiqədə iştirak edirlər.

4.2 Müsabiqədə iştirak etmək üçün konkret bir müəssisədə( Müsabiqənin məqsəd və vəzifələrinə cavab verən konkret ixtisas üzrə) əməyin mühafizəsi şəraitinin yaxşılaşdırılması üzrə təkliflər hazırlamalı və vaxtında Təşkilat Komitəsinə təqdim edilməlidir.

4.3 Hər bir müsabiqə işinə tərtib edilmiş nümunə üzrə(əlavə №1) ərizə və Gənc həmkarlar ittifaqı lideri məktəbi- gənclər üçün proqram iştirakçılarının anketi əlavə olunmalıdır.

4.4 Layihənin müəllif komandası 3 nəfərdən artıq olmamalıdır.

4.5 Müsabiqədə iştirak etmək pulsuzdur. Müsabiqəyə təqdim edilmiş bütün işlərin müəlliflik hüquqları həmkarlar ittifaqlarına məxsusdur.

4.6 İşlərə olan texniki tələblər:


  • təkliflər Plakat formasında (A0 formatı - 841×1189 мм) izahediçı qeydlərlə şərh edilir, sxemlər və rəsmlərdən ibarət ola bilər. İzahedici qeydlərin həcmi A4 formatında (210×297 мм) və 2 səhifədən artıq olmamalıdır;

  • izahedici qeydlərin mətni kompüterin Microsoft Office Word proqramında bir faylda yığılmalı, keql 14, sətirlərarası interval - 1,5, şrift Times New Roman olmalıdır;

  • təkliflərin həcmi elektron formatda (izahedici qeyd, illüstrasiyalar və s.) 5 MB-ı keçməməlidir;

İzahedici qeyd işin və müəllifin (müəlliflərin) adları göstərilməklə başlamalıdır.

4.7 İşə dair digər tələblər:

  • təkliflərdə həqiqətə uyğun gəlməyən məlumatlar olmamalıdır (yoxlanmamış məlumatlar);

  • təkliflər Azərbaycan Respublikasının qanunvericiliyinə və Müsabiqənin mövzusuna zidd olmamalıdır.

4.8 Başqalarının ideyalarından (bütünlüklə və ya qismən) istifadə etmək qəti qadağandır. Bu şərtə əməl edilməyən hallarda işlər Müsabiqədən kənar edilir.
5. Müsabiqənin təşkili və keçirilmə qaydası

5.1 Müsabiqə işlərinin ekspert qiymətləndirilməsi, Müsabiqə qaliblərinin təyin edilməsi məqsədilə Sahə HİRK-i Müsabiqənin Təşkilat Komitəsini formalaşdırır.

5.2 Təşkilat Komitəsinin tərkibinə Sahə HİRK-nin və AHİK-in nümayəndələri, Gənclər Şuralarının üzvləri daxildir.

5.3 Müsabiqə işləri Müsabiqənin Təşkilat Komitəsi tərəfindən 2016-cı il ____ na qədər, Bakı ş., ____________________________ (tel.__________________) ünvanında qəbul edilir.

5.4 Bu Əsasnamənin 5.3-cü bəndində göstərilmiş müddətdən gec təqdim edilmiş Müsabiqə işləri qəbul edilmir, Müsabiqədə iştirak etməyə buraxılmır. İşlər elektron poçt vasitəsilə qəbul edilmir.



5.5 Müsabiqəyə təqdim edilmiş bütün işlər geri qaytarılmır və resenziya edilmir.
6. Müsabiqə qaliblərinin təyin edilməsi və onların mükafatlandırılması

    1. Hər bir müsabiqə işi aşağıdakı kriteriyalar üzrə qiymətləndirilir:

  • işin təqdim edilmiş mövzu ilə, müsabiqənin məqsəd və vəzifələri ilə uyğunluğu;

  • mövzunun məzmununun açılması və arqumentləşdirilməsi;

  • müsabiqə işinin pozitivliyi və kreativliyi, ideyanın yeniliyi, orijinallıq, düşüncə məharəti;

  • savadlılıq, dilin dəqiqliyi və anlaşılması, ifadə üslubu;

  • təkliflərin bütün maliyyə əsasları.

6.2 İşlər Təşkilat Komitəsi (TK) üzvlərinin ball sistemi ilə - hər kriteriya üzrə 1-dən 10 bala qədər qiymətləndirilir. TK qərarını qəbul etdiyi işlərin orta balına əsasən verir və TK sədrinin imzası ilə protokol formasında tərtib edilir.

6.3 Göndərilmiş işlər bu Əsasnamənin şərtlərinə müvafiq gəlmirsə, Müsabiqənin TK-si onları geri qaytara bilər.

6.4 Müsabiqənin nəticələri AHİK-in təşkil etdiyi gənclərin Sosial Forumunda elan ediləcək və AHİK-in rəsmi saytında (yaradılacaq Gənclər Şurası bölməsində) yerləşdiriləcəkdir

6.5 Müsabiqənin yekunları üzrə qaliblərə müsabiqənin hər bir istiqaməti üzrə I, II və III yerlər təyin ediləcək.

6.6 Müsabiqənin bütün iştirakçıları, tutduğu yerlər qeyd edilməklə diplom və qiymətli hədiyyələrlə təltif olunacaqlar.

6.7 Birinci yeri tutmuş işlərin müəllifləri AHİK-in təşkil etdiyi “Gənc həmkarlar ittifaqı lideri məktəbi”nin yekun tədris seminarında iştirak etmək hüququna malikdir.
7. Müsabiqə işlərinin istifadə edilməsi

7.1 Qaliblərin işləri:

  • reklamlarda yerləşdirilir;

  • AHİK-in keçirdiyi sosial informasiya kampaniyalarında istifadə edilir;

  • AHİK-in rəsmi saytında və informasiya səhifələrində, ölkə və regional KİV- lərdə (televiziya, dövrü mətbuat, internet şəbəkəsi) yerləşdirilir;

  • tədris məqsədilə, həmçinin metodiki və informasiya nəşrlərində istifadə edilir.


8. Digər şərtlər

8.1 İştirakçılar öz işlərini Müsabiqəyə təqdim edirsə, bu o deməkdir ki, onlar bu Əsasnaməyə müvafiq olaraq Müsabiqənin şərtləri ilə tam və sözsüz razıdırlar.

8.2 Əgər üçüncü şəxslərin, o cümlədən təqdim edilmiş işin müəllif sahibləri və birgə hüquqa malik olanlar öz narazılıqlarını, iddialarını və tələblərini irəli sürərlərsə, o zaman iştirakçı məsələni öz adından və öz hesabına həll etməyi üzərinə götürür.
9. Əlaqə informasiyası

9.1 Müsabiqənin keçirilməsinə cavabdeh: soyadı, adı, atasının adı, vəzifəsi, ünvanı, tel/faksı, elektron ünvanı.

9.2 Müsabiqənin kuratoru: AHİK-in təşkilat işləri və məlumat şöbəsinin mütəxəssisi, Gənclər Şurasının sədri Süleymanov Tural Yadulla oğlu, telefon: 492 66 93 (əlavə 371); Mobil: +994552813737; Faks: 4927268; E-mail: ahik_atuc@mail.ru

Əlavə № 1


Ərizə №__

(Təşkilat Komitəsi tərəfindən verilir)


Əməyin mühafizəsi” Müsabiqəsində iştirak etmək üçün ərizə

(2016-cı il)


Müəllif haqqında məlumat

1.

Soyadı, adı, atasının adı (tam bütünlüklə)




2.

Təvəllüdü




3.

Şəxsiyyəti təsdiq edən əsas sənədin nömrəsi, həmin sənədin verilmə tarixi və onu verən orqan haqqında məlumat




4.

Ev ünvanı (indeks, ölkə, şəhər,

küçə, ev, mənzil)






5.

Təhsil aldığı / işlədiyi yerin tam hüquqi adı




6.

Kurs / ixtisası




7.

Həmkarlar ittifaqında vəzifəsi




8.

Ev telefonu (kod, abunəçi №-si)




9.

Mobil telefonu (kod, abunəçi №-si)




10.

E-mail




Müsabiqə işi haqqında məlumat

1.

Müsabiqəyə təqdim edilmiş işin adı




2.

İşin izahı (annotasiya: materialların siyahısı, əsas ideya, yaranma tarixi)




Həmkarlar ittifaqı üzvü (Hİ), Hİ təşkilatçısı, müəssisə / fakültə Hİ təşkilatının sədri, Hİ-nın ştatında olan işçi.


Müsabiqəni şərtləri ilə tanış oldum və razıyam. Bir müəllif kimi, müsabiqəyə təqdim etdiyim işin pulsuz olaraq internet saytında yerləşdirilməsinə, televiziya və radio verilişlərində istifadə edilməsinə, həmçinin d. kütləvi informasiya vasitələrində, o cümlədən qeyri kommersiya məqsədilə Müsabiqəyə həsr edilmiş nəşrlərin çap edilməsinə etiraz etmirəm.

İmza:___________________ Ərizənin verilmə tarixi: “__”____________201_ - ci il



DIQQƏT: ƏRİZƏNİ AYDIN YAZMAQ.

HƏR BİR İŞ ÜÇÜN AYRI ƏRİZƏ TƏLƏB OLUNUR.

MÜSABİQƏ İŞİNİN ÖZÜNDƏ MÜƏLLİFLƏR HAQQINDA MƏLUMAT OLMAMALIDIR.

ELEKTRON DAŞIYICISI İMZALANMALIDIR (MÜƏLLİF, İŞİN ADI, NOMİNASİYA, MÖVZU, TARİX).



BİR DAŞIYICIYA BİR NEÇƏ İŞİ YAZDIRMAQ OLAR.

HƏR BİR ÇARX, FOTOŞƏKİL, AUDİO YAZI VƏ YAXUD PLAKAT AYRICA FAYL İLƏ QEYD EDİLMƏLİDİR, BLOKLAR QƏBUL EDİLMİR.
Yüklə 336,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin