Güney azərbaycan folkloru I kitab təbriz, Yekanat və Həmədan ərazi­lərindən



Yüklə 2,44 Mb.
səhifə170/195
tarix01.01.2022
ölçüsü2,44 Mb.
#105028
1   ...   166   167   168   169   170   171   172   173   ...   195
Quşların gəlməsinə yozmalar
Baharın əvvəllərində hop-hop gələrdi. Camaat içində onun gəlməyin müjdə kimi sanar, ona şadquş deyərdilər. Onun nəğ­mə­sin eşidənlər şad olub, onu güllərin, çiçəklərin xəbərçisi bilirdilər.

Bayquş quşu ki, onun adına sayquş və xeyir quşu da deyirdilər, xarabalarda yuva salar. Əgər o quş birinin evinin damına, ya həyətinin ağacına qonub həzin səslə oxusaydı, ev sahibi çox qorxardı. Tez evdə olan yeməlilərdən, o cümlədən, çörək, pendir, kərə, balaca qab su, bir boşqab buğda bir siniyə qoyub, bayquş oturan yerə aparıb deyərdi:



“Ay Allahın qulu, gəlibsən, xoş gəlibsən, səni and verirəm Allahın yolladığı Qurana, əgər acsan, buyur çörək ye, əgər susuzsan su iç, bizə xeyirliyə gəl, xeyir xəbər gətir, gülə-gülə get”. Quş da ev sahibi danışdıqcan ona diqqət eyləyərdi. Əgər ev sahibinin sözü qurtarana kimi quş qanadların bir-bir yenə çalıb, bir şad səslə səslənsəydi, oynaya-oynaya getsəydi, ev sahibi deyirdi ki, şad xəbər, müjdə gətirib. Bəzi vaxtlarda quş baxıb-baxıb qəmli səslə ev sahibini narahat edərdi.

Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin