Güney azərbaycan folkloru I kitab təbriz, Yekanat və Həmədan ərazi­lərindən



Yüklə 2,44 Mb.
səhifə167/195
tarix01.01.2022
ölçüsü2,44 Mb.
#105028
1   ...   163   164   165   166   167   168   169   170   ...   195
İt qusdu oyunu: Uşaqların ikisi bir ayrısını tutardılar. Biri onun başından, biri də ayağından yapışardı. Onu tuluq kimi oyan- buyana tərpədib deyirdilər:

İt qusdu, hay it qusdu,

İtim dərədə qusdu,

Bir tikə kutu yemişdi,

Onu da dərədə qusdu.

Sonra uşağı yerə qoyardılar, oyun qurtarardı.


* * *

Bu oyunu oynamaq üçün uşaqlar hamısı kürsü başına yığışardı. Hamı iki əlin kürsünün üstünə qoyardı, biri oxuyardı: Motala-motal, tərsə motal, yel atar, tutar, göy quşum göyər­çinim, ağ quşum ağarçınım, vur nağara, çıx çırağa.

Biri bu sözləri deyir, barmağını bir-bir uşaqların əlləri üstə qoyardı. Axırda “çıx qırağa” sözü hər kəsin əlinə düşsəydi, o, əlini çəkərdi. On dəfə bu sözləri deyirdi, axıra qalan şəxsin əlinə on dənə şallaq vurardı.
Bənövşə oyunu: Bu oyunda da uşaqlar iki dəstəyə bölünüb ayrı-ayrı dayanardılar. Hər iki tərəfdən də bir davər olardı. Biri deyirdi: bənövşə bəndə düşə, bizdən sizə kim düşə. Müqabil tərəfdə olanlar hamısı birlikdə deyirdilər: keçəl qız. Uşaqların hamısı səslənərdilər: – Keçəl qız. Bu biri dəstə deyirdi: – Keçəl qızın toyudu? Yası?

Müqabil tərəfdəkilər cavab verərdilər: – Yasıdı.

Sonra uşaqlar hamısı yalandan ağlaşardılar. Bu biri tərəfdəkilər soruşardılar: O kimdir ağlayır? Yenə də deyərdilər: – Bənövşə bəndə düşə, bizdən sizə kim düşə? Cavab verərdilər: – Keçəl qız. Yenə soruşardılar: –Keçəl qızın toyudu? Yası? Deyirdilər: – Toyu.

Hamısı əl-ələ verib dururdular, fırlana-fırlana, oynaya-oy­naya deyirdilər: – Toyudu. Hamı şad olsun, bənövşə hay bənöv­şə, səslənin, dağa düşə, oynadıq, gedək işə. Beləliklə, oyun qurtarardı.



Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin