GüRCÜstan əraziSİNDƏKİ TÜrk məNŞƏLİ etnotoponiMLƏRİn linqviSTİk xüsusiYYƏTLƏRİ


Etnohidronimlərin leksik-semantik təhlili



Yüklə 250,89 Kb.
səhifə24/55
tarix06.01.2022
ölçüsü250,89 Kb.
#112457
1   ...   20   21   22   23   24   25   26   27   ...   55
3.3. Etnohidronimlərin leksik-semantik təhlili
Gürcüstan ərazisindəki etnohidronimlər də etnooykonimlər də etnooronim kimi müxtəlif və rəngarəngdir, onların leksik-semantik aspektdə öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki etnohidronimlərdə də bir sıra tayfa, nəsil, qəbilə, xalq, millət adları yaşayır və dilimizin lüğət tərkibində mövcud olan bu söz qatları da tarixən müxtəlif dövrlərdən hərtərəfli şəkildə xəbər vermək gücünə malikdirlər. T.Əhmədov hidronimləri semantik sahələrinə görə 25 yarımqrupa ayırır ki, bunların da içərisində etnonimik hidronimlər Azərbaycan xalqının dilinin və tarixinin öyrənilməsi işində müstəsna rol oynayır [44, s. 223]. Azərbaycan hidronimlərinin tədqiqatçısı N.Əsgərov onları etnonim, oykonim, antroponim, zoonim və fitonim mənşəli olmaqla 5 qrupa ayırmışdır [55, s. 146] A.Qurbanov da hidronimləri antrohidronimlər, etnohidronimlər, topohidronimlər, zoohidronimlər və digər qrup hidronimlər olmaqla 5 qrupa ayırır [83, s. 373-382]. Azərbaycan hidronimlərinin Gürcüstan arealını araşdıran V.İsrafilov bu bölgənin hidronimlərini etnonimlər, antroponimlər, oykonimlər, fitonimlər və zoonimlər əsasında formalaşan, keyfiyyət bildirən leksik vahidlər əsasında formalaşan hidronimlər olmaqla 5 qrupa ayırmışdır [74, s. 33]. Bütün bu və ya digər bölgüləri nəzərə alaraq Gürcüstan ərazisindəki etnonimlər əsasında formalaşmış hidronimləri leksik-semantik xüsusiyyətlərinə görə aşağıdakı kimi qruplaşdıra bilərik:

Etnonimlərin göl adlarında əksi;

Etnonimlərin çay adlarında əksi;

Etnonimlərin bulaq adlarında əksi.



Yüklə 250,89 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin