Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 6,87 Mb.
səhifə152/173
tarix01.01.2022
ölçüsü6,87 Mb.
#103654
növüXülasə
1   ...   148   149   150   151   152   153   154   155   ...   173
ƏRZAQ MƏHSULLARININ QIDALILIQ DƏYƏRI BALANSLAŞDIRILMIŞ

QIDA NORMALARI

Ərzaq mallarının qidalılıq dəyəri onların kimyəvi tərkibi, enerjivermə qabiliyyəti və enerji verən maddə­lərin həzmi ilə xarakterizə olunur. Məhsulda maddələr mübadiləsi üçün bioloji cəhətdən vacib sayılan mad­dələr (zülallar, yağlar, karbohidratlar, vitaminlər, mi­neral maddələr və s.) nə qədər çox olursa, onun qidalılıq dəyəri də bir o qədər yüksək hesab olunur.

Ayrı-ayrı ərzaq mallarının qidalılıq dəyəri eyni deyildir. Bir çox məhsulların tərkibində bioloji cəhət­dən vacib hesab olunan kompleks maddələr vardır. Belə məhsullara yumurta, balıq kürüsü, ət, balıq, süd və başqaları misal ola bilər. Şəkər, nişasta və patka kimi məhsullar tərkibcə əsasən karbohidratlardan təşkil olunduğundan, orqanizm üçün ancaq enerji dəyərinə malikdirlər.

Toxumaların əmələ gəlməsində, sintezində və mad­dələr mübadiləsində iştirak edən maddələr qidanın bioloji dəyərini xarakterizə edir. Bir çox məhsullar (ədviyyələr, tamlı qatmalar) isə enerji vermirlər. Ancaq qida məhsuluna əlavə edilməklə onun dadını yaxşı­laşdırır və asan mənimsənilməsinə səbəb olur.



Ərzaq məhsulları orqanizm üçün zərərsiz olma­lıdır. Onlarda ağır metal duzlarının, alkoloidlərin, bəzi qlükozidlərin (insan səhhətinə zərərli dozada), zülal­ların parçalanmasından əmələ gələn zəhərli maddə­lərin, həmçinin ziyanlı mikroorqanizmlərin və ya onların həyat fəaliyyəti məhsullarının olmasına icazə verilmir.

Insan öz yaşayışı prosesində enerji sərf edir və bunun miqdarı insanın yaşından, orqanizmin fizioloji vəziyyətindən, əməyinin xarakterindən, yaşadığı yerin iqlim şəraitindən və s. asılı olur. Enerji isə karbohid­ratların, yağların, zülalların və müəyyən miqdarda turşuların oksidləşməsi nəticəsində əmələ gəlir. Ona görə də insan orqanizminin sutkada sərf etdiyi enerji məlum olmalıdır ki, vaxtında onun ehtiyatını bərpa etmək mümkün olsun.

Enerji almaq məqsədilə insan orqanizminə lazım olan maddələr qida vasitəsilə qəbul olunur. Eyni zamanda qida maddələri orqanizmdə toxumaların və orqanların tərkib maddələrinin yeniləşməsi, boy in­ki­şafı və bədənin kütləsinin artması üçün də lazım­dır. Bu baxımdan qida insanın yaşayışı və onun iş qa­biliyyəti üçün lazım olan optimal şəraiti təmin etməlidir.

Müasir şəraitdə kifayət miqdarda yüksək keyfiy­yətli ərzaq mallarının olması, balanslaşdırılmış qida­lan­manı təşkil etməyə imkan verir. Balanslaşdırılmış qidalanma dedikdə, orqanizmdə toxumaların yeniləş­məsi, enerji sərfinin təmin olunması üçün tərkibində bütün maddələri, o cümlədən çoxlu miqdarda mübadilə prosesində nizamlayıcı kimi iştirak edən maddələri olan məhsullarla vaxtlı-vaxtında təmin olunması başa düşülür. Bu zaman qida maddələri biri digəri ilə normal nisbətdə olmalıdır. Ümumiyyətlə, balanslaş­dı­rılmış qidalanma zamanı 56 addan artıq əvəzolunmaz komponentlərin olması vacibdir.

Balanslaşdırılmış qidalanma eyni zamanda müəyyən rejim (gün ərzində qida qəbulunun bölgüsü, qida məhsulunun lazım olan temperaturda olması və s.) tələb edir.

Balanslaşdırılmış qidalanma zamanı orqanizmə lazım olan zülal, yağ və karbohidratların miqdarı 1:1:4 nisbətində olmalıdır. Ağır əməklə məşğul olanlar üçün bu 1:1:5 nisbətində ola bilər. Balanslaşdırılmış qida­lanma zamanı müxtəlif peşə adamları üçün lazım olan zülalın, yağın və karbohidratların miqdarı müxtəlifdir.

Qidalanma zamanı zülalın, yağın və karbohidrat­ların təbiəti vacib əhəmiyyətə malikdir. Orqanizmə lazım olan gündəlik enerjinin 15%-i zülalların, 30%-i yağların və 50%-dən çoxu isə karbohidratların payına düşməlidir. Eyni zamanda zülallar üzrə enerjinin 50%-i heyvanat zülallarının, yağların verəcəyi enerjinin isə 60%-i bitki yağlarının hesabına yaranmalıdır. Karbo­hidratlar üzrə lazım olan enerjinin 75%-i nişastanın, 20%-i şəkərlərin, 3%-i pektinli maddələrin və 2%-i isə sellülozanın payına düşməlidir.

Əmək fəaliyyəti prosesində enerji sərfi, bilavasitə insanın məşğul olduğu işin xarakterindən asılıdır.

Rusiya TEA-nın Qidalanma Institutunun məluma­tına görə müxtəlif əməklə məşğul olan adamların gün­dəlik enerji sərfi təxminən 1 saylı cədvəldəki kimidir.
Cədvəl 1. Əməyin xarakterindən asılı olaraq

gündəlik enerji sərfi




Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin