Mütəvəkkilin hakimiyyətə gəlməsi ilə (h.c. 232-247) vəziyyət dəyişdi. Ələvilərə qarşı açıq kin-küdurətlər yenidən başladı. Belə ki, Əhli-beytlə (ə) əlaqədə olmaq siyasi cinayət hesab edilirdi. Mütəvəkkil tarixin yaddaşında h. c. 236-cı ildə İmam Hüseynin (ə) qəbrini viran qoyub, ziyarətinə qadağa qoymaqla qalmışdır.4
Mütəvəkkilin kin-küdurəti yalnız şiələrə qarşı deyildi. O, həm də fəlsəfə, kəlam (sxolastika) və rasional biliklərə qarşı idi. Corci Zeydan yazır: “Mütəvəkkil hakimiyyətə gəldiyi gündən son nəfəsinədək filosoflara, məntiq tərəfdarlarına olmazın işgəncələr verməyə çalışdı”1.
Mütəvəkkildən sonra Abbasi xilafətində daxili çəkişmələr başlandı. Saray daxilində hakimiyyəti ələ almaq uğrunda tez-tez sui-qəsdlər baş verir və ümumilikdə Abbasi xilafətini sarsıdırdı. Bu hal Mötəzid Abbasiyə qədər davam etdi. Bu zamana qədər (h. c. 247-279) Müntəsir, Müstəin, Mütəzz, Mühtədi və Mütəmid adlarında beş xəlifə dəyşdi. Lakin Mütəzidin (h. c. 279-289) hakimiyyətə gəlişi ilə Abbasi xilafəti yenidən keçmiş iqtidarını əldə edə bildi. Belə ki, Süyuti onun haqqında yazır: “Ona ikinci Səffah ləqəbi verilmişdir. Çünki o, Abbasi xilafətinə yeni həyat verdi. Ondan öncə Mütəvəkkil dönəmindən üzü bəri Abbasi sülaləsinin parlaq ulduzu sönükməyə başlayırdı”2.
Bütün bunlar gəstərir ki, Abbasilər Əhli-beyt (ə) və tərəfdarlarına qarşı sonsuz düşmənçilik hissləri bəsləyirdilər. Lakin qeyd olunan dönəmdə hakimiyyətdaxili çəkişmələr, ara-sıra baş qaldıran üsyan və inqilabi hərəkatlar abbasilərin şiələrə, ələvilərə qarşı kinlərini üzə çıxarmağa imkan vermirdi. Bu dönəmdə onlar Mənsur və Harun dönəminə nisbətdə yaxşı günlər keçirirdilər.
Dostları ilə paylaş: |