3. Əli (ə) iman və nifaqın meyarıdır;
Peyğəmbər (s) buyurmuşdur: “Əlini yalnız möminlər sevər və ona qarşı düşmənçilik yalnız münafiqlərə xasdır”.
Eyni məzmunlu hədisi səkkiz səhabə və qırxa yaxın əhli-sünnə alimi nəql etmişdir. Belə alimlərdən Müslim8, Tirmizi9, Əhməd10, İbn Macə11 və başqalarının adını çəkmək olar.
4. Əli (ə) Peyğəmbərin (s) mənəvi qardaşı;
Cabir ibn Abdullah və Səid ibn Müsəyyib deyirlər: “Peyğəmbər (s), səhabələrinin arasında qardaşlıq əqdi oxudu. Sonda Peyğəmbər (s), Əli (ə), Ömər və Əbu Bəkr qaldılar. Həzrət (s), Ömərlə Əbu Bəkr arasında da qardaşlıq əqdi oxudu. Sonra Əliyə (ə) buyurdu: “Sən mənim qardaşım, mən də sənin qardaşınam”.
Bu hədisi on dörd səhabə və qırx nəfər əhli-sünnə alimi nəql etmişlər. Onlardan Tirmizi1 və Hakimin2 adını cəkmək olar.
Dostları ilə paylaş: |