O, yazır: “Yəhudilər öz qadınları üçün mehr (kəbin haqqı) təyin etmir, yalnız onlardan bəhrələnirlər. Rafizilər də eyni şəkildə davranır və mütə nikahını (müvəqqəti nikahı) halal hesab edirlər”.
Cavab: Birincisi, şiəliyə görə nikahda mehr (kəbin haqqı) vacibdir. Bu, şiə fiqhinin ən ümdə, dəyişilməz ehkamlarından hesab olunur.
İkincisi, əgər müəllifin mütə (müvəqqəti nikah) haqqında söyədiklərindən məqsədi kişinin talaqdan sonra qadına verdiyi hədiyyədirsə, bu, Quran ayələrinin toxunduğu məsələlərdəndir:
“Yaxınlıq etmədiyiniz (toxunmadığınız) və mehrini (kəbin haqqını, başlığını) təyin etmədiyiniz qadınları boşamaq sizə günah sayılmaz. Qəbul olunmuş qayda üzrə, varlı öz imkanı daxilində, kasıb da gücü çatdığı qədər, yaxşılıq (ehsan) edənlərə layiq şəkildə onlara bir şey (mütə) versin!” (“Bəqərə”, 236)
İbn Kəsir Dəməşqi məlum ayəni izah edərkən yazır: “Alimlər arasında belə bir fikir ayrılığı mövcuddur: Görəsən, talaq verilmiş qadına verilən bu hədiyyə hər bir talaq verilmiş qadına aiddir, yoxsa yalnız mehr nəzərdə tutulmamış və “yaxınlıq olunmamış” qadına aiddir? Bu məsələ ilə bağlı bir neçə versiya mövcuddur”.2
Hər halda bu növ hədiyyə bütün müsəlmanlar tərəfindən yekdilliklə qəbul olunur. Əgər müəllifin məqsədi şiələrin mütə nikahını (müvəqqəti nikahı) halal hesab etmələridirsə, buna cavab olaraq bildirməliyik ki, Peyğəmbər (s) dönəmində bu növ nikah müsəlmanlar arasında hamı tərəfindən yekdilliklə qəbul edilən məsələlərdən olmuşdur. Bir çox səhabələr buna əməl etmişlər. Əhli-sünnə və şiələr vasitəsi ilə günümüzə gəlib çatan səhih sənədli hədislər bu müddəanı sübut edir. Burada fikir ayrılığı yalnız bu hökmün Peyğəmbər (s) dönəmində qüvvədən düşüb-düşməməsindədir.
Səhih hədislərdə mütə nikahının Peyğəmbərin (s), hətta Əbu Bəkrin dönəmində belə icazəli olduğu, Ömər ibn Xəttabın isə onu haram etdiyi göstərilir.
Müslim öz “Səhih” əsərində Cabir ibn Abdullahın belə dediyini nəql edir: “Biz Peyğəmbər (s) və Əbu Bəkr dönəmində bir az xurma və un qarşılığında mütə edirdik. Ömər isə ona qadağa qoydu”.1
O, özünəməxsus sənədlə Əbu Nəzrdən nəql edir: “Biz Cabir ibn Abdullahın yanında idik. Bir kişi onun yanına gəlib dedi: “İbn Abbas və İbn Zübeyr təməttö həcci və qadınların mütə olunması ilə bağlı fərqli fikirlər söyləyirlər”. Cabir dedi: “Biz Peyğəmbər (s) zamanı bu iki hökmə əməl edirdik. Ömər onlara qadağa qoydu. Biz də artıq bu iki hökmə əməl etmədik”.
Dostları ilə paylaş: |