Əllamə Əmini, Təbərinin nəql etdiyi Abdullah ibn Səbanın fitnələrdəki rolu haqqında yazır: "Əgər İbn Səba fitnələr törətməkdə bu qədər qabaqcıl idisə, nə üçün ümmətin siyasətçiləri, valiləri onu tanıdıqları halda həbsi üçün məmur göndərmədilər? Bu qədər cinayətə nə üçün göz yumdular? Nə üçün onu edam edib xalqı onun şərindən xilas etmədilər. Quranın bu çağırışını eşitmirdilərmi?
Allaha və Peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə-fəsad salmağa çalışanların cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, ya da əl-ayaqlarının çarpazvari (sağ əllərilə sol ayaqlarının) kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalalarıdır. Bu (cəza) onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir (Maidə, 33).
Nə üçün xəlifə onu öldürərək fitnələri yatızdırmadı? Yoxsa onun hücumu yalnız Peyğəmbərin (s) yaxınlarına qarşı idi?1