Haqqin iZİ İLƏ


Səd ibn Abdullah Əşərinin Fikirlərinin tənqidi



Yüklə 2,22 Mb.
səhifə179/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   175   176   177   178   179   180   181   182   ...   283

Səd ibn Abdullah Əşərinin Fikirlərinin tənqidi


Şiəliyə müxalif qüvvələr ona zərbə vurmaq üçün Səd ibn Abdullah Əşərinin sözlərinə əsaslanmışlar. O, "əl-Məqalat vəl-firəq" əsərində yazır: "Yəhudi Abdullah ibn Səba Əlinin (ə) imamlığını qəbul edən ilk şəxs idi"1.

Şiəliyə qarşı olanlar bunu, onun Abdullah ibn Səbanın təlimləri olduğuna dəlil kimi göstərirlər.



Cavab: 1. Bəziləri bunun dörd şiə qaynağında qeyd edildiyini güman etmişlər. Bu qaynaqlar aşağadakılardır: "Əl-Məqalat vəl-firəq", Əşəri (hicri-301); "Firəq əş-şiə", Növbəxti (vəfat - hicri IV əsrin birinci yarısı); "Ricali-Kəşşi", Məhəmməd ibn Ömər Kəşşi (vəfat - hicri 4 əsrin ortaları); "Bihar əl-ənvar", Məclisi (vəfat - 110). Lakin həqiqət budur ki, bu yalnız "əl-Məqalat və əl-firəq" kitabında qeyd edilmişdir, digər kitablar isə ondan götürmüşlər. "Əl-Məqalat vəl-firəq" və "Firəq əş-şiə" kitabı əslində bir kitabdır. Hər ikisinin müəllifi Əşəridir.

Ustad Seyid Məhəmməd Rza Hüseyni yazır: “Bu kitabın Növbəxtiyə aid edilməsi yanlışdır. Çünki o, Əşərinin kitabının ixtisara salınmış nüsxəsidir"2.

Məclisi bu ibarəni Kəşşidən iqtibas etdiyini açıqca bildirir. Kəşşinin bu sözü isə Əşərinin yazdığı "əl-Məqalat vəl-firəq"dən götürülmüşdür. Nəticə etibarı ilə, bu sözün yeganə qaynağı Səd ibn Abdullah Əşərinin kitabıdır.

2. Nəccaşi (h. q. 450) Səd ibn Abdullah Əşərinin haqqında yazır: "O, əhli-sünnədən çoxlu sayda hədis əxz etmişdir. O, bu hədisləri toplamaq üçün səfərə çıxmış, Həsən ibn Ərəfə, Məhəmməd ibn Əbd əl-Malik Dəməşqi, Əbu Hatəm Razi və Abbas Tərqufi kimi alimlərlə görüşmüşdür”3.

3. Səd ibn Abdullah Əşəri Abdullah ibn Səba haqqında deyir: "Bəzi elm adamları Abdullah ibn Səbanın yəhudi olduğunu nəql etmişlər". Onun "bəzi elm adamları" ifadəsi anlaşılmazdır. Bu elm adamlarının şiə və ya əhli-sünnə tarixçi və ya hədisşünası olduğu bəlli deyil. Digər qaranlıq məqam isə onun bu sözləri bilavasitə elm adamlarından eşidib-eşitməməsidir. Əşərinin sözlərində olan bu anlaşılmazlıqlar onun sözünü etibardan salır.

4. Çox güman ki, Əşəri bu sözləri əhli-sünnədən nəql etmişdir. Hansı ki, o dövrdə şiəliklə bağlı bu növ sözlərə çox yer verilmişdi. Bu fikri təsdiq edən digər dəlil isə “bəzi elm adamları” ifadəsinin əhli-sünnə alimlərinin haqqında işlənməsidir. Şiə alimləri haqqında isə “dostlarımızdan bəziləri” ibarəsindən istifadə edilir. Əşərinin sözlərinə diqqət yetirdikdə bu daha aydın nəzərə çarpır. O, yazır:

"Bəzi elm adamlarına görə, Abdullah ibn Səba yəhudi olmuş, sonradan İslamı qəbul edərək Əlinin (ə) imam olduğuna etiqad bəsləmişdir. O, yəhudi olduğu zaman Musanın (ə) vəsisi Yuşə ibn Nun haqqında da belə düşünürdü. Peyğəmbər (s) dünyasını dəyişdikdən sonra İslamı qəbul etdi və Əli haqqında da həmin sözləri deməyə başladı. O, Əlinin (ə) imamətinin zəruriliyini meydana çıxarmaqla məşhur olan, onun düşmənlərinə qarşı çıxan, müxaliflərinin daxilini kəşf edərək kafir olduqlarını üzə çıxaran ilk şəxsdir. Elə buna görə də şiəliyə qarşı olanlar rafiziliyin yəhudilikdən gəldiyini iddia edirlər”4.

Burada onun, Əlinin (ə) imam olduğuna etiqad bəsləyən ilk şəxs olduğu qeyd edilmir. Yalnız həzrətin (ə) imamətinin zəruri olduğunu söyləyən ilk şəxs kimi məşhurlaşdığı söylənilir. Digər ibarələrdə də onun "təbərra" məsələsini aşkara çıxardığı qeyd edilir. Bu ibarədən anlaşdığına görə, o, həzrətin (ə) müxaliflərinə qarşı münasibətini gizləmirdi. Hansı ki, bir çoxları uzun müddət xəlifələrə qarşı belə davranırdılar.

Əşəri sözünün sonunda həmin məsələyə toxunaraq yazır: “Buna görə, şiəliyə qarşı olanlar bu məzhəbi Abdullah ibn Səbaya aid edirlər". Bu, əslində Əşərinin məlum fikrə qarşı etirazıdır.

5. Əgər Əşərinin bu fikirdə olduğunu qəbul etsək də bu, tarixi faktlarla üst-üstə düşmür. Çünki bir çox səhabə və tabeilər Əlinin (ə) imamətinin zəruriliyinə etiqad bəsləmişlər.




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin