Haqqin iZİ İLƏ


ŞİƏLİK ƏSL İSLAM RUHUDUR!



Yüklə 2,22 Mb.
səhifə178/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   174   175   176   177   178   179   180   181   ...   283

ŞİƏLİK ƏSL İSLAM RUHUDUR!


Əgər Abdullah ibn Səbanın fitnələrdəki rolu haqqında deyilənlərin doğru olduğunu qəbul etsək belə, bunun şiəliyin yaranması ilə hər hansı bir əlaqəsi yoxdur. Çünki öncə də qeyd etdiyimiz kimi şiəliyin təsisçisi ilk növbədə Allah-Taalanın özüdür. Peyğəmbər (s) isə Quranda önə çəkilən bu məsələni 23 il ərzində insanlara çatdırmışdır. O həzrətin həyatda olduğu dönəmdə və vəfatından sonra çoxlu sayda səhabə bu təlimləri mənimsəmiş və Əhli-beytin (ə) imamətinə etiqad bəsləmişlər".

Əl-Əzhər universitetinin şeyxi Əbd əl-Həlim Mahmud yazır: "Fikrimizcə, şiəliyin yaranmasını iranlıların İslamı qəbul etdikləri dövrə aid etmək yanlışdır. Bunu yəhudiliklə, yəni Abdullah ibn Səba ilə də bağlamaq olmaz. Şiəliyin kökləri daha öncəyə gedib çıxır. Onun keçmişi bir tərəfdən Əli (ə), digər tərəfdən isə Peyğəmbərin (s) özü ilə bağlıdır”2 .

O, yazır: "Şiəliklə bağlı hesab olunan və ya şiəliyə aid etdikləri Abdullah ibn Səba şiə kitablarının tənqid etdiyi, lənət yağdırdığı şəxdir. Şiə kitablarında onun haqqında deyilir: “O, yad edilməyəcək dərəcədə məlunudr!”3

Ustad Davud Hənəfi yazır: "Təqiqatçıların ən böyük xətaları şiəlik haqqında irəli sürülən versiyalarıdır. Belə ki, onu Abdullah ibn Səbaya aid etmişlər. Bu haqsızlıqdır"4.

Şeyx Şəltut, Əbu Zöhrə və Əhməd bəy yazırlar: "İmamiyyə şiələrinin hamısı müsəlmandırlar. Onlar Allaha, Peyğəmbərin (s) gətirdiklərinə, Quranın buyurduqlarına inanırlar. Onların arasında keçmişdə və indi hər bir elmi sahədə böyük alimlər olmuşdur. Onlar dərin təfəkkürə, geniş məlumata malikdirlər. Onların qələmə aldığı əsərlər yüz minlərlədir. Mənim bu əsərlərin böyük bir hissəsindən xəbərim var"5.

Şeyx Mahmud Əbu Zöhrə yazır: "Şübhəsiz ki, şiəlik İslam firqələrindəndir. Onlar nə deyirlərsə, Qurana və ya Peyğəmbərdən (s) nəql olunan hədislərə istinad edirlər. Onlar da özlərinin əhli-sünnədən olan qonşularına belə dost münasibət bəsləyir və kindən uzaq dururlar”. 1

İordaniya müftilərindən Şeyx Mahmud Sərtavi yazır: "Mən əmilsaleh sələflərimizin dediklərini deyirəm. İmamiyyə şiələri bizim din qardaşlarımızdır. Onların bizim boynumuzda qardaşlıq haqqı var. Eləcə də bizim onların boynunda qardaşlıq haqqımız var”2 .

Ustad Əbd əl-Fəttah Əbd əl-Maqsud yazır: "Fikrimizcə, şiəlik İslamı tam təmsil edən məzhəbdir. Həqiqi İslamı görmək istəyənlər ona şiə etiqadlarından baxmalıdırlar. Tarix şiəliyin İslam etiqadlarını qorumaq üçün göstərdiyi xidmətlərə şahiddir"3.

Qahirə dilçilik institutunun Ərəb ədəbiyyatı müəllimi Doktor Hamid Hənəfi Davud yazır: "Burada hörmətli oxucunun diqqətinə çatdırıram ki, şiəlik heç də yolunu azmışların və süfyanilərin göstərdikləri kimi sırf nəqli, İsrail əsilli xurafata əsaslanan, yaxud Abdullah ibn Səba və yalnız təxəyyülün məhsulu olan digər şəxsiyyətlərin yaratdığı məzhəb deyil. Şiəlik bizim bu gün önə çəkdiyimiz elmi üsullara görə güman edilən məzhəb deyil. Şiəlik ənənənvi və rasional (nəqli və əqli) dəlillərə əsaslanan ilk müsəlman məzhəbidir. O, İslam məzhəbləri arasında geniş, parlaq yol keçmişdir. Əgər şiəlikdə ənənəvi və rasional dəlilləri toplamaq imtiyazı olmasaydı, o, əsl İslam ruhuna sadiq qalmaq şərti ilə yenilik ruhu, ictihad vasitəsi ilə zaman və məkana uyğunlaşa bilməzdi"4.

O, “Abdullah ibn Səba” kitabına rəy verərkən yazır: "İslam tarixindən on üç əsr keçir və biz hər gün alimlər tərəfindən şiəlik əleyhinə fətvaların verildiyinin şahidi oluruq; kökündə nəfsi istəklər, duyğu və hisslər dayanan fətvalar. Bu yanlış üsul İslam firqələri arasında böyük fasilə yaranmasına gətirib çıxarmışdır. Nəticədə elm və İslam alimləri bu məzhəbin böyüklərinin bilgilərindən məhrum olmuşlar. Əslində bunun ziyanını elmi ictimaiyyət görmüşdür. Bu xurafat vasitəsi ilə şiəlik çoxlu zərbələr almışdır. Lakin bu, şiəliyə qarşı haqsızlıqdır. Şiə fiqhinin bayraqdarı İmam Sadiqin (ə) (vəfatı: 148 h. q.) iki əhli-sünnə imamının, Əbu Hənifə Nöman ibn Sabitin (vəfatı: 150 h. q.) və Əbu Abdullah Malik ibn Ənəsin (vəfatı: 179 h. q.) müəllimi olması bizə yetər. Təsadüfi deyil ki, Əbu Hənifə: "O iki il olmasaydı, Nöman həlak olardı", – deyə bildirir. Onun məqsədi İmam Sadiqdən (ə) dərs aldığı, elmindən bəhrələndiyi iki il müddətdir. Malik ibn Ənəs deyir: “Mən Cəfər ibn Məhəmməddən (ə) fəqih, bilgili insan tanımıram”5 .

Əl-Əzhər universitetinin İslam fəlsəfəsi müəllimi professor Əbu əl-Vəfa Qənimi Taftazani yazır: "Qərbdə və şərqdə, qədim və keçmiş alimlər şiəliyə qarşı yanlış mövqedə olmuşlar. Bu isə heç bir nəqli dəlilə uyğun gəlmir. Adi camaat bu yanlış məlumatları əldən-ələ keçirərək, yanlış və ya doğru olduğuna fikir vermədən şiələri ittiham etmişlər. Onların belə insafsızcasına davranmalarının səbəblərindən biri şiə qaynaqlarından xəbərsiz olmalarıdır. Onlar şiəliyə qarşı ittihamlarda yalnız şiəlik əleyhinə yazılmış kitablara əsaslanırlar”6.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin