4. Şiəliyin Hüseyn ibn Əlinin (ə) şəhadətindən sonra meydana gəlməsi;
Doktor Kamil Mustafanın qənaətincə, şiəlik İmam Hüseyn (ə) şəhid edildikdən sonra meydana gəlmişdir9.
5. Şiəliyin farsların təsiri ilə yaranması;
Bəzilərinin fikirincə, şiəlik iranlı təfəkkürün təsiri ilə yaradılaraq İslam paytaxtına nüfuz etmişdir. Şərqşünaslardan Reinhart Pieter Anne Dozy10, Johannes Van Vloten11, Edward Granville Browne,12 Əhli-sünnə alimlərindən isə Əhməd Əmin Misri13, Əhməd Ətiyyətullah14 bu versiyaya üstünlük vermişlər.
6. Şiəliyin Abdullah İbn Səba tərəfindən yaradılması.
Bir çoxları şiəliyin bilavasitə Osman dönəmində İslamı qəbul etmiş Abdullah ibn Səba tərəfindən yaradıldığını iddia etmişlər. Bu fikri dəstəkləyən elm adamları sırasına Doktor Əli Sami ən-Nişar15, Seyid Rəşid Rza16, Şeyx Məhəmməd Əbu Zöhrə17, Əbu əl-Həsən Məlti18 və başqaları daxildirlər.
Biz bu kitabda birinci versiyanı sübuta yetirəçəyik və beləcə digər versiyaların yanlışlığı meydana cıxacaq. Əlbəttə, Abdullah ibn Səba haqqında ayrıca bir fəsildə söhbət açmışıq.
Dostları ilə paylaş: |