وَ قَلِيلٌ مِّنْ عِبَادِىَ الشَّكُورُ
“Bəndələrimdən (nemətlərimə) şükür edəni azdır!” (“Səba”, 13)
وَ إِنَّ كَثِيرًا مِّنَ النَّاسِ لَفَاسِقُون
“Doğrudan da, insanların çoxu (Allahın itaətindən çıxmış fasiqlərdir!” (“Maidə”, 49)
وَ أَكْثرهُمْ لِلْحَقِّ كَارِهُون
“Onların əksəriyyəti haqqı xoşlamır” (“Muminun”, 70).
Demək, Quran azlığın daim haqsızlıq kimi göstərilməsinə qarşıdır və kəmiyyətin haqq ilə batil arasında ayırıcılıq missiyasını rədd edir.
İkincisi, şiəliksiz İslam çoxluq tərəfindədir deyə, ortodoks İslam siması kimi göstərmək və şiəliklə birgə olan İslamı sayca azlıq təşkil edir deyə, İslamdan ayrı, orijinallıqdan kənar göstərmək İslam ideologiyasına hakim olan bölgüyə yaddır. Bundan başqa, şiə təfəkkürünün yaranması ilə şiə və şiəlik terminlərinin yaranma tarixini eyniləşdirmək yanlışdır. Cünki hər bir ideoloji məktəbin məzmun və ruhunun yaranması ilə ona ad verilməsi tamamilə fərqli zaman kəsiklərinə təsadüf edir. Demək, şiəlik haqqında söhbət acdıqda və onun yaranma tarixini araşdırdıqda, adının yox, məzmununun, ruhunun meydana gəlməsinin hansı dövrə təsadüf etdiyini dəqiqləşdirmək lazımdır. Hətta onun adına erkən müqəddəs mətnlərdə rast gəlməsək belə, bu, məsələnin əhmiyyətini dəyişmir. Əlbəttə, qeyd etmək lazımdır ki, İslam peyğəmbəri (s) bir çox hədislərdə şiəliklə bağlı müjdələr vermişdir ki, gələcək fəsillərdə bu haqda söhbət acacağıq.
Dostları ilə paylaş: |