Helmintozların müayinə üsulları


Gövşəyənlərin trixostrongilidozları



Yüklə 51,48 Kb.
səhifə28/34
tarix01.01.2022
ölçüsü51,48 Kb.
#107457
1   ...   24   25   26   27   28   29   30   31   ...   34
Parazitologiya

Gövşəyənlərin trixostrongilidozları

Xəstəlik Trichostrongilidae ailəsindən olan nematodlar tərəfindən törədilir. Trixostrongilidlər keçinin, qoyunun, atların, donuzların, quşların, insanların qursağında və nazik bağırsağında parazitlik edir. Bu helmint 3-7 mm uzunluğunda, sap şəklində, ağ və ya sarımtıl rəngdə olur.



İnkişafı. Dişi trixostrongilidlərin mədə-bağırsaqda qoyduqları yumurta fekal ilə xaric olur. Xarici mühitdə istilik 20-250C və nəmlik olduqda yumurta daxilində sürfə əmələ gəlir. Sürfələr 2 dəfə qabıq qoyaraq invaziyalaşır. Ot və su ilə heyvanların mədə-bağırsağına düşmüş invazion sürfələr 20-25 günə yetkin trixostrongilidlərə çevrilirlər.

Yayılması. Çox geniş yayılmış nematodozdur. Bütün vəhşi gövşəyən heyvanlar, dovşanlar, gəmiricilər, hətta insanlar da bu xəstəliyə yoluxurlar. Əsas yoluxma yaz və payız aylarında baş verir.

Əlamətləri. Səciyyəvi əlamətləri yoxdur. İntensiv yoluxma zamanı cavan heyvanlarda ümumi zəiflik, 1-2 gün davam edən ishal, bəzən temperaturun yüksəlməsi və heyvanın arıqlaması müşahidə olunur.

Diaqnoz. Kal kütləsini 5-6 gün 20-250C istilikdə, nəmli şəraitdə saxlama və Berman üsulu ilə invazion sürfələrə görə müayinə etmək lazımdır. Ölmüş heyvanların bağırsağında trixostrongilidlərin tapılmasına əsasən diaqnoz qoyulur.

Müalicə. Nilverm, tetramizol, panakur, fenotiazin və s. preparatlar işlədilir. 1-2%-li göy daş məhlulu da trixostrongilidlərə təsir edir.


Yüklə 51,48 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin