Diaqnoz. Diri ikən diaqnoz Fülleborn üsulu ilə helmintoovoskopiya əsasında qoyulur.
Müalicəsi. Xəstəlik zamanı traxeya və qırtlağa zəif yod məhlulu (kristal yod-1 qr.+ 1,5 qr kalium yodat + 50 ml su). Beş aylığa qədər cücələrə bir dəfədə1-1,5 ml məhlul tətbiq edilməlidir. Qurdqovan dərmanlardan sonra cücələr 5 günə qədər ayrı yerdə saxlanılmalıdır ki, yumurta ətraf mühitə səpələnməsin.
Onxoserkoz
Törədicisi – Onchocerca qutturosa və On.lienalis.
Xəstəliyi iri buynuzlu heyvanlarda uzun sapvarı, yumru qurdlar əmələ gətirir. Birinci növ boyun bağında, 2-ci növ isə dalağı qarına birləşdirən toxumada parazitlik edir. Bu nematodların sürfələri (mikroonxoserklər) yaşlı heyvanların dərisində yerləşir.
İnkişafı. Onxoserkoz törədicisinin inkişafında qan soran hünülər və nəmişlik milçəkləri iştirak edirlər. Heyvanda parazitlik edən yetkin dişi onkiserklərin tökdükləri diri sürfələr hərəkət edərək dəriyə toplaşırlar. Heyvanın qanını sorarkən udulmuş mikroonxoserklər həşəratların orqanizmində invazion mərhələyə qədər inkişaf edirlər. Həşəratlar yenidən qan soran zaman həmin sürfələr heyvanların orqanizminə keçir və iri helmintlərə çevrilir. Ən çox yoluxma isti aylarda müşahidə edilir.
Yayılması. Azərbaycanın hər yerində geniş yayılmışdır. Təsərrüfata böyük zərər vurur. Xəstə heyvanlardan alınan dərilərin xeyli hissəsi çıxdaş edilir, onun keyfiyyəti aşağı düşür.
Əlamətləri. Heyvanlarda kliniki əlamət müşahidə edilmir. Ancaq helmint toplanan yerdə şişkinlik, iltihablaşma və pat-anatomiki dəyişikliklər baş verir.
Diaqnoz. Qarının aşağı nahiyyəsində dəridən nümunələr götürülür. Ölmüş heyvanların dəri nümunələrində onxoserkin sürfələri, boyun bağında, dalaqüstü birləşdirici toxumasında isə yetkin forması axtarılır.
Müalicə. Qaramalın hər kq diri çəkisinə 0,1 q hesabı ilə ditrazin məhlulunun dəri altına vurulması məsləhət görülür. Onxoserkoz keçirən həşəratların uçmağa başladığı isti aylarda heyvanlar insektisid preparatlarla çimizdirilir.
Dostları ilə paylaş: |