Helmintozların müayinə üsulları



Yüklə 51,48 Kb.
səhifə33/34
tarix01.01.2022
ölçüsü51,48 Kb.
#107457
1   ...   26   27   28   29   30   31   32   33   34
Parazitologiya

Metastrongilyoz

Törədicisi Metastrongylus elongatus, M.pudendotectus geniş yayılmışdır. Metastrangiluslar ev və çöl donuzlarında parazitlik edirlər. Yetkin helmintlər donuzların bronxlarında, ağciyərin arxa və orta paylarında yerləşirlər. Bu helmint sapşəkillidir, uzunluğu 5 sm. Yumurtaları oval, boz rəngli olub, kələ-kötür sərt qişa ilə örtülüdür.

İnkişafı. Metastrangilusun aralıq sahibi yağış qurdlarıdır. Ağciyər bronxlarında dişi metastrangiluslar yumurta qoyurlar. İçərisində sürfə olan bu yumurtalar donuz öskürdükdə ağıza düşür və yenidən udularaq dəyişikliyə uğramadan kalla ifraz olunur. Lakin, bu yumurtaların donuzları yoluxdurmaq qabiliyyəti olmur. Belə yumurtalar yağış qurdları tərəfindən udulur və soxulcanın bədənində onlardan sürfələr çıxır. Bu sürfələr 10-15 günə invaziyalaşır. Donuzlar içərisində invazion sürfə olan soxulcanları yedikdə yoluxurlar. Soxulçanlar donuzların bağırsağında həll olur. Onlardan çıxan sürfələr bağırsağın divarına və oradan da müsariqənin limfa damarlarına, daha sonra qan sisteminə keçərək ağciyərə düşürlər. 25-35 günə yetkin qurdlara çevrilirlər. Donuz orqanizmində metaserkarilər 6-12 aya qədər yaşayırlar.


Yüklə 51,48 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin