Helmintozların müayinə üsulları



Yüklə 51,48 Kb.
səhifə29/34
tarix01.01.2022
ölçüsü51,48 Kb.
#107457
1   ...   26   27   28   29   30   31   32   33   34
Parazitologiya

Toyuqların sinqamozu

TörədicisiSynqamus trachea. Xəstəlik əsasən toyuqlarda müşahidə edilir, lakin hinduşka, kəklik, sərçə, qarğa və s. quşlarda yoluxmaya həssasdır. Bu nematodlar quşların traxeya və bronxlarda parazitlik edir.

Morfologiyası. Helmintlər həmişə çütləşmiş vəziyyətdə olub xarici görünüşcə “Y” hərfinə oxşayırlar. Erkəklər dişilərdən 3-4 dəfə kiçikdir. Erkəklərin boyu 2-4 mm, dişilərin isə 7-20 mm-dir. Traxeya və bronxlarda yerləşən sinqamuslar tənəffüs yolunun selik pərdəsinə yapışıb qanla qidalanır. Ona görə də traxeyadan yeni çıxarılmış helmintlər açıq-qırmızı rəngdə olurlar. Adətən dişilər açıq, erkəklər isə solmuş qan rəngində görünürlər. Ağız kapsulasının dibində 8 diş yerləşir. Sinqamus geohelmintdir. Rezervuar sahibi rolunu yağış qurdu, quru və su ilbizləri, ev çibini oynaya bilir.

Biologiyası. Traxeya və bronxlarda olan parazitlərin tökdükləri yumurtalar öskürmə zamanı quşun ağzına düşür və udulurlar. Udulmuş yumurtalar orqanizmdən xarici mühitə düşürlər. Onlardan sürfələr çıxır və invazion mərhələyə çatırlar. Bu yumurtaları quşlar yem və su ilə udduqda yoluxma baş verir. Udulmuş yumurtadan çıxan sürfələr bağırsağın divarına yapışır və qan vasitəsilə ağciyərə düşürlər. Sonra sürfələr traxeya və bronxlara keçərək yetkin mərhələyə çatırlar. Sinqamuslar 2 aya qədər yaşayırlar. Soxulcanlar sinqamus yumurtasını yedikdə onların bədənində sürfələr inkişaf edir. Quşların udduğu yoluxmuş soxulcanlar həzm olunur, sürfələr isə bağırsağa yapışaraq inkişaf edir.

Yayılması. Sinqamusun əsas mənbəyi yoluxmuş ev quşları və vəhşi quşlardır. Azərbaycanda ən çox Şəki-Zaqatala zonasında yayılmışdır. Qışda quşlarda yetkin sinqamuslar olmur. Çünki, payızda yoluxmuş quşlar helmintlərdən azad olur, onların yaydıqları yumurta isə aşağı temperatura dözməyib məhv olurlar. Ən çox yazda yoluxurlar. Xəstəlik yağmurlu illərdə və soxulcanların inkişafı üçün əlverişli şərait olan nəmişli yerlərdə baş verir. Sinqamusun sürfəsi 3 ilə qədər yağış qurdunun bədənində salamat qalır.

Əlamətləri. Xəstəliyin kliniki əlamətləri 2 aylığa qədər cücələrdə daha kəskin müşahidə olunur. Yaşlı quşlarda aydın görünmür. Xəstə cücənin gözləri örtülür, qanadları sallanır, cücə başı aşağı vəziyyətdə büzüşüb durur. Hərdən boynunu qabağa və yuxarı uzadır, dimdiyini geniş aralayır. Bəzən də başını bərk silkələyərək fışqırığa bənzər səs çıxarır (asqırır). Xəstə cücələr çox vaxt boğazını uzadır, ağzını açaraq tınıldayır. Tənəffüsün çətinləşməsi nəticəsində xırıltılı səs çıxarır. Odur ki, el arasında buna “qıqqo” xəstəliyi deyirlər. İlk vaxtlar iştaha pozulur, hətta xəstələr acgözlülük edir. Lakin, sonralar yeməyə meyl olmur və cücə tamamilə haldan düşür. Körpə cücələr üçün hətta 2 qurd öldürücü ola bilər. Traxeyada çoxlu sinqamuslar toplandıqda quşlar boğulurlar. Bu xəstəlikdən cücələrin 80%-100%, yaşlı quşların isə 10%-i tələf ola bilir. Sinqamuslar tənəffüs yoluna mexaniki təsir göstərərək qan damarlarını partladırlar. Bunun da nəticəsində qanaxma və boğulma baş verir.


Yüklə 51,48 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin