HəZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ



Yüklə 3,06 Mb.
səhifə101/170
tarix07.01.2022
ölçüsü3,06 Mb.
#82669
1   ...   97   98   99   100   101   102   103   104   ...   170
Üçüncü hədis də ilk növbədə dini məzmunu ilə seçilir - tövbə haqqındadır. Ənəs bin Malikin dilindən söylənilən hədisdə deyilir ki, insan həyatda pis əməl sahibi olsa belə, dünyadan köçərkən tövbə etməlidir. Tərcümədə hədisin məzmununa uyğun iki hekayə verilmişdir:

Birinci hekayə daha çox əxlaqi - tərbiyəvi məzmun daşıyır. Burada qocalara hörmət və ehtiram bəsləməyin zəruriliyi vurğulanır: İmam Əli (ə.) bir dəfə məscidə gedərkən ondan qabaqda yolla gedən bir qocanı ötüb keçməyi özünə rəva bilmir və bu hərəkəti ilə Allahın lütfünə sahib olur.

İkinci hekayə də ilk növbədə əxlaqi - tərbiyəvi məzmunu ilə yadda qalır. Əbu Mənsur adlı bir şeyxin rəvayətinə görə, onun qoca ustadı ölüm ayağında olarkən şagirdinə belə bir tapşırıq verir: Get, bazardan səksən yaşlı bir qul alıb gətir ki, mən onu azad edim. Bazarda belə bir qul tapılmasa da, qoca xoş niyyətinə görə Allahın lütf və mərhəmətini qazanır.

Hekayənin məzmunundan göründüyü kimi, onun məzmunu və ideyası tərcümədəki ilk hədisə qoşulan ikinci hekayənin məzmunu ilə üst - üstə düşür.



Dördüncü hədis isə sırf dünyəvi məzmun daşıyır: “Kim [dini] elmdən bir bab öyrənsə, axirətinə və dünyasına faydalı olar (axirətini və dünyasını qazanar). Allah ona dünya ömründən gündüzləri oruc tutmaqla, gecələri oyaq qalıb ibadət etməklə yeddi min ilin xeyrini verər”. Hədisin məzmununa uyğun olaraq, burada Məhəmməd peyğəmbərə (s.) aid daha bir məşhur hədis verilmişdir: “Mən elmin şəhəriyəm, onun qapısı isə Əlidir”. Hədis yalnız bir mənzum hekayə ilə davam etdirilir: İmam Əli (ə.) haqqındakı yuxarıdakı hədis xariciləri bərk qıcıqlandırır və onlar içərilərindən on nəfəri seçərək bu fikri təkzib etməyə çalışırlar. Xaricilərin nümayəndələri ayrı-ayrılıqda imam Əlinin (ə.) yanına gələrək ona belə bir sualla müraciət edirlər: Elm üstündür, yoxsa mal?

Əli (ə.) eyni suala on müxtəlif cavab verərək sözlərinin doğruluğu üçün dəlil-sübut da gətirir, beləliklə, xaricilər hədisi qəbul etmək məcburiyyətində qalırlar. Bu hekayə əxlaqi-didaktik məzmunu ilə seçilir və böyük nəsihətamiz - tərbiyəvi əhəmiyyət daşıyır.



Beşinci hədis də dünyəvi məzmunu ilə yadda qalır və əxlaqi-tərbiyəvi əhəmiyyəti ilə seçilir: Əgər pis bir iş tutmuşsansa, ardınca yaxşı iş görsən, günahını yuyar”. “La ilahə illəlah demək yaxşı əməllərin ən yaxşısıdır”.Bu hədisə aşağıdakı iki mənzum hekayə qoşulmuşdur:

Birinci hekayədə Həccə gedən bir kişinin mərasim zamanı münacat edərək Allaha inamını əlinə aldığı yeddi daşa söyləməsi təsvir olunur. Kişi dünyasını dəyişərkən həmin yeddi daş onu cəhənnəmdən qurtararaq cənnətə yönəldir.

İkinci hekayə isə dini məzmun daşıyır: Musa peyğəmbər Allaha üz tutaraq ondan bir qrup insanları oda yaxmağının səbəbini soruşur. Allah-taala isə cavabında buyurur ki, həyatda heç bir xeyri olmayan insanlar, Onu tanımayanlar öz cəzalarına çatmalıdırlar.

Altıncı hədis sırf dini məzmun daşıyır: cümə günündə görülən işlərin faydaları haqqındadır. Burada verilən iki mənzum hekayət də dini məzmundadır. Onlardan birincisində sonuncu peyğəmbərin (s.) zühuru haqqında Şam rahibinin öncəgörməsi, ikincisində isə əvvəllər oda sitayiş edən bir şəxsin sonda tək Allaha iman gətirməsi təsvir olunur.

Yeddinci hədis də sırf dini məzmunu ilə seçilir. Burada tək Allaha iman gətirməkdən danışılır. Digər mənzum hədislərdən fərqli olaraq, burada onun məzmununa uyğun olaraq, bir mənzum hekayət verilmişdir. Hekayətdə əvvəl bütə sitayiş edən bir hökmdarın aqibətindən danışılır. Həyatın dar günündə bütlərin ona kömək edə bilmədiyini anlayan hökmdar tək Allaha iman gətirərək Ondan yardım diləyir və Yaradan tərəfdən bağışlanır.

Kitabdakı səkkizinci hədis də sırf dini məzmun daşıyır və altıncı hədisin məzmunu ilə səsləşir. Hədisdə deyilir ki, iki cümə arasında işlənən günah cümə günündə qılınan namazla bağışlanır. Maraqlıdır ki, bu hədisdə ayrıca hekayət verilməmişdir.




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin