Uru durmaq - dik qalxmaq, sıçrayıb araya çıxmaq:
Səcdədən baş qaldırıb durdı uru,
Vardı mənzilə baxa ol mahru.
Tərkibin birinci tərəfi qədim türk mətnlərində "ərə" və "örü" şəklində "durmaq" feli ilə eyni mənada qoşa işlənməklə yanaşı, ayrılıqda "yuxarı", "düz", "şaquli", "sütün" mənalarını da daşımışdır (75, 295, 310). "Uru durmaq" mürəkkəb feli "Kitabi-Dədə Qorqud"da, "Dastani-Əhməd Hərami"də, Mustafa Zəririn və Suli Fəqihin "Yusif və Züleyxa" əsərlərində, "Əsrarnamə"də və Füzulinin dilində bol-bol işlənmişdir (16,58;29,30,35,34;38,27).
Tərcümədə işlənmiş "busqu"-pusqu, "qamu"- hamı, "dabşurmaq"- tapşırmaq, "dərləmək"- tərləmək, "dutmaq" - tutmaq, "iyə"- yiyə, "şimdiy//imdi"- indi, "soymaq" - soyunmaq, "topraq" - torpaq, "uyxu" - yuxu, "urmaq" - vurmaq, "yügrük"-"yüyrək", "xanı"- hanı, "xanda"- harada, "xansı"- hansı və s. sözlər də bu qəbildəndir. Bu sözlərin çoxu başqa yazılı abidələrimizdə də eynilə Həzininin "Hədisi- ərbəin" tərcüməsindəki şəkildə işlənmişdir.
Dostları ilə paylaş: |