HəZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ



Yüklə 3,06 Mb.
səhifə137/170
tarix07.01.2022
ölçüsü3,06 Mb.
#82669
1   ...   133   134   135   136   137   138   139   140   ...   170
    Bu səhifədəki naviqasiya:
  • Sunmaq
Onar­maq/ö­nərmək-düzəltmək, yaxşılaşdırmaq, sağaltmaq, yoluna qoymaq:
Verdim üç yüz dirhəm nəqdə anı,

Gör işini necə onardı qəni.
"Onarmaq" feli Yusif Balasaqunun "Kutadqu biliq" məsnəvisində eyni mənada işlənmişdir (bax : 70,386). Onun kökü olan “onmaq” (yaxşılaşmaq, düzəlmək) feli isə qədim türk mətnlərində qeydə alınmışdir ( bax:70,367). "Onmaq" felindən düzəlmiş "önət" (xoşbəxt, uğurlu) sifəti isə " İxtiyarati – qəvaidi – külliyyə”də işlənmişdi (69,65). Bu söz dilimizin bir sıra şivələrində qorunub saxlanılmışdır (57,33)

Sayruluq- xəstəlik.
Aydalar vardır sizinçün bir həyat,

Görməyəsiz dəxi sayrulıq, məmat.
İlk öncə qeyd edək ki, “sayrulıq” sözü yalnız tərcamənin Bakı nüsxəsindədir (16b). Bursa nüsxəsindəki bu beytdə “sayrulıq” sözünün əvəzində “hərgiz” sözü işlənmişdir (29). “Sayrulıq” ismi, eləcə də önün kökündə dayanan “sayru” sifəti orta yüzilliklərə aid Azərbaycan yazılı abidələrində sıx-sıx işlənən leksik vahidlərdən sayılır (bax: 3.H., 19; KDQ)

“Sayru” sifəti dilimizin Borçalı şivəsində eyni mənada qorunub saxlanılmışdır ( Qərb, 234).



Sunmaq- uzatmaq, vermək, təqdim etmək:
Pəs günahın kitabın sunar,

Ayda kim, muna dəxi qılgil nəzər.
“Sunmaq” sözü “Kitabi-Dədə Qorqud”da (101), orta əsrlər Azərbaycan yazılı abidələrində (Z.H. 17) işlənmişdir. “Ət-töhfə” də bu sözlə eyniköklü “sunuşmaq” feli də eyni mənada qeydə alınmışdır (376).


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin