HəZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ



Yüklə 3,06 Mb.
səhifə132/170
tarix07.01.2022
ölçüsü3,06 Mb.
#82669
1   ...   128   129   130   131   132   133   134   135   ...   170
Xan­ca­ru­da­dır atam, bir söy­lə­gil".
"Xan­ca­ru" dü­zəlt­mə söz­dür və "xan­ca+ru" tər­kib his­sə­lə­rin­dən iba­rət­dir (76). Qeyd et­di­yi­miz ki­mi, -ru şə­kil­çi­si söz­lə­rin so­nu­na ar­tı­rı­la­raq is­ti­qa­mət bil­di­rir. Ma­raq­lı­dır ki, "xan­ca­ru" sual əvəz­li­yi əs­ki türk mətn­lə­rin­də yal­nız "qan­ca" şək­lin­də, yəni -ru şə­kil­çi­siz iş­lən­miş­dir (70, 418). Or­ta əsr­lə­rə aid türk­dil­li ya­zı­lı abi­də­lər­də isə sö­zün hər iki şək­li iş­lən­sə də, "qan­ca­ru" üs­tün­lük təş­kil edir (17,86;76,61,76;108,IV,2202-2207). De­mə­li, "qan­ca­ru" sual əvəz­li­yi ilk ön­cə "qan­ca" şək­lin­də iş­lən­miş və -ru şə­kil­çi­si son­ra­dan ona əla­və edil­miş­dir. Ma­raq­lı­dır ki, sö­zün "xan­ca­ru" şək­li­nə yal­nız Azər­bay­can əra­zi­sin­də kö­çü­rül­müş əl­yaz­ma­lar­da - "Əs­rar­na­mə"də (38, 91), "Şü­hə­da­na­mə"də (121, 178a), Nə­si­mi di­va­nı (39, 403) və Hə­qi­ri­nin "Ley­li və Məc­nun" məs­nə­vi­sin­də (bax:38, 125) rast gə­li­rik. Prof.Ə.Nə­cib "oğuz şai­ri Qa­zi Bür­ha­nəd­di­nin" di­va­nın­da da sö­zün "xan­ca­ru" adi şək­lin­də iş­lən­di­yi­ni adi qeyd edir (76, 76). "Das­ta­ni-Əh­məd Hə­ra­mi"də isə bu söz "ne­cə" məna­sın­da iş­lən­miş­dir:
De­di, bun­lar əgər biz­dən olay­dı.

Bu vax­tın qancəri sey­ran qı­lay­dı (16, 21).

Di­li­mi­zin qərb qru­pu şi­və­lə­rin­də bu söz "han­ca­rı", "hən­cə­ri" şək­lin­də yal­nız "ne­cə""nə cür" məna­la­rın­da iş­lə­nir (2, 247).



Tər­cü­mə­də iş­lən­miş "bus­qu"-pus­qu, "qa­mu"- ha­mı, "dab­şur­maq"- tap­şır­maq, "dər­lə­mək"- tər­lə­mək, "dut­maq" - tut­maq, "iyə"- yi­yə, "şimdiy//im­di"- in­di, "soy­maq" - so­yun­maq, "to­praq" - tor­paq, "uy­xu" - yu­xu, "ur­maq" - vur­maq, "yügrük"-"yüyrək", "xa­nı"- ha­nı, "xan­da"- ha­ra­da, "xan­sı"- han­sı və s. söz­lər də bu qə­bil­dən­dir. Bu söz­lə­rin ço­xu baş­qa ya­zı­lı abi­də­lə­ri­miz­də də ey­ni­lə Həzininin "Hədisi- ərbəin" tərcüməsindəki şəkildə işlənmişdir (403; 38,46, 47, 48, 58, 67, 70; 39,167 ; 59, 56-70).


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin