HəZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ



Yüklə 3,06 Mb.
səhifə130/170
tarix07.01.2022
ölçüsü3,06 Mb.
#82669
1   ...   126   127   128   129   130   131   132   133   ...   170
Əb­səm/əp­səm - lal, sa­kit, din­məz:

Bir ne­çə hay­xır­dı əp­səm ol­dı bəs,

Gəl­mə­di heç də­xi an­dan son­ra səs.

Bu söz türk­dil­li ya­zı­lı abi­də­lər­dən yal­nız Qüt­bün "Xos­rov və Şi­rin" əsə­rin­də "əb­səm", "əb­səm tur­maq", "əb­səm qal­maq" (sus­maq), "əb­səm tut­maq" (özü­nü sax­la­maq) və "Ət-töh­fə" də "əb­səm bol­maq" (sus­maq) şək­lin­də iş­lən­miş­dir ( 71,271 ;75,153-154). Prof. C. Qəh­rə­ma­nov bu sö­zün Nə­si­mi "di­va­nın­da "əp­səm", "Əs­rar­na­mə"də isə "əb­səm" şək­lin­də iş­lən­di­yi­ni gös­tə­rir (39,57 ;38,40). "Əbsəm" sözü "Das­ta­ni-Əh­məd Hə­ra­mi"də "əb­səm­cək otur­dı", "Şü­hə­da­na­mə"də isə "əp­səm ol" şək­lin­də iş­lən­miş­dir (16, 42;Şüh, 40a). "Əp­səm ol­maq" Hinduşah Naxçivaninin "Əs-Si­hah"əsərində də iki yer­də qey­də alın­mış­dır (31, 75, 189). XIV-XVI əsr­lə­rə aid türk­dil­li ya­zı­lı abi­də­lərdə "əb­səm" zər­fi və "əp­səm dur­maq","əp­səm ey­lə­mək", "əpsəm qal­maq", "əp­səm ol­maq" mü­rək­kəb fellə­ri bol-bol iş­lən­miş­dir (108, III, 1479-1482).



Əsrük// əsrik- sərxoş, kefli, məst:
Həm üçüni mən şərabı içmədim,

Əsrük adəmin yanından keçmədim.
“Əsrük” sözü istər qədim türk mətnlərində (bax: 184), istərsə də XIII-XIV yüzilliklərə aid yazılı abidələrdə (198; 241) işlənmişdir. Həzini bu sifətin kökündə dayanan “əsrimək” (keflənmək, sərxoş olmaq, məst olmaq, felinidə işlətmişdir:
Xəmr içübən əsrimiş idi yəman,

Dedi ki, yeri ögimcə bu zəman.


“Əsrük” sözü “Kitabi-Dədə Qorqud”da da işlənmişdir: Ol şərabdan içən “əsrük” şəklində qeyd olunan bu sözin “qızmış”, “qudurmuş” mənaları da göstərilir (I, 883). “Əsrük” sifəti və “əsrimək” feli Yusif Məddahın “Vərqa və Gülşah” poemasında (19), “əsrimək” feli isə Nəsimi divanında da (69) işlənmişdir. Şirazinin “Gülşəni-raz” tərcüməsi”ndə isə eyniköklü “əsrüklük” (sərxoşluq, məstlik) ismi və “əsritmək” (kefləndirmək) felinə rast gəlirik (bax: 115-116).


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin