Nepalda uşaq hüquqlarını qorumaq və təşviq etmək üçün tərəfdaşların səfərbər edilməsi
Nepalda Save the Children təşkilatı UDİ üzrə 138 VCİ-na təlim keçmişdir. Təşkilat iştirakçı tərəflərin verdiyi ərizələri dəstəkləmiş, ölkə və beynəlxalq səviyyələrdə aparılan təbliğat fəaliyyətini əlaqələndirmişdir. Nəticədə UDİ-nin yekun sənədində uşaq hüquqları ilə bağlı 34 tövsiyyə verilmiş, onlardan 31 Nepal Hökuməti tərəfindən qəbul edilmişdir.
Save the Children UDİ-nin monitorinqi strategiyasını ölkə səviyyəsində müxtəlif iştirakçı tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti şəbəkələrinin, Milli İnsan Hüquqları Komissiyasının, səfirliklər və medianın səfərbər edilməsi ətrafında qurur, məqsəd UDİ prosesində milli iştirakı artırmaq, cəlbolunma və cavabdehliyi qüvvətləndirməkdir.
UDİ Nepalda VCİ-ların fəaliyyətini birgə gündəlik ətrafında toplamaq baxımından həlledici olmuşdur. Hökumət rəsmiləri və səfirliklərlə yüksək səviyyədə ikitərəfli və kollektiv təbliğat görüşləri keçirilmiş və media vasitəsilə məlumatlandırma artırılmışdır, o cümlədən TV müsahibələri və UDİ üzrə mətbuatda məqalələr verilmişdir. UDİ-nin uşaqlarla əlaqəli konkret tədbirlərlə, məsələn Uşaq Hüquqları Günü ilə bağlı olması medianın diqqətini çəkmişdir ki, bu da xüsusilə səmərəli olmuşdur.
Save the Children təşkilatı milli uşaq koalisiyaları ilə əməkdaşlıqda Milli İnsan Hüquqları Komissiyasının UDİ tövsiyyələrinin monitorinqi və izlənməsini öz səlahiyyətlərinə daxil etmək üçün onun təşviq edilməsi baxımından vacib olmuşdur. MİHK icranın vəziyyətinə dair rəsmi və etibarlı informasiyanı təmin etmək üçün vacib rola malikdir.
Monitorinq istiqamətində əlaqələndirilmiş səylərin nəticəsi olaraq “uzun müddət gözlənilən uşaq siyasəti qanunvericiliyinin, o cümlədən Uşaq Hüquqları Aktı, Təhsil Qaydaları, Uşaqların Qorunması Siyasəti və uşaq baxçaları üçün minimum standartlara” dair 108.4 saylı UDİ tövsiyyəsi qismən həyata keçirilmişdir. Həm Milli Uşaq Siyasəti, həm də uşaq baxçaları üçün hərtərəfli standartlar 2012-ci ildə qəbul edilmişdir. Kabinet həm də Uşaq Hüquqları Qanununu qəbul etmişdir.
Tərəfdaşlarla iş sxemin hazırlanması vizual şəkildə təqdim edilə bilər. Məsələn, yuxarıda təsvir edilən Nepalın təcrübəsi aşağıdakı qrafiklə vizuallaşdırıla bilər.
22
Nepalda uşaq hüquqları sahəsində tərəfdaşların səfərbər edilməsi
Dostları ilə paylaş: |