İrlandiyada İşgəncə əleyhinə Komitənin sessiyasının internetlə yayımlanması
2011-ci ildə İrlandiyanın Mülki Azadlıqlar Şurası (İCCL) İrlandiyanın Cinayət Hüququ İslahat Fondu (İPRT) ilə İrlandiyanın ilk dəfə BMT-nin İşgəncə Əleyhinə Komitəsi (CAT) qarşısına çıxması üçün birgə qeyri-rəsmi hesabat hazırlamışlar. İşgəncə Qurbanları üçün Beynəlxalq Reabilitasiya Şurası (İRCTV) ilə birlikdə İCCL və İPRT CAT sessiyasının ilk canlı internet yayımlanmasını təşkil etmişdir ki, bu da İrlandiyada bir sıra VCİ-lər və qanunla müəyyən edilmiş orqanlar tərəfindən yayımlanmışdır.
“Biz qeyri-rəsmi hesabatı və CAT tövsiyyələrini geniş şəkildə yaydıq, ən böyük qəzetlərdə və radioda işıqlandırdıq. Axşam saatlarında ictimai işlər üzrə şouda bizim internet yayımımızdan videoyazı verildi. İlk dəfə İrlandiya cəmiyyəti BMT-nin saziş qurumunu iş zamanı seyr etdi” İCCL nümayəndəsi söylədi.
İrlandiyanın CAT qarşısında çıxması və tövsiyyələrin yerinə yetirilməsi İrlandiyada mütərəqqi dəyişikliyə töhfə verdi. Təcridxanalarda islahatlar ən yüksək siyasi profilə malik olmuş, Cinayət Hüququ Strategiyasının İcmal Qrupu yaradılmışdır.9 Komitə 12 ayda 4 konkret tövsiyyəni, o cümlədən “Magdalene Laundries”də qadınların saxlanmasını səmərəli şəkildə araşdıra bilməyən Dövlətin uğursuzluğunu yoxlamaq üçün müraciət etmişdir. Fevral 2013-cü ildə Dövlətin “Magdalene Laundries”ə cəlb olunduğu haqda rəsmi hesabat dərc olunmuşdur.10 O vaxtdan sonra Dövlət Magdalene qadınlarından rəsmən üzr istəmişdir, kompensasiya planı təşviq olunmuşdur.
Dostları ilə paylaş: |