How to follow up Final vp


İşgəncənin qarşısının alınması üzrə Alt Komitənin Braziliyaya verdiyi tövsiyyələri ictimaiyyətə açıqlamaq üçün “İnformasiya Aktına Çıxış”dan istifadə



Yüklə 399,07 Kb.
səhifə22/63
tarix07.01.2022
ölçüsü399,07 Kb.
#82693
1   ...   18   19   20   21   22   23   24   25   ...   63
İşgəncənin qarşısının alınması üzrə Alt Komitənin Braziliyaya verdiyi tövsiyyələri ictimaiyyətə açıqlamaq üçün “İnformasiya Aktına Çıxış”dan istifadə
İşgəncələrin qarşısının alınması üzrə Alt-Komitə (SPT) 2011-ci ildə Braziliyaya ilk səfəri zamanı ölkənin penetensiar müəssisələrində işgəncə və pis rəftarla bağlı vəziyyəti yoxlamışdır. SPT sonradan Braziliya Hökumətinə hesabat hazırlamış, ölkədə işgəncə təcrübəsi ilə bağlı tövsiyyələr vermişdir. İşgəncə və Digər Qəddar, Qeyri-İnsani və ya Ləyaqəti Alçaldan Rəftar və ya Cəzaya qarşı Konvensiyanın Fakultətiv Protokoluna əsasən (OPCAT) hesabat yalnız hökumətin qərarı ilə açıqlana bilər. Vətəndaş cəmiyyətinin müraciətlərinə baxmayaraq, hesabat məxfi saxlanmışdır.

May 2012-ci il tarixində Braziliya İctimai İnformasiyaya Çıxış Aktını qəbul etmişdir. Qanun qüvvəyə minən gün Conectas Direitos Humanos (Conectas) SPT hesabatını açıqlaması və əlyetərli etməsi üçün Braziliya Hökumətinə müraciət etmişdir. Aktda müəyyən edilmiş son müddət çərçivəsində Braziliya Hökuməti müraciətə cavab vermiş, hesabatı və tövsiyyələri, o cümlədən Portuqal dilinə tərcüməsini İnsan Hüquqları Nazirliyinin internet səhifəsində yerləşdirmişdir.

Conectas hesab etmişdir ki, SPT hesabatı ana dilində açıqlanmalıdır. Bu olmadan vətəndaş cəmiyyəti iştirakçıları və digər iştirakçı tərəflər SPT tövsiyyələrinin həyata keçirilməsini izləyə bilməzdilər. “Ölkədə işgəncənin tətbiq olunması ilə bağlı ciddi vəziyyət barədə məlumatlandırmanı artırmaq üçün bu, fundamental addım oldu. Səmərəli preventiv siyasətlərin olmaması və ilk olaraq günahkarların cavabdehliyə cəlb olunmaması nəticəsində Braziliyada işgəncənin davam etdiyini hesab etsək, İnformasiyaya Çıxış haqqında Qanun səmərəli metod olmuşdur ki, SPT qiymətləndirməsinin aparılmasını təmin etmişdir. İndi isə işgəncə əleyhinə mübarizədə bütün müvafiq iştirakçı tərəflər ondan geniş şəkildə istifadə edə bilər”, Conectas şərh etmişdir.


24








Yüklə 399,07 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin