İnsan hüquqları sahəsində təşviqat fəaliyyəti insan hüquqlarının təmin edilməsini yaxşılaşdırmaq məqsədilə kommunikasiya kimi müəyyən edilə bilər. Təşviqatın səmərəli mesajları insan hüquqları ilə bağlı vəziyyət və narahatlıqlar barədə məlumat verir; məqsəd digərlərini hərəkətə keçməyə inandırmaqdır.
İnsan hüquqları üzrə səmərəli təşviqat mesajlarının xüsusiyyətləri:
-
Yoxlanmış faktlar və rəqəmlərə əsaslanır
-
Real həyatdan götürülmüş sosial misallardan ibarət olur
-
Sadə və konkretdir
-
Müvafiq dildən istifadə edilir (siyasi polemikadan daha çox insan hüquqları mühakimələrindən istifadə edilir; təhqiredici sözlərə yol verilmir)
-
Etibarlı qasidlə ötürülür
-
Aydın şəkildə hərəkətə çağırır
-
Hədəf kütlələr üçün uyğunlaşdırılır
-
Kontr-arqumentlərin qabağını alır
İnsan hüquqları mexanizmlərinin əldə etdiyi məlumat və tövsiyyələr bu xüsusiyyətlərin bir sırasını yerinə yetirir. VCİ-lər təşviqatı daha səmərəli etmək üçün əldə olunan tapıntı və tövsiyyələri müəyyən edib, onları prioritetləşdirir.
Dostları ilə paylaş: |