Qvatemalada müstəqil ədliyyə sistemi üçün təşviqat fəaliyyəti H
27 akim və vəkillərin müstəqilliyi məsələləri üzrə Xüsusi Məruzəçi Qvatemalaya Ali Məhkəməyə seçkilərin keçirildiyi dövrdə səfr etmişdir. Vətəndaş cəmiyyəti hakimlərin seçkisindən sonra Dövlət Prokuroru vəzifəsinə keçirilmiş seçkilər prosesində öz təşviqat fəaliyyətinin bir hissəsi olaraq xüsusilə də müstəqillik, şəffaflıq və yüksək peşəkarlığa dair tələblərlə bağlı Xüsusi Məruzəçinin hesabatına hərtərəfli şəkildə istinad etmişdir. İHAK-ın Qvatemaladakı Ofisi məqbul beynəlxalq standartların, o cümlədən Xüsusi Məruzəçinin tövsiyyələr toplusunun tərtib edilməsinə yardım etmişdir. VCİ-lər öz təşviqat fəaliyyətini qüvvətləndirmək üçün bu topludan istifadə etmiş, Dövlət Prokuroru vəzifəsinə ən səriştəli namizədlərin tövsiyyə edilməsi üçün komissiyalar təyin etmişlər. Qanunvericilikdə dəyişikliklərin aparılması, ədliyyə sisteminin müstəqilliyi baxımından hakimiyyət orqanlarının daha çox cavabdeh olması üçün də VCİ-lar ictimai bəyanatlarda bu tövsiyyələrdən istifadə etmişlər.