Kot-Divuarda cinzi zorakılıq əleyhinə mübarizə üçün təhlükəsizlik qüvvələrinin fəallaşdırılması və potensial quruculuğu 2009-cu ildə Kot Divuar üzrə UDİ-dən sonra QHT SOS Exclusion əsasən polis və hərbi qüvvələr üçün insan hüquqları sahəsində potensial quruculuğuna yönələn fəaliyyət planının hazırlanması məqsədilə tövsiyyələrdən istifadə etmişdir. “Qadın hüquqlarına dair UDİ tövsiyyələri ilə bağlı iki seminar təşkil etdik” Təşkilatın Prezidenti izah etid. “Bu, Həmrəylik, Ailə, Qadın və Uşaq Məsələləri Nazirliyi, Ədliyyə Nazirliyi və BMT Qadınlar kimi əsas iştirakçıların bəziləri ilə həmin tövsiyyələrin həyata keçirilməsi ilə bağlı vəziyyəti qiymətləndirmək üçün yaxşı fürsət oldu”. Bundan sonra cinsi zorakılıq əleyhinə sosial səfərbərlik kampaniyası keçirilmişdir ki, bu da UDİ tövsiyyələrindən biri olmuşdur. “Kampaniya vətəndaş cəmiyyəti iştirakçılarını, dini liderləri, Həmrəylik və Ədliyyə Nazirlikləri, eləcə də kampaniyanın həyata keçirildiyi icmaları bir araya gətirmək üçün bizə imkan yaratdı”.