Məlumatın yayılması və məlumatlandırmanın artırılması
İnsan hüquqları mexanizmlərinin əldə etdiyi məlumatlar və tövsiyyələrin yayılması və onlar barədə məlumatlandırmanın artırılması Dövlətlərin insan hüquqları sahəsindəki öhdəliklərinin icrasının təşviqi baxımından faydalı vasitələrdir.
Bir çox hallarda hüquqları
həyata keçirmək mümkün olur, çünki daha çox hüquq sahibi öz hüquqlarını tanıyır və onları tələb edir və ya müvafiq qurumlar insan hüquqları ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün onlar tərəfindən hansı tədbirlərin görülməsinin tələb olunduğunu bilir. Məlumatlandırmanın artırılması ilə insan hüquqları sahəsində bilikdə boşluqların aradan qaldırılması və ya azaldılması və insan hüquqları haqqında məlumatların yayılması hüquqların həyata keçirilməsini təşviq etmək baxımından səmərəli yollardır.
Yerli dillərə tərcümədən tutmuş media və sosial media kampaniyalarının müxtəlif formalarınadək VCİ-lar insan hüquqları mexanizmlərinin əldə etdiyi məlumatların və tövsiyyələrin yayılmasında təşəbbüslü və kreativdirlər. Məlumat yayımı planlarına hər zaman əlilliyi olan şəxslər üçün material və informasiyanı əlyetərli olması məsələsi daxil edilməlidir.
23