40
40
translyator adlanan proqram vasitəsilə yerinə yetirilir. Bu zaman ilkin proqramda
buraxılmış morfoloji və
sintaksis səhvlər aşkar edilib, proqramçıya çatdırılır,
səhvlər aradan qaldırıldıqdan sonra tərcümə prosesi davam etdirilir və kompüter
dilində proqram alınır. Bu proqrama mütləq və ya işçi proqram deyilir. Bu
proqramın düzgün işləməsini yoxlamaq məqsədilə yoxlama misalında o, sınaqdan
çıxarılır. Proqramdakı məntiqi səhvlərin aşkarlanıb, aradan qaldırılması prosesinə
proqramın sazlanması deyilir.
İşçi proqramın icrası, nəticələrin alınması və təhlili.
Proqram sazlandıqdan
sonra o, müxtəlif ilkin verilənlər dəsti üçün bir neçə dəfə icra olunur, alınmış nəticə
mütəxəssis və məsələni qoyan istifadəçi tərəfindən təhlil olunur.
əgər təhlil
prosesində nəticələr istifadəçini tan təmin etmirsə, o, yeni tələblər qoya bilər və ya
əvvəlki, tələblərdə dəyişiklik edə bilər. Bu halda yeni tələblərin xarakterindən asılı
olaraq məsələnin qoyuluşunda, alqoritmdə və ya proqramda müəyyən dəyişiklik
edilir. Uzun müddət istifadə olunan proqram kompüterin xarici yaddaşında (
diskdə) hazır proqram kimi saxlanılır. Proqrama istifadəçi
üçün təlimat da əlavə
olunur.
Alqoritm riyaziyyatın mühüm anlayışlarından biri olub, hələ kompüter
yaranmamışdan əvvəl mövcud idi. Çoxrəqəmli onluq ədədlər üzərində hesab
əməllərinin aparılması qaydaları ( alqoritmləri)
ilk dəfə IX əsrdə özbək
riyaziyyatçısı Əl-Xarəzmin tərəfindən verilmişdir. Alqoritm termini də məhz
bu riyaziyyatçının adı ilə bağlıdır.
Ümumi şəkildə desək, alqoritm məsələnin həll yoludur,
yəni məsələnin
həllini təmin edən formal qaydalar sistemidir. Məsələnin kompüterdə həlli
baxımından alqoritm axtarılan cavabların alınması üçün məsələnin verilənləri
üzərində icra olunan hesabi və məntiqi əməllər ( mərhələlər) ardıcıllığıdır. Bu
mərhələlərdə uyğun olaraq hesab və müqayisə əməlləri yerinə yetirilir.
Müqayisənin nəticəsindən asılı olaraq bu və ya digər mərhələnin icrasına keçilir.
Alqoritm həll olunan məsələnin xarakteri ilə bağlı
olduğu üçün onun
yaradılmasında ümumi qaydalar yoxdur. Lakin hər bir alqoritm tərtib edilərkən
41
41
onun müəyyən tələblərə cavab verməsi nəzərə alınmalıdır. Bu tələblərə alqoritmin
xassələri deyilir. Alqoritmin aşağıdakı xassələri vardır:
1.
Müəyyənlik. Alqoritmin tərtibi məsələnin həllini ardıcıl yerinə
yetirilən mərhələlərə bölmək deməkdir. Bu zaman əvvəlki mərhələlərin nəticələri
sonrakı mərhələdə istifadə oluna bilər.
Əsas tələb ondan ibarətdir ki, hər bir
mərhələnin məzmunu və mərhələlərin yerinə yetirilmə ardıcıllığı müəyyən
olmalıdır. Bu alqoritmin müəyyənlik xassəsini təşkil edir.
2.
Kütləvilik. Bu xassədə iki tələb nəzərdə tutulur:
a). müəyyən məsələnin həlli üçün qurulmuş alqoritm həmin tipdən olan
bütün məsələlərin həlli üçün yararlı olmalıdır;
b). alqoritm elə təsvir olunmalıdır ki, ondan hamı istifadə edə bilsin.
3. Alqoritm diskret olmalıdır, yəni hesablama prosesi əməllər ardıcıllığına
bölünməlidir.
4. Nəticəvilik. Alqoritmdəki mərhələlərin və onları
təşkil edən
əməliyyatların sayı sonlu olmalıdır ki, onların yerinə yetirilməsi axtarılan
nəticəyə gətirib çıxara bilsin.
Alqoritmdəki hesab əməlləri arasındakı məntiqi əlaqələr kompüterin qəbul
edə biləcəyi şəkildə verilməlidir. Həmin əlaqələr çox vaxt bu və ya digər
hesablama addımlarının seçilməsini təyin
edən müəyyən şərtlərin
yoxlanması şəklində ifadə olunur. Məntiqi şərtlər içərisində aşağıdakılar
xüsusi yer tutur, çünki onların yaranması hesablama prosesinin normal
gedişinə imkan vermir:
-
hesablamada mütləq qiymətcə kompüterdə təsvir oluna biləcək maksimal
ədəddən böyük ədədin alınması;
-
sıfırın və ya mənfi ədədin loqarifmalarının hesablanması;
-
mənasız hesablamaların aparılmasına cəhd göstərilməsi ( məsələn,
1
x
olduqda, arcsin(x) və ya arccos(x) –in hesablanması).
3.
Dostları ilə paylaş: