İCTİMAİ sağlamliq və SƏHİYYƏNİn təŞKİLİ elmi, onun məQSƏDİ, VƏZİFƏLƏRİ, priNSİPLƏRİ, MÜASİr problemləRİ VƏ İNKİŞaf perspektiVLƏRİ


İCTİMAİ SAĞLAMLIQ VƏ SƏHİYYƏNİN TƏŞKİLİ ELMİNİN İNKİŞAF TARİXİ



Yüklə 51,96 Kb.
səhifə2/13
tarix17.02.2022
ölçüsü51,96 Kb.
#114485
1   2   3   4   5   6   7   8   9   ...   13
İCTİMAİ SAĞLAMLIQ VƏ SƏHİYYƏNİN TƏŞKİLİ ELMİNİN İNKİŞAF TARİXİ
« İctimai sağlamlıq və səhiyyənin təşkili» tibbi elm olduğu üçün, onun inkişafının nəticəvi məhsulu kimi də qiymətləndirilməlidir.

Tibb elmi bəşər cəmiyyətinin yarandığı gündən mövcuddur. Görkəmli rus fizioloqu İ.P.Pavlov deyir ki, təbabət insanın yaşıdıdır. İctimai sağlamlıq və səhiyyənin təşkili elminin formalaşması, bir elm kimi təşəkkül tapması hər bir elmə xas olan üç mərhələli bir inkişaf yolu keçmişdir. Bu zaman tibb elminin digər sahələri ilə birlikdə İctimai sağlamlıq və səhiyyənin təşkili də yaranmışdır. Ümumi inkişaf baxımından onun yaranması aşağıdakı mərhələləri keçmişdir:

1. Emprik dövr. Bu mərhələ ilkin təcrübi biliklərin, məlumatların yaranması və toplanması ilə yanaşı sağlamlığının mühafizə edilməsi üçün ictimai və dövlət xarakterli tədbirlərinin meydana gəlməsi ilə səciyyələnir.

2. Analitik dövr. Bu dövrdə sağlamlıq, onu qiymətləndirmək üçün meyarlar, müəyyənləşdirən amillər, onu möhkəmləndirməyin və yaxşılaşdırmağın forma və üsulları məsələsi praktiki və elmi əhəmiyyət kəsb edir.

3. Sintetik dövr. Bu mərhələdə ümumi qanunauyğunluqların aşkar edilməsi zəruriliyi meydana çıxır. İctimai sağlamlıq və səhiyyənin təşkili elmi müstəqil tədris fənni kimi formalaşır.

Tibb elminin inkişaf tarixinə nəzər yetirsək görərik ki, ayrı-ayrı tarixi dövrlərdə və ya mərhələlərdə sağlamlıq vəziyyətinə, eləcə də onun antipodu olan xəstələnmə, zədələnmə, əlillik və b. hallara müxtəlif cür şərh verilmişdir. Qeyd etmək lazımdır ki, bununla bərabər, istər sağlamlıqda, istərsə də xəstəliklərin yaranmasında amillərin içərisində sosial təsirinin rolu dəfələrlə təsdiq edilmişdir. Hələ antik dövrdə yunan filosofu Platon öz əsərlərində /«Dövlət», «Qanunlar», «Timey» və s. /insanların həyat şəraiti ilə sağlamlığı arasında əlaqə olmasını göstərmişdir. Platona görə «həyat gözəlliyi» və «real məişət gözəlliyi» yalnız «sağlam ruhda və sağlam bədəndə» ola bilər.

Sonradan Aristotel də həyat şəraitinin sağlamlığa təsirini öz əsərlərində göstərmişdir. Hippokrat özünün «Hava, su və yerlər haqqında» traktatında xarici mühit amilləri ilə yanaşı sosial faktorların da əhalinin sağlamlıq vəziyyətinə təsir etdiyini göstərmişdir.

Roma alimləri Tit Lukretsiy Karın «Əşyaların təbiəti» və Avl Karneliy Çelsin «Təbabət haqqında» əsərlərində ictimai sağlamlığın formalaşmasına təsir edən amillər və onun mühafizəsi haqqında yazılır.

Antik təbabətin klassik nümayəndəsi sayılan K.Qalen sağlamlıq və xəstəlik haqqında özünün tam biliklər sistemini yaratmış və qeyd etmişdir ki, cəmiyyətdə sağlamlığı o şərtlə mühafizə etmək olar ki, gərək düzgün həyat tərzinə riayət edəsən, mənfi təsirlərdən qorunasan.

Özünə qədərki tibbi biliklər sistemini ümumiləşdirən, onu fundamental bir səviyyəyə gətirən Əbu Əli İbn-Sina özünün «Tibb elminin qanunu» kitabında sağlamlığa və xəstəliyə təsir edən faktorları və şəraiti mənşəcə və mahiyyətcə xarakterizə edir, sosial faktorlara üstünlük verir.

Hələ XVI əsrin başlanğıcında utopik sosialistlərin əsərlərində sosial amillərin əhalinin sağlamlığına təsiri qabarıq surətdə göstərilmişdir. İngilis siyasi xadimi və mütəfəkkiri olan Tomas Morun «Qızıl kitab», «Yeni utopiya adasında», İtalyan filosofu Tomazo Kampanellanın «Günəş şəhərciyi» əsərlərində sağlamlığı qoruyub saxlamağa, möhkəmləndirməyə təsir edən amillər, ələlxüsus sosial şərait haqqında yazılır. Sonrakı dövrlərdə sosial gigiyenik biliklərin yaranması və inkişafı kapitalizmin inkişafının manufaktura dövrünə təsadüf edir. Bu zaman peşə patologiyası haqqında təlim yaranır. İlk dəfə dağ - mədən və metal işi ilə bağlı problemlər öyrənilir. Alman alimi Corc Aqrikolun «Dağ-mədən və metallurgiya haqda» əsəri yazılır. Bu dövrdə bütün dünyada peşə patologiyası haqqında olan təlimin yaradıcısı sayılan Bernardino Ramassinin əsərləri nəşr edilir. Bu baxımdan onun «Sənətkarların xəstəlikləri haqqında» və «Hökmdarların sağlamlığının mühafizəsi haqda düşüncələr»,əsərləri mühüm əhəmiyyət kəsb edir.

Burada müəllif hökmdarlara ayrıca peşə qrupu kimi baxır. Onlarda sağlamlığın pozulması və xəstələnməsinin meydana çıxmasını «hər şeyin bolluğunda» görür. Burada sosial gigiyenanın sosial həyat tərzi ilə bağlı olan elementləri ortaya çıxır.

İngilis mütəfəkkiri F.Bekon «Yeni Atlantida» əsərində göstərir ki, sağlamlıq vəziyyətinə və xəstəliyin meydana çıxmasına şəxsi həyat faktorları ilə birlikdə sosial həyat tərzi də təsir edir.

Sağlamlıq və xəstəliyə sinfi mənsubiyyətdən doğan amillərin təsiri probleminin öyrənilməsi Böyük Fransa inqilabı dövründə geniş vüsət alır. Fransa inqilabının ideoloqu sayılan K.A.Helvetsiy özünün «İnsan haqqında» (1773) kitabında sosial şəraitin insanın sağlamlığının formalaşmasında, intellektual simasının və fıziki vəziyyətinin kamilləşməsində rolunu göstərir.

Kapitalizmin meydana gəlməsi ilə əlaqədar olaraq əhali probleminə, səhiyyəyə, demoqrafiyaya və tibbi statistikaya maraq daha da artmışdır. İngilis alimləri Dj. Qraunt və Ulyam Pettinin öz əsərlərində əhali artımına, onun sağlamlığının formalaşmasına, o cümlədən tibbi statistikaya geniş yer vermişlər.

Göründüyü kimi İctimai sağlamlıq və səhiyyənin təşkili elminin əsas elementləri, o cümlədən tibbi statistika və demoqrafiya bölməsi insan cəmiyyətinin erkən pillələrindən mövcud olmuşdur. Ancaq müstəqil bir elm kimi sosial gigiyena və səhiyyənin təşkili elmi kapitalizm dövründə formalaşmışdır. Bu elm, təbabətin yox, sosiologiyanın vacib bir sahəsi kimi təşəkkül tapmışdır. Bu dövrdə ictimai və tibbi elmlərdə baş verən differensiasiya, eləcə də tibb elminin yüksək inkişaf səviyyəsi, sosial gigiyena və səhiyyənin təşkilinin təbabətin sosial problemləri haqqında bir elm kimi yaranmasına, onun gələcək inkişaf perspektivini təmin etməsinə şərait yaratmışdır.

Tarixi sənədlər göstərir ki, sosial - gigiyenik ideyalar əslində Rusiyada XVIII əsrdə yaranmışdır. Bu zaman İ.L.Danilevski «Ən yaxşı tibbi idarəçilik haqqında» mövzusu üzrə tibb doktoru dərəcəsini almaq üçün dissertasiya müdafiə etmişdir. Burada göstərilir ki, dövlətin borcu və vəzifəsi əhalinin sağlamlığını qorumaq, mühafizə etmək, xəstəlikləri və ölümü azaltmaq, bu məqsədlə dövləti xarakterli tədbirlər sistemi hazırlamaq və uyğun səhiyyə xidməti təşkil etməkdən ibarətdir. Dissertasiya belə bir nəticə ilə yekunlaşır: «Xəstəliklərin müalicəsi və ondan mühafizə həkimlərdən yə aptekçilərdən yox, dövlətdən asılıdır». Heç də təsadüfi deyil ki, bu dissertasiya İ.P.Frank tərəfindən tərtib edilən məcmuəyə daxil edilmişdir.

İctimai səhiyyə üçün dövlət tədbirlərinin vacibliyi məsələsi alman dilli ölkələrdə özünə daha geniş yer tapir. Bu da onlarda sağlamlığa merkantilist münasibətdən və siyasətdən irəli gəlirdi. Burada «polisiya» ideyası əsas götürülürdü. Odur ki, səhiyyədə idarəçilik eyni adla «tibbi polislik» adlanırdı. Demək, tarixən dövlətin sağlamlığı mühafizə haqqında ilk borcları polisliklə tənzim olunurdu və müvafiq qaydalar şəklində təzahür edirdi.

Tibbi polislik konsepsiyasını tam şəkildə verən alman alimi İohan Peter Frank olmuşdur. Onun «Tam tibbi polislik sistemi» əsəri altı cilddən ibarət olub fundamental bir məxəzdir. O, klinisist olmaqla yanaşı, xəstəxanada səhiyyə idarəçisi, daxili xəstəliklər kafedrasının müdiri işləmişdir. Özünün çoxcildli əsərində ictimai səhiyyə, müalicə yardımının təşkilinin əsaslarını, sağlamlıq problemlərini, müxtəlif sosial - gigiyenik məsələləri, profilaktika sistemini, tibbi təhsü haqqında ideyanı geniş şəkildə şərh edir.

İ.P.Frankın «Tam tibbi polislik sistemi» əsərini sosial gigiyena və səhiyyənin təşkili üçün o dövrün ensiklopediyası saymaq olar. Odur ki, İ.P.Frank «Sosial gigiyenanın atası» adlandırılırdı. Çünki o, ilk dəfə təbabətin, cəmiyyətin sosial və dövlət həyatında rolunu verir, onu tibb təhsili sistemində müstəqil tədris fənni kimi keçməyi təkid edir və buna nail olur.

Tibbi polislik konsepsiyasının inkişafında İ.P.Frankın müasiri Macar həkimi Z.Q.Xrusti də böyük rol oynamışdır. O, özünün iki cildlik «Tibbi polislik haqqında düşüncələr» əsərində sağlamlığın mühafizəsi, tibbi xidmət, xəstəliklərin sosial səbəbləri problemini həll edir. Tibbi polislik tədbirləri kompleksini hazırlayır.

İ.P.Frank və Z.Q.Xrusti öz əsərləri və əməli işləri ilə o dövrdə tibbi polislik konsepsiyasını inkişaf etdirərək ictimai səhiyyəni dövlətin sosial siyasətinin tərkib hissəsinə çevirmişlər.

Bu dövrdə İngiltərədə bir qrup həkim başda E.Çedvik /1842/ olmaqla zəhmətkeşlərin iş yerlərinin sanitariya vəziyyətini müayinə etməklə özlərinin «Sanitar hesabatını» tərtib etdilər. Nəticədə 1848-ci ildən sanitariya həkimi vəzifəsi yarandı və ictimai sağlamlıq haqqında lazımi aktların qəbul olunması təmin edildi. Belə analoji yoxlamalar həmçinin 1845-ci ildə Nyu -Yorkda sanitariya həkimi D.Qriskom tərəfindən aparılırdı. Amerikada tibbi polislik problemlərini həll etmək üçün sanitariya statistikası materialları görkəmli statistik, eləcə də Amerika statistiklər assosiasiyasının yaradıcısı L.Şattak tərəfindən istifadə edilmişdir. Sonra, 1851-ci ildə Yeni Orleanlı Dj. Saymonds da belə statistik materiallardan istifadə etmək yolu ilə sağlamlıq vəziyyətinin göstəricilərinin iqtisadi ekvivalentləri problemi üzərində işləmişdir.

Rusiyada da tibbi polislik ideyasını dəstəkləyən və inkişaf etdirən prof. İ.P.Frank oldu. Çünki o, 1804-cü ildə I Aleksapdr tərəfindən Rusiyaya dəvət olunmuş və Peterburqda Tibbi - Cərrahi Akademiyanın rektoru təyin olunmuşdu. Onun tibbi polislik ideyası üzrə inzibati tədbirlər vasitəsilə sağlamlığa zərər verən amilləri aradan götürmək lazım idi. Bundan ötəri isə cəmiyyətdə xüsusi qanunlar olmalı idi. Bu səpkidə hüquq elmi üzrə N.Rojdestvenskinin «Həyatın mühafizəsi və xalqın sağlamlığı barədə dövlət tədbirləri haqqında düşüncələri» dissertasiyası mövcud tibbi və ictımai məzmunlu hüquqi fikirləri tamamladı.

XVIII əsrin sonunda artıq Avropanın bir sıra tibbi təhsil ocaqlarında tibbi polislik adı ilə verilən biliklər tədris edilirdi. Rusiyada bu işin ilk pioneri F.F.Keresturi (1735-1811) sayılır. O, «Tibbi polislik haqqında və ondan Rusiyada istifadə» əsərinin müəllifidir. Bu işin davamçılarına N.Y.Dyakov, P.P.Pelexin və s. göstərilə bilər. P.P.Pelexin 1845-ci ildə «Tibbi polislik proqramını» tərtib etmiş və onu Peterburq Tibb - Cərrahi Akademiyasına təqdim etmişdir. O, tibbi polislik kafedrasını müstəqilləşdirmək ideyasını irəli sürmüşdü. Bu barədə geniş məlumat Y.Xanıkovun «Rusiyada tibbi polisliyin tarixi oçerkləri» kitabında ətraflı məlumat verır. Tibbi polislik üzrə tədris sistemində müstəqil kurs açılması fikri müxtəlif ölkələrdə meydana gəlmişdi. Belə ki, 1785-ci ildə Macarıstanda Z.Q.Xusti tərəfındən tibbi polislik kafedrası açıldı. İngiltərədə E.Danken tərəfindən mühazirələr kursu nəşr edildi. Çox keçmədi ki, Londonda Dj.Saymon ictimai səhiyyə, haqqında yeni mühazirələr kursu təşkil etdi. Sosial gigiyenik ideyanın meydana gəlməsində və formalaşmasında tibbi polislik konsepsiyası ilə birlikdə tibb-topoqrafik tədqiq və təsvirlər böyük əhəmiyyət kəsb etmişdir. İkinci aspekt XVIII- XIX əsrlərdə dünyanın bütün inkişaf etmiş ölkələrində özünə geniş yer tapır. Bu, hər şeydən əvvəl, dövlətin müdafiə tədbirləri sisteminə daxil olan problemlərin ortaya çıxması (epidemiyalar, yaralananlar və s.) ilə bağlı idi. Almaniyada bu aspekt İ.P.Frank, L.L.Finko tərəfindən, Rusiya da isə P.İ.Rıçkov, P.Z.Kondoidi və s. şəxslər tərəfindən öyrənilib. Bu zaman mahiyyətcə tibbi coğrafiya elminin bünövrəsi qoyulub. Sonradan tibbi-topoqrafik təsvirlər əhalinin sağlamlıq vəziyyətini səciyyələndirən əsərlərin yaranmasına səbəb oldu. (L.L.Funk, O. Hun, Q. Lattenhofer, K.F.Fuks və başqaları).

Fransa burjua inqilabı ərəfəsində sosial-gigiyenik ideyaların inkişafı yeni vüsət alır. J.Kabanis, A.Sen-Simon, Ş.Furye, R.Ouen və başqa alimlərin əsərləri bu ideyaların geniş yayılmasında mühüm rol oynadılar. Ş.Furye öz əsərlərində yeni «gigiyenik müdriklik» prinsipini əsas tutaraq göstərir ki, ərzaq məhsullarının kifayət qədər olduğu şəraitdə əhalinin sağlamlıq vəziyyətini artırmağa nail olmaq lazımdır. J.Kabanis «İnqilab və tibbi reforma» əsərində gigiyena üzərində xüsusi olaraq dayanır. Tədricən bu şəkildə formalaşan tibbi-fəlsəfi baxışlar sistemi bu predmetin düzgün adlandırılması üçün zəmin yaratdı. 1838-ci ildə fransız alimi J.Roşar öz dissertasiyasında «sosial gigiyena» terminini işlətdi. O deyirdi: «İnsan ictimai heyvan olsa da mütləq cəmiyyətdə yaşayır, fəaliyyət göstərir. Ona görə gigiyenanı iki yerə bölmək olar: fərdi və ictimai gigiyena. Aydındır ki, ikinci forma qanunçuluğu və inzibati tədbirləri əhatə edir».

Rusiyada birinci sosial gigiyena terminini işlədən V.O.Portuqalov olmuşdur. Bu məsələ öz əksini o, özünün 1873-ci ildə yazdığı «İctimai gigiyena məsələləri» əsərində tapmışdır, bu istiqamətdə əsaslı dönüş yaratmışdır.

Sosial gigiyenaya aid yazılan ilk kitablardan biri 1888-ci ildə Parisdə J.Roşar tərəfindən yazılan «Sosial gigiyena və sanitar profilaktikası» haqqında traktatıdır.

Yeni yarandığı ilk dövrlərdə sosial-gigiyena elmi çox ağır informasiya «yükü» ilə xarakterizə olunurdu. Bu «bilik xəzinəsi» yükündə peşə patologiyası, ümumi gigiyena, məktəb gigiyenası və b. digər predmetlər birləşirdi. Lakin əsrin 30-cu illərində artıq differensiasiya prosesi sosial gigiyenanı bu bilik xəzinəsinin əlavə yükündən azad etdi. Onlar müstəqil elm oldular, kafedraya çevrildilər. Beləliklə də sosial gigiyena və səhiyyənin təşkili elmi tədricən daha da zənginləşir, formalaşır, inteqral bir tibbi-sosial elmə çevrilirdi.

Bu günə qədər sosial gigiyena və səhiyyənin təşkilinin tarixinə dair çoxlu elmi işlər olmuşdur. Bu tarixi araşdırmalarında həmişə aşağıdakı prinsip gözlənilmişdir; tarixi əlaqələr itirilməmiş, elmin formalaşmasına zamanın tələbi və gözü ilə baxılmışdır. Yəni onun necə yaranması, necə inkişaf etməsi, hansı tarixi mərhələləri keçməsi və hazırki vəziyyəti barədə suallara cavab tapılmışdır.

İctimai sağlamlıq və səhiyyənin təşkili elmi bəşəriyyətin mövcud olduğu ilk dövrlərdən, cəmiyyətin sağlamlığının mühafizəsi və möhkəmləndirilməsinə aid biliklərin yarandığı və toplandığı çağlardan mövcuddur. O çağlar bu biliklər tədriclə inkişaf edərək öncə dediyimiz kimi tibbi polisiya sistemini yaratdı. Yəni əhalinin sağlamlığının mühafizəsi istiqamətində dövlətin vəzifələrini əks etdirən müxtəlif qanunvericlik və təlimat aktları yarandı. Sonradan tibbi polisilik tibbi-topoqrafik təsvirlər daxil edilməklə bu günki sosial gigiyenanın və səhiyyənin təşkilinin əsası qoyuldu.

İctimai sağlamlıq və səhiyyənin təşkili elmi tarixən müxtəlif cür adlandırılmışdır: tibbi polislik, ictimai səhiyyə, ictimai gigıyena, ictimai təbabət, xəbərdaredici təbabət, tibbi sosiologiya, sosial təbabət, səhiyyə nəzəriyyəsi və b.

1948-ci ildə fransız alimi və həkimi J.Qoren özünün «Sosial təbabət» konsepsiyasını jurnalında nəşr etdirmişdir. Burada ictimai fəaliyyətlə təbabətin əlaqələri təhlil edilmişdir. Nədənsə bu termin yalnız XX əsrdə özünə geniş yer tapır. İngilis müəllifləri hesab edirdilər ki, sosial təbabət ictimai gigiyena ilə olan assosiasiyadan kənara qaça bilməsə də o məntiqi mənada klinik təbabətin davamı sayılmalıdır Bu günün özündə də belə fikir tərəfdarları var. Onlar hesab edirlər ki, gələcəkdə müalicəvi təbabət ilə sosial gigiyena arasında fərq aradan qaldırılacaq və geniş səpgidə problemləri olan bir fənn - sosial təbabət yaranacaqdır.

J.Qorenin fikrincə sosial təbabət dörd hissədən ibarətdir:

1. Sosial fiziologiya

2. Sosial patologiya

3. Sosial gigiyena

4. Sosial terapiya

J.Qoren və onun həmfikirləri qeyd edirdilər ki, sosial təbabət təcrübə və müşahidəyə əsaslanmalıdır. Ona görə də statistikaya sosial təbabətin vacib hissəsi kimi baxaraq onlar həkimlərə həyat elmi ilə siyasi iqtisad fənni ilə məşğul olmağı da tövsiyyə edirdilər.

Tibbi sosiologiya bütöv bir sosial sistemdə əsas kompo- nentlərdən sayılan tibbi sənədin əhəmıyyətini, səhiyyənin təşkilini və ümumiyyətlə tibbi öyrənən bir elmdir. Hazırda tibbi sosiologiyanın inkişafindakı nailiyyətlər aşağıdakı dörd istiqamətdə özünü göstərir:

1. Xəstəliklərin sosial-mədəni aspekti. Burada söhbət ətraf

mühitin, coğrafi faktorların, sanitariya maarifinin və digər amillərin təsirindən gedir.

2. Həkimlik sənəti və tibbi deontologiya.

3. Tibbi xidmət.

4. Səhiyyə siyasəti. Bu o deməkdir ki, dövlət yalnız özunün

iqtisadi siyasətində yox, eləcə də hazırladığı siyasi platforma və konsepsiyasında cəmiyyətin sağlamlığı sahəsində nəzərdə tutduğu problem və məsələləri göstərməlidir.

Bir elm kimi sosial gigiyena və səhiyyənin təşkili XIX əsrin ortalarında formalaşdı. 1906-cı ildə Kiyevdə «Sosial gigiyenanın və ictimai təbabətin əsasları» kursu təşkil edildi. Bunu tədris ədən A.V.Korçak-Çepurkovski sayılır.

1908-ci ildə müvafiq kurs Peterburqda A.İ.Şinqaryev tərəfindən yaradıldı.

Vyana universitetində 1909-cu ildə L.Telsgi, Myunxendə isə 1912-ci ildə İ.Kaup sosial gigiyena kursunu tədris etdilər.

Tarixi tədqiqatlar göstərir ki, ilk sosial gigiyena və səhiyyənin təşkili elmi Avropanın inkişaf etmiş ölkələrində yarandi. Beləki Fransada bu elmin yaradıcılarına E.Dyuklo (L.Pasterin tələbəsi), J.Parizo, L.Şpilman, E.Burne, J.Leklerk, E.Resie, A.Fişer, F.Qrinçinov, S.Neyman və s. göstərilə bilər.

Belçikada bu elmin inkişafında E.Malvoz və R.Sandın, İtaliyada D.Tropeano, L.Deveto, E.Levinin xüsusi xidmətləri olmuşdur.

İngiltərədə Dj.Rayi, F.A.Kryu, Amerikada G.Biqqe, F.L.Danhem, E.Saydenstriker, Q.Siqerist, Ç.Mak-İntayr, E.Blekuell, Dj.P.Çorbass, H.E.Frimek sosial gigiyena və səhiyyənin təşkilinin bir elm kimi formalaşmasında mühüm rolları olmuşdur.

Biz müxtəlif ölkələrdə sosial gigiyena elminin nümayəndələrini göstərsək də, bu elmin inkişafında Almaniya alimlərinin daha böyük xidmətləri olmuşdur. Çünki, bu elmin meydana gəlməsi və formalaşması məhz Almaniyada çox fəal və sürətiə baş vermişdir.

1903-cü ildə ilk dəfə dövrü olaraq Germaniyada sosial gigiyena jurnalı nəşr olunmağa başladı. 1905-ci ildə alman sosial gigiyenisti Alferd Qrotyan Berlində sosial gigiyena və tibbi statistika üzrə elmi cəmiyyət yaratdı. O, 1912-ci ildə bu ixtisas üzrə dosent elmi dərəcəsini almağa nail oldu.

Almaniyada, o cümlədən Berlin universitetində müstəqil sosial gigiyena kafedrasının yaranmasında görkəmli alman gigiyenisti K.Flyuqqe böyük rol oynamışdır. Onun təkidi nəticəsində məhz A.Qrotyan 14 iyun 1920-ci ildə kafedranın professoru təyin edildi. Bu zaman A.Qrotyan «Sosial patologiya», A.Fişer «Sosial gigiyena», B.Xayes «Sosial gigiyena» əsərlərini yazdılar. Burada sosial gigiyenanın mahiyyəti bir elm kimi səciyyələnməklə müxtəlif sosial-gigiyenik problemlər açıldı.

Sovet dövründə sosial gigiyena və səhiyyənin təşkilinin inkişafında N.A.Semaşko və Z.P.Salovyovun böyük xidmətləri olmuşdur.

İlk sosial gigiyena kafedrası SSRİ-də 1922-ci ildə I-ci Moskva universitetinin tibb fakültəsində N.A.Semaşkonun təşəbbüsü əsasında yaranıb. N.A.Semaşko ömrünün axırına qədər (1949) ona rəhbərlik etmişdir.

1923-cü ildə 2-ci Moskva dövlət universitetində Z.P.Solovyovun rəhbərliyi altında sosial gigiyena kafedrası yarandı.

1923-cü ildə 1918-ci ildən Moskvada yaradılan Sosial gigiyena muzeyi Elmi Tədqiqat Sosial-gigiyena İnstitutuna çevrildi. Direktor Alferd Vladislavoviç Molkov oldu. Tədricən Xarkovda, Leninqradda, Kiyevdə, Minskdə, Kazanda, Saratovda və başqa şəhərlərdə tibb institutlarında sosial gigiyena kafedraları yarandı.

Sovet dövründə sosial gigiyena və səhiyyənin təşkili elminin inkişaf tarixi haqqında N.A.Vinaqradovun, İ.Q.Lavrova təsnifatı vardır. İ.Q.Lavrovaya görə bu elmin inkişafı aşağıdakı dövrlərə bölünür:

1. 1917-1921. Bu zaman o, ictimai sağlamlığı öyrənən bir elm kimi formalaşmışdır.

2. 1922-1929. Müstəqil kafedralar yaranmışdır. Tədris fənni kimi tədris edilmişdir. 20 fevral 1922-ci ildə Moskva universitetinin tibb fakültəsində N.A.Semaşko I-ci mühazirəni oxumuşdur: «Sosial gigiyenanın mahiyyəti, metodları və əhəmiyyəti». 1922-ci ildə tədris proqramı tərtib edilmiş, ilk dərsliklər yazılmışdır. (T.Y.Tkaçev, Z.Q.Frenkel, A.M.Molkov).

3. 1930-1941. Bu dövrdə sosial gigiyena nəzəri problemlərdən uzaqlaşır və praktik səhiyyəyə yaxınlaşır, ona görə də nəhayət 1941-ci ilin mayında sosial gigiyena kafedrası səhiyyə təşkili kafedrası kimi adlanır. Emprizmə yol açır. Belə adlandırma elmlilikdən karküzarlığa, dəftərxanaçılığa meyilliyi artırırdı. Nəzəri problemlərdən uzaqlaşma baş verirdi. Elm səhiyyənin dar - praktik tələbatını ödəməyə çevrilirdi. Nəticədə, bu profilli kafedralar səhiyyə idarələrinin, nazirliyin bir növ dəftərxanasına çevrildi. Onların vəzifəsi əmrlər, təlimatlar, sirkulyar məktublar, metodik tövsiyələr hazırlamağa yönəldi.

1935-ci ildə I-ci Moskva tibb institutunda prof P.A.Kuvşinnikovun rəhbərliyi ilə müstəqil statistika kafedrası yarandı. Elmin nəzəri problemlərinin həlli xeyli ləngidi.

4.1941-1945-ci illər. Hərbi xidmət sistemi, hərbi statistika, müharibə dövründə əks-epidemik tədbirlərin hazırlanması və s. problemlər ön plana çəkildi.

5. 1946-1960-cı illər Diskussiya dövrüdür. Diskussiya tərəfdarları sanki sosial gigiyena terminin fənnin adına daxil edilməsini müdafiə edirdilər. Göstərirdilər ki, ölkəmizdə sosial sığorta, sosial təminat anlayışları olduğu kimi sosial gigiyena da olmalıdır. Nəticədə N.A.Semaşkonun tənqidi və təkidi əsasında 1948-ci ildə sosial gigiyena adı bərpa edildi.

6. 1961-ci ildən sonrakı dövr. 1966-cı ildən yenidən kafedranın adı sosial gigiyena və səhiyyənin təşkilinə çevrildi. İ.Q.Lavrova özünün doktorluq dissertasiyasını bütövlükdə sosial gigiyena və səhiyyənin təşkili elminin mahiyyəti, məzmunu, tarixi, tədrisi və əhəmiyyətinə həsr etmişdır.

Azərbaycanda 10 oktyabr 1919-cu ildə Azərbaycan Dövlət Universitetinin nəzdində «Tibb fakültəsi» yarandı. Bu zaman Krımda tibb fakültəsi bağlandı, onun kadrları Azərbaycanda yerləşdirildi.

1922-ci ildə Azərbaycan Dövlət Universitetinin Tibb Fakültəsində ümumi gigiyena kafedrası açıldı. O zaman mütəxəssis gigiyenist olmadığı üçün kafedraya rəhbərlik əvəz etmə yolu ilə biologiya kafedrasının direktoru V.D.Malenyuka həvalə edildi. Tədris bazası Malo-Marskoy küçəsində yərləşən biologiya kafedrası oldu.

1924-cü ildə sosial gigiyena kafedrası ümumi gigiyena kafedrası ilə birgə fəaliyyət göstərməyə başladı. Kafedranın müdiri prof. O.Ə.Bayraşevski oldu. Ümumi gigiyena kafedrasına da rəhbərlik ona həvalə edildi. Kafedra bu dövrdə XSK-nın dövlət Mikrobiologiya və Gigiyena institutunda yerləşdirildi. 1926-cı il oktyabrın 1-dən Ə.Əlibəyovun şəxsi təşəbbüsü və tənqidi ilə XSK-nın Dövlət sosial gigiyena muzeyi də elə burada yaradıldı.

19 yanvar 1926-cı ildə müstəqil şəkildə sosial gigiyena kafedrası yaradıldı. Müdir Krım tibb fakültəsinin bağlanmasından sonra Azərbaycana gəlmiş prof. Ömər Əliyeviç Bayraşevski oldu.

Müstəqil kafedrada 20 fevral tarixində prof. O.Ə.Bayraşevski «Sosial gigiyenanın predmeti, vəzifələri və metodları» haqqında ilk mühazirəsini oxudu.

1926-cı ilin martında Az. SSR XSK-nın sanitar epidemiologiya şöbəsinin müdiri həkim Əlibəy Əlibəyov kafedraya assistent vəzifəsinə seçildi. Bu dövrdə kafedraya ardıcıl olaraq praktik səhiyyədən kadrlar cəlb edildi. (Natan Kalmanoviç Şifrin, Nikolay Konstantinoviç Baxusov, Axmed Karaşarlı, M.N.Qədirli və başqaları).

1926-cı ilin aprelindən universitet rəhbərliyinin və Bakı şəhər səhiyyə şöbəsinin razılığı ilə kafedra Bakıdakı səhiyyə maarifi evində yerləşdirildi.

Azərbaycanda sosial gigiyena kafedrasının sonrakı mərhələdə inkişafı bir tərəfdən səhiyyə komissarlığı, şəhər səhiyyə şöbəsi ilə sıx əlaqədən asılı idisə, digər tərəfdən o dövrdə fəaliyyət göstərən «Azərbaycan əhalisinin müayinəsi və öyrənilməsı» cəmiyyətinin fəaliyyəti ilə bağh oldu.

1926-cı ildə prof. Ö.Ə.Bayraşevski təşəbbüsü ilə «Azərbaycan əhalisinin müayinəsi və öyrənilməsi» cəmiyyətinin tərkibində «Sosial təbabət və gigiyena» komissiyası (bölməsi) yaratdılar. Onun sədri prof. Ö.Ə.Bayraşevski oldu. Bu dövrdən artıq elmi-tədqiqat işləri sosial gigiyena sahəsində öz axını ilə inkişaf etməyə başladı.

1932-ci ildə prof. Ö.Ə.Bayraşevski Dağıstan tibb institutuna rektor təyin edildi. Bununla əlaqədar olaraq, 1932-ci ilin sentyabrından kafedraya müdir prof. Ə.Q.ƏIibəyov təyin edildi. Onun çoxillik fəaliyyəti və təşəbbüsü nətıcəsində 1939-cu ilin iyununda Respublika elmi-metodik sanitar statistika bürosu yaradıldı.

Prof. Ə.Ə.ƏIibəyov sosial gigiyena kafedrasında ilk dəfə olaraq milli dilimizdə (azərbaycanca) ixtisas üzrə mühazirə deyən mütəxəssis idi.

1950-ci ildən etibarən sosial gigiyena kafedrasında eyni zamanda tibb tarixi fənni də tədris olunmağa başlanmışdır.

Prof. Ə.Ə.Əlibəyovun kafedra müdiri işlədiyi dövrdə kafedra əməkdaşlarından İ.İ.Fel, Ə.Ə.Əhmədov və başqaları tibb elmləri namizədi adı almaq üçün dissertasiya müdafiə etdilər.

1964-cü ildə prof.Ə.Ə.Əlibəyovun ölümündən sonra prof. İ.İ.Fel kafedraya rəhbərlik etmişdir.

1970-ci ildə prof. İ.İ.Felin təşəbbüsü ilə respublika səhiyyə orqanlarına və idarələrinə praktiki yardımı yaxşılaşdırmaq məqsədilə kafedranın nəzdində «Əməyin elmi təşkili» laboratoriyası təşkil edildi.

Kafedra müdiri prof. İ.İ.Felin rəhbərliyi dövründə kafedra əməkdaşlarından B.B.Sultanov, E.A.Ağabəyova, P.H.Paşayeva, eləcə də aspirantlardan Ə.T.Ağayev, M.S.Cabbarov və digərləri namizədlik dissertasiyaları müdafiə etmişlər.

1976-80-ci illərdə kafedrada «Sovet hüququ» fənni tədris olunmuşdur. Bunun təşkilində dos. Səlimov İ.H., dos. Zülalova S.A. çox işlər görmüşlər. Sonradan bu fənn başqa kafedralarda (siyasi iqtisad və məhkəmə təbabəti) tədris edilmişdir.

1983-cü ildən kafedraya dos. Ə.Ə.Əhmədov rəhbərlik etmişdir. Dos. Ə.Ə.Əhmədovun işlədiyi 1983-1989-cu illərdə kafedrada tədris-metodik, elmi-tədqiqat, praktik səhiyyə orqanlarına yardım sahəsində çox işlər görülmüşdür. Bu dövrdə kafedra əməkdaşlarından Xudaverdiyeva H.M., E.A.Abdullayeva, Z.H.Mikayılzadə, S.A.Mehdiyeva və başqaları namizədlik dissertasiyaları müdafiə etmişlər. M.Ə.Məhərrəmov 1989-cu ildə Moskvada məqsədli aspiranturanı, M.M.Ələkbərov 1991-ci ildə Xarkovda məqsədli aspiranturanı isə müvəffəqiyyətlə bitirib, həmin illərdə Moskva şəhərində namizədlik dissertasiyası müdafiə etmişlər.

1990-cı ildən kafedra müdiri vəzifəsində dos. Ə.T.Ağayev işləmişdir. O, eyni zamanda ATU-nun tədris işləri üzrə prorektoru vəzifəsini yerinə yetirirdi. O, 1992-ci ildə Moskva şəhərində doktorluq dissertasiyası müdafiə edib, tibb elmləri doktoru adını aldı.

1994-cü ildə dos. Ə.T.Ağayevin ölümündən sonra kafedra müdiri vəzifəsinə dos. M.S.Cabbarov təyin edildi. O, bu vəzifədə 2002-ci ilə qədər işləmişdir. 2002-2005-ci illərdə kafedranın müdiri vəzfəsini A.F.Əliyev icra etmişdir.

Tibbi-bioloji və klinik fənlərdən fərqli olaraq sosial gigiyena ayrı-ayrı fərdlərin (individuumların) sağlamlıq vəziyyətini yox, insan kollektivinin, əhalinin sosial qruplarının və bütövlükdə cəmiyyətin sağlamlığını öyrənməklə məşğul olan bir elm sahəsidir. O, ümumiləşdirici bir elm olub, ümumi qanunauyğunluqlarını öyrənir. Onun obyekti cəmiyyət, biososial qrup və onun sağlamlığıdır.

Görkəmli alim və səhiyyə təşkilatçıları sayılan N.A.Semaşko və Z.P.Solovyov sosial gigiyenanı ictimai sağlamlıq haqqında və ya təbabətin sosial problemləri haqqında olan bir elm adlandırmışlar.

1957-ci ildə S.V.Kuraşov Ümumittifaq gigiyenistlər cəmiyyətinin Plenumunda çıxış etmək üçün «Sosial gigiyena, onun yolu və inkişaf perspektivləri» mövzunu seçmişdi. Lakin o, ağır xəstə olduğuna görə bu səpgidə çıxış etmək görkəmli sosial gigiyenist olan Q.A.Batkisə nəsib olur. Bu dövr, tarixi mərhələ, sosial gigiyenik ədəbiyyatda elmi diskussiyalar, mübahisələr ilə məşhurdur. Bunları nəzərə alan Q.A.Batkis göstərdi ki, sosial gigiyena ictimai sağlamlıq və səhiyyə haqqında olan bir elmdir. Daha dəqiq desək o, ictimai sağlamhq haqqında olan ictimai bir elmdir. O, universal tibbi təfəkkür elmidir.

Sosial gigiyena və səhiyyənin təşkili elmi alim həkimlərə və həkim praktiklərə sağlamlığa təsir edən sosial faktorları, onları aşkara çıxarmaq üçün sosial-gigiyenik tədqiqat metodlarını öyrədir, xəstəliklərin profilaktikası, onun forma və metodları məsələsini və s. problemləri aydınlaşdırır.

1924-cü ildə görkəmli psixiatr P.B.Qannuşkin özünün «Psixiatriya, onun vəzifələri, tədris həcmi» əsərində göstərir ki, tədris sistemində həkimlərdə sosial gigiyenik düşüncə tərzinin yaranmasında bir sıra elmlərlə (epidemiologiya, məhkəmə təbabəti, psixiatriya və s.) yanaşı sosial gigiyena daha çox böyük, hərtərəfli və xüsusi bir əhəmiyyətə malikdir. Onun fikrincə biz təbabəti bir məbədə bənzətsək, onu gözəlləşdirən, rövnəqləndirən, elmi arxitektura görkəmi verən nə varsa, o sosial gigiyenadır. Sosial gigiyena və səhiyyənin təşkili vasitəsilə həkimlər gələcəkdə sosial meyarlardan, sosial yanaşmadan istifadə etməklə çoxsaylı hadisə və faktorları qiymətləndirmək iqtidarına malik olur. Nəticədə, sosial gigiyena və səhiyyənin təşkili elmi cəmiyyətdə biososial populyasiyada tibbi sosial məzmunda olan fərdi və ictimai tələbatı, individual meyilləri birləşdirmək yolu ilə cəmiyyətin marağını cəmləşdirir, beləliklə də normalogiya, sanologiya və patologiya problemində, prof. S.A.Tomolinin dili ilə desək, təbabəti sosial anemiyadan qoruyur, hifz edir. Yəni, başqa sözlə, ictimai sağlamlığın mühafizəsi sözün əsl mənasında xalqın mühafizəsi, genofondun qorunması yolu ilə ümummilli dəyərə çevrilir.

Sosial gigiyena və səhiyyənin təşkili elmi sırf tibbi nəzəri fənn olmasa da möhkəm nəzəri əsasa malikdir. Burada üçlük üzvü əlaqə və münasibət yaradır (fəlsəfə, siyasi iqtisad, politologiya). Eyni zamanda bu üçlükdən metodoloji prinsipin istiqamətləri yaranır:

- tarixilik prinsipi;

- komplekslilik prinsipi

- sistemli yanaşma prinsipi.

Q.A.Batkis və B.Y.Smuleviç göstərir ki, tibb elmində nə qədər çox differensiasiya olsa , bir o qədər də sosial gigiyena və səhiyyənin təşkili bir təşkiledici, kompleksləşdirici, ümumiləşdirici və sintezedici elm kimi daha çox vacibdir.

Sosial gigiyena elmi tibbi tədris sistemində xüsusi yer tutur. O, tibbi fənn olmaqla digər elmlərdən fərqli formada sosiologiya elmi ilə sıx əlaqədədir. O müstəqil bir tibbi fənn kimi təbabətlə sosiologiya sərhədlərində və hüdudlarında olan problem və məsələləri öyrənir.

Sosial gigiyena elmi sıx formada insan fiziologiyası və patologiyası ilə, eləcə də kliniki və gigiyenik fənnlərlə sıx əlaqədədir. O, normal və patoloji fiziologiyaya, eləcə də ayrı- ayrı xəstəliklərdən ibarət xüsusi patologiyaya istinad edərək belə patoloji proseslərdə sosial qanunauyğunluğun rolunu, başqa sözlə sosial patologiya problemini öyrənir.

Sosial gigiyenik konsepsiyaya görə müalicəvi təbabətdə həkim mütəxəssis əgər xəstəni ancaq bioloji cəhətdən öyrənirsə, bu əlbəttə ki birtərəflilikdir, bir istiqamətlilikdir. Çünki, xəstəlik - sosial hadisədir. Xəstə şəxs isə cəmiyyət üzvü olub, hansısa kollektivin, qrupun, biososial populyasiyanın tərkibindədir. Demək, onun həyat dünyasının sosial sferası - əmək, məişət şəraiti və həyat tərzi diqqət mərkəzində olmalıdır. Elə bu baxımdan da görkəmli alim Virxov yazır: «Həkim xəstənin vəkili kimi çıxış etməlidir» və ya başqa bir yerdə isə «Təbabət bizi aydın şəkildə ictimai sahəyə gətirib və məcbur edir ki, əsrin böyük məsələləri ilə məşğul olaq». Bu da mahiyyətcə sosial gigiyenanın predmeti olan ictimai sağlamlıq məsələləri və problemləridir.

İctimai sağlamlıq və səhiyyənin təşkili elmi aşağıdakı məsələləri öyrənir:

- İctimai səhiyyənin nəzəriyyəsini və tarixini;

- Əhalinin sağlamlıq vəziyyəti göstəricilərini, onlara sosial faktorların təsirini və müxtəlif ictimai-iqtisadi formasiyalarda sağlamlığın mühafizəsi problemlərini;

- Əhali içərısində təbii hərəkət proseslərini, ona təsir edən amilləri;

- Səhiyyənin sosial və iqtisadi əhəmiyyətini, əhaliyə tibbi xidmətin təşkilinin forma və metodlarını, səhiyyə idarələrinin və orqanlarının idarəolunmasını və fəaliyyətini.

- Səhiyyənin planlaşdırılması və maliyyələşdirilməsinin təşkili prinsiplərini, idarə etmənin və təşkilatçılığın səhiyyə sisteminin perspektiv inkişafının elmi əsaslandırılmasını.

İctimai sağlamlıq və səhiyyənin təşkili elmi çox davamlı və möhkəm tellərlə fundamental və tətbiqi elmlərlə bağlıdır. Bu zaman o, aşağıdakı funksiyaları yerinə yetirir:

1. Analitik funksiya

2. Sintez funksiyası

3. Koordinasiyaedici funksiya

4. İnteqrativ funksiya.

İctimai sağlamlıq və səhiyyənin təşkilinin tibb elmləri və digər elmlərlə, o cümlədən, sosiologiya, iqtisadiyyat, siyasi elmlər, tətbiqi elmlər və b. ilə sıx qarşılıqlı əlaqəsi vardır.

İctimai sağlamlıq və səhiyyənin təşkili aydın şəkildə özünü nəzərə çarpdıran inteqral tibbi sosial bir elmdir. Q.A.Batkis deyir: «Sosial gigiyena bütün tibb elminin elə bir inteqral hissəsidir ki, onda, sosial gigiyena və səhiyyənin təşkilinin nəzəriyyəsi və tarixi, tibbi demoqrafiya, sanitariya statistikası, səhiyyədə idarəetmə, iqtisadiyyat və planlaşdırma, tibbi xidmətin təşkili bir-birinə uyğun və bərabər yer tutur».

İctimai sağlamlıq və səhiyyənin təşkili elmində inteqrasiyanın bir sıra aspektləri nəzərdə tutulur. İnteqrasiya dedikdə qarşılıqlı əlaqə, qarşılıqlı təsir, qarşılıqlı şərtləndirmə nəzərdə tutulur. İctimai sağlamlıq və səhiyyənin təşkili elmində inteqrasiyanın üç istiqaməti vardır.

Birinci istiqamətin mahiyyəti onu daha da zənginləşdirən, müxtəlif klinik, iqtisadi, demoqrafik, sosioloji, riyazi metodlardan və s. istifadə etməklə kompleks tədqiqatlara doğru sövq edən ayrı-ayrı elmlərin sosial gigiyenaya doğru diffuziyası, keçidi və ya əksinə olan bir proseslə səciyyələnir. Bu baxımdan tibbi - demoqrafik problemlər və riyazi - statistik aparat elmin «alfası və omeqası» hesab olunur. Çünki, yalnız klinik və digər elmləri ilə sıx əlaqəsi olan sosial gigiyena və səhiyyənin təşkili elmi çoxlu sayda və mürəkkəb məsələlərə cavab verməyə imkan verir.

İnteqrasiyanın ikinci istiqaməti səhiyyənin vəzifə və prinsiplərinin ictimai həyatda özünə geniş yer tapmasında özünü biruzə verir.

İnteqrasiyanın üçüncü istiqaməti tibb elminin və səhiyyə praktikasının vahidliyində özünü göstərir. Səhiyyə praktikasında ixtisaslaşdırılmış tibbi xidmətin təşkilinin müxtəlif forma və metodlarının tətbiqi həmişə elmi surətdə əsaslandırılmış müddəalar əsasında həyata keçirilir.

Təbiətşünaslıqda biologiya elmi ümumiləşdirici elmdir, təbabətdə də sosiai gigiyena və səhiyyənin təşkili elmi müalicə və profilaktika sahəsində təbabətin və səhiyyənin inkişaf qanunauyğunluqlarını öyrənir. O, akademik bir tibbi elmdir. Ona, təbabətin fəlsəfəsi belə desək heç yanılmarıq.

N.A.Semaşkonun «Sosial gigiyena, onun predmeti, metod və əhəmiyyəti» əsərində Sosial gigiyena və səhiyyənin təşkili elminin aşağıdakı əsas məqsədləri göstərilmişdir:

1. Əhalinin sağlamlıq vəziyyətini və ona təsir edən sosial

şəraiti öyrənmək; əhalinin sağlamlıq vəziyyətini öyrənmək üçün düzgün metodologiyanı və metodları işləyib hazırlamaq;

2. Səhiyyə sahəsində dövlətin və hökümətin siyasətini nəzəri cəhətdən əsaslandırmaq; cəmiyyətdə səhiyyənin prinsiplərini və vəzifələrini işləmək, onu praktikada reallaşdırmaq;

3. Səhiyyəmizə uyğun olaraq praktik səhiyyə üçün əhaliyə

tibbi xidmətin təşkilinin və idarə etmənin müxtəlif forma və metodlarını işləyib hazırlamaq;

4. Tibbdə və səhiyyədə mövcud olan müxtəlif nəzəri

sistemlərə obyektiv qiymət vermək, universal nəzəri sistemin yaranması istiqamətində işləmək. Biologizmə qarşı mübarizə aparmaq, eyni zamanda bioloji faktorları lazımınca qiymətləndirməyən, sosial faktorlardan dəm vuran vulqar sosiologizmi və eklektikləri kəskin tənqid etmək.

5. Tibb işçilərini, o cümlədən bütün həkimləri geniş sosial - gigiyenik konsepsiya əsasında hazırlamaq və tərbiyə etmək.

Cəmiyyətdə sosial gigiyena və səhiyyənin təşkili elmi sadəcə əhalinin sağlamlıq vəziyyətinə təsir edən sosial şərait və faktorları öyrənmir, əhalinin sağlamlıq vəziyyətini möhkəmləndirməyi və mühafizə etməyi göstərmir, o eyni zamanda bilavasitə bu işləri təşkil edir, onları təcrübi fəaliyyət sahəsində həyata keçirir. Sosial gigiyena səhiyyənin təşkilinin nəzəri cəhətdən hazırlanan biliklər sisteminin bilavasitə təcrübədə həyata keçirilməsini, reallaşdırır. Akademik B.V.Petrovskinin dili ilə desək «Bizim səhiyyə əməli fəaliyyətdə olan sosial gigiyenadır».

İctimai sağlamlıq və səhiyyənin təşkili fənninin obyekti cəmiyyət və onun sağlamlığıdır. Onda sual olunur, görəsən sağlamlıq nədir?

Təbiət və mahiyyətcə canlı mövcudatın ən kamili sayılan insan biososioloji varlıqdır. Demək onun simasında bioloji və sosioloji cəhətlər əks olunur. Bu səbəbdən əhalinin sağlamlıq vəziyyəti də biososioloji xarakter daşıyır.

Sağlamlıq - mühit kompleksinə qarşı orqanizmin verdiyi reaksiyadır, cavabdır. O inteqrativ bir prosesdir, tam ahəngdarlığın təzahüridir.

Beynəlxalq Səhiyyə Təşkilatının 1948-ci ildə qəbul etdiyi nizamnamədə sağlamlıq aşağıdakı kimi müəyyənləşdirilib: «Sağlamlıq təkcə xəstəliyin olmaması deyil, o tam fiziki, mənəvi və sosial əmin-amanlıq vəziyyətidir».

Sağlamlıq vəziyyətinin səvıyyəsi xarici mühitlə qarşılıqlı əlaqə və təsirdə daima dəyişir. Amerika alimi B.Koçen (1974) göstərir ki, sağlamlıq statik anlayış deyil, o insan həyatının dinamik atributudur: haçan o, xəstələnirsə onda sağlamlığın səviyyəsi aşağı düşür və hətta sıfıra çatır (ölür), sağ olanda isə sağlamlığın səviyyəsi artır, amma heç vaxt tam sağlamlıq vəziyyətindəkinə çatmır. Bu fikrə əsaslanaraq sağlamlıq vəziyyətini aşağıdakı xətti şkala şəklində göstərə bilərik:

Sol tərəf tam sağlamlıq vəziyyətini, sağ tərəf isə onun tam neqativ tərəfidir. Bu isə sağlamlığın kvantifikasiyası problemini yaradır. Buna əsasən Rodjiro öz təsnifatını yaratmışdır: Optimal sağlamlıq, suboptimal sağlamlıq və s.

İnsan xarici mühitdən təcrid olunmamışdır. O öz fəaliyyəti prosesində xarici mühitə təsir etdiyi kimi özü də xarici mühitin müxtəlif təsirlərinə məruz qalır.

İ.P.Pavlovun nervizm təliminə görə sağlamlıq xarici mühit ilə insan orqanizmi arasında təkləşmiş və ya müvazinətləşmiş bir vəziyyətdir. Yəni xarici mühitin hər hansı bir faktoru insan orqanizminə təsir edib, ona irriqativ təsir göstərirsə, orqanizm də ona bu müqabildə cavab reaksiyası verir. Əgər qəbuledici «priborlar» qıcıqlara cavab vermək məharətinə malik deyilsə, onda orqanizmin müvazinətlik vəziyyəti pozulur və xəstəlik yaranır.

Elmi ədəbiyyatda «sağlamlıq» anlayışının xarakterizə edən təqdimatları aşağıdakı kimi təsnif etmək olar:

1. Sağlamlıq - bu xəstəliyin olmamasıdır.

2. «Sağlamlıq» və «norma» - eyni anlayışdır. Bir-birinin

sinonimləridir.

3. Sağlamlıq - bu morfoloji, psixoemosional və sosial - iqtisadi konstantların birliyidir.

Hazırda sağlamlığın mahiyyəti haqqında müxtəlif fikirlər

mövcuddur. Bu tibbi-fəlsəfi dünyagörüşlərə əsasən sağlamlıq:

1. Statik anlayışıdır.

2. Dinamik anlayışıdır.

3. Keyfiyyət anlayışıdır.

4. Çox səviyyəlidir.

5. Kombinə olunan anlayışdır.

6. Kəmiyyət anlayışıdır.

Hər bir elmin öz tədqiqat üsulları olduğu kimi, İctimai sağlamlıq və səhiyyənin təşkili elmi də özünün aşağıdakı məxsusi üsullarından istifadə edir:

1. Tarixi-tədqiqat üsulu.

2. Statistik üsul.

3. Ekspert qiymətləndirilməsi üsulu

4. Eksperimental və ya eksperimental modelləşdirmə üsulu

5. Sosioloji tədqiqat üsulu

6. İqtisadi tədqiqat üsulu.

7. Riyazi

8. Riyazi modelləşdirmə




Yüklə 51,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin