İCTİMAİ sağlamliq və SƏHİYYƏNİn təŞKİLİ elmi, onun məQSƏDİ, VƏZİFƏLƏRİ, priNSİPLƏRİ, MÜASİr problemləRİ VƏ İNKİŞaf perspektiVLƏRİ


Eksperimental üsul və va eksperimental modelləşdirmə üsulu



Yüklə 51,96 Kb.
səhifə5/13
tarix17.02.2022
ölçüsü51,96 Kb.
#114485
1   2   3   4   5   6   7   8   9   ...   13
Eksperimental üsul və va eksperimental modelləşdirmə üsulu.

Elmdə eksperimental metodun tətbiqi çox vacibdir. Məlumdur ki, dərketmənin iki forması vardır:

1. Müşahidə

2. Eksperiment.

Müşahidə müəyyən mənada şübhəni dağıdır, həqiqəti dərk etməyə kömək edir. Lakin həqiqət yalnız təcrübədə, eksperimentdə təsdiq edilir. Eksperiment vasitəsilə yeni, daha səmərəli iş üsullarının tapılmasında, müxtəlif ixtisaslı tibbi xidmət modellərinin, qabaqcıl təcrübə üsulunun təşkilində, layihələrin, hipotezlərin yoxlanılmasında istifadə edilir. Bu zaman eksperiment məqsədilə görüləcək işin müəyyən bir yerdə, «bazada» modeli yaradılır. Ona görə də bu üsula modelləşdirmə üsulu da deyilir. Alınan nəticə qiymətləndirici olduqda modelləşdirilmiş üsul geniş miqyasda tətbıq edilir.

Əsas üsullarla yanaşı sosial gigiyena və səhiyyənin təşkili elmində digər üsullardan da istifadə olunur: katamnestik üsul, anamnestik üsul, koqort metodu, antropometrik üsul və AZƏRBAYCAN RESPUBLİKASININ SƏHİYYƏ QANUNVERİCİLİYİ. BEYNƏLXALQ SƏNƏDLƏRDƏ SAĞLAMLIĞIN VƏ SƏHİYYƏ SİYASƏTİNİN HÜQUQİ ƏSASLARI


Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunub saxlanılması və yaxşılaşdırılması dövlətin əsas vəzi- fələrindən biridir. Ölkəmiz müstəqillik qazandıqdan sonra səhiyyə və sağlamlığın mühafizəsi sistemində əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması, xəstələnmənin azaldılması, o cümlədən yoluxucu xəstəliklərin ləğv olunması, ümumi və uşaq ölümü səviyyələrinin azaldılması, orta ömür müddətinin xeyli yüksəldilməsi istiqamətində əsaslı və kompleks tədbirlərin həyata keçirilməsinə geniş imkanlar yaranmışdır.

Azərbaycan Respublikasının səhiyyə qanunvericiliyi ictimai münasibətlərin formalaşdırdığı əsas sahələrdən biri olan səhiyyə sisteminin, əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması ilə yanaşı, bu sahədə qanunvericiliyin möhkəmləndirilməsində böyük rol oynayır.

Azərbaycan Respublikasında əhalinin sağlamlığının qo- runması və səhiyyə sisteminin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, «Sanitariya- epidemioloji salamatlıq haqqında» Azərbaycan Respublikasının Qanunu, «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikasının Qanunu, ətraf mühitbn vəziyyətinə dair informasiya almaq haqqında Azərbaycan Respublikasının Qanunu, Səhiyyə Nazirliyinin əmrləri, sanitariya norma və qaydaları, dövlət standartları və başqa hüquqi sənədlər təşkil edir.

Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin ali qanunvericilik aktıdır. Bütün qanunlar Azərbaycan Respublik- asının Konstitusiyası ilə tam uyğunlaşdırılır, onun əsas müddəalarına uyğun olaraq, ziddiyyət təşkil etmədən tərtib olunur. Dövlət və Səhiyyə orqanlarının hüquqi aktları həmin orqanların səlahiyyətləri. daxilində Qanuna uyğun olaraq Konstitusiyanın əsasında və ya onun müxtəlif maddələrinin icra edilməsi üçün qəbul olunur.

Konstitusiyada əhalinin sağlamlıq vəziyyətini yaxşılaşdır- mağa doğru yönəldilmiş dövlət səviyyəsində həyata keçirilməli olan tədbirlərin hüquqi əsasları təsbit olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasında əhalinin sağlamlığının yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli, insanların əmək, istirahət, təhsil, tibbi yardım almaq və başqa hüquqlarına geniş yer ayrılmışdır.

Konstitusiyanın 41-ci maddəsində sağlamlığın qorunması hüquqi təsbit olunmuşdur. Bu maddədə qeyd edilir ki, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün şərait yaradır. Həmin maddənin 3-cü bəndinə əsasən idarə və müəssisə rəhbərləri, vəzifəli şəxslər əhalinin sağlamlıq vəziyyətini qoruyub saxlamaq üçün hüquqi məsuliyyət daşıyırlar. Belə ki, insanların həyat və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilməlidirlər.

Azərbaycan Respublikasının hər bir vətəndaşınm sağlam ətraf mühitdə yaşamaq hüququ Konstitusiyanın 39-cu maddəsində öz əksini tapmışdır. Eyni zamanda həmin maddəyə əsasən hər kəsin ətraf mühitin əsil vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozmalar ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır.

Konstitusiyanın 78-ci maddəsində qeyd edilmişdir ki, ətraf mühitin qorunması hər bir şəxsin borcudur. Bu maddə ətraf mühitin sağlamlığınm qorunub saxlanması istiqamətində həyata keçirilən dövlət və ictimai tədbirlərlə birlikdə hər bir vətəndaşın hüquqi məsuliyyətinin formalaşması zəruriliyi ilə bağhdır. Çünki yalnız bütün vətəndaşların, dövlət və yerli idarəetmə orqanlarının birgə səyi nəticəsində ətraf mühitin, ekoloji vəziyyətin qorunub saxlanmasına, yaxşılaşdırılmasına nail olmaq mümkün ola bilər.

Azərbaycan Respublikasının ərazisində təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və başqa qəzalar baş verdikdə Azərbaycan Prezidenti ölkəmizin ayrı-ayrı regionlarında fövqəlada vəziyyət (maddə 112) elan edə bilər ki, bu da əhalinin sağlamlığının qorunması və sanitariya- epidemioloji salamatlığın təmin edilməsi üçün böyük əhəmiyyətə malikdir.

Əhalinin sağlamlıq vəziyyətinin qorunub saxlanması konstitusiyanın bir sıra digər maddələrində də öz əksini tapmışdır. Bu maddələr bir başa və ya dolayı yolla əhalinin sağlamlıq vəziyyətinin və ətraf mühitin mühafizəsinin yaxşılaşdırılması məsələlərini özündə əks etdirir: (14, 16, 17, 34, 46, 43, 51, 144-cü maddələr).

Bu maddələr cəmiyyətdə sağlam ailənin formalaş- dırılmasına dövlət təminatının, uşaqların qayğısına qalmaq, onların sağlam mühitdə təhsil almaları və inkişafını təmin etməyin, vətəndaşların sosial rifah halının daim yaxşılaşdırılması və həyat səviyyəsinin yüksəldilməsinin, mədəniyyətin, təhsilin, səhiyyə və tibb elminin inkişafının dövlət tərəfindən himayə edilməsinin, təhlükəsiz və sağlam iş şəraitinin yaradılmasmın, əməyin düzgün qiymətləndirilməsinin təmin edilməsi, hər bir işləyən şəxsin istirahət və sosial təminatının bərqərar edilməsinin hüquqi əsaslarını təşkil edirlər.

Konstitusiyanm 17-ci maddəsində qeyd edilir ki, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

34-cü maddə ictimai sağlamlığı formalaşdıran əsas amillərdən biri olan nigah hüququna həsr edilmişdir. Bu maddənin birinci bəndində qeyd edilir ki, hər kəsin qanunla nəzərdə tutulan yaşa çatdıqda ailə qurmaq hüququ vardır. İkinci bənddə deyilir ki, nigah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz.

Üçüncü bənddə nıgahın və ailənin dövlətin himayəsində olduğu bir daha qeyd edilir. Analıq, atalıq, övladlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir.

4-cü bənddə qeyd edilir ki, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin hüququdur, həm də borcudur. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların börcudur.

Konstitusiyanın 16-cı maddəsində deyilir ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşm rihafmm yüksəldilməsi, onun sosial müdafiəsi və Layiqli həyat səviyyəsinin qayğısına qalır, mədəniyyətin, təhsilin, səhiyyənin, elmin və incəsənətin inkişafına yardım göstərir, xalqm tarixi, mədəni irsini qoruyur.

Əhalinin sağlamlıq vəziyyətinin formalaşmasına əsaslı təsir edən faktorlardan biri əmək şəraitidir.

Konstitusiyanın 35-ci maddəsi - əmək hüququ, 37-ci maddəsi - istirahət hüququ, 38-ci maddəsi - sosial təminat hüququ insan və vətəndaşların əsas hüquq və azadlıqları fəslinə daxil edilmişdir. 35-ci maddədə qeyd olunur ki, heç kəs zorla işlədilə bilməz, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Həmçinin, işçilərin dövlətdən sosial müavinət almaq hüququ vardır. Həmin maddənin 7-ci bəndində deyilir ki, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.

İnsanların əmək hüququ ilə yanaşı istirahət hüququ da konstitusiyada nəzərdə tutulmuşdur. Belə ki, 37-ci maddənin birinci bəndində qeyd olunur ki, əmək müqaviləsi müəyyən olunmuş, lakin gündə 8 saatdan artıq olmayan iş günü istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir.

Konstitusiyanın 38-ci maddəsi ilə müəyyənləşdirilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatmadıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısmı itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

«Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikasının qanunu səhiyyə qanunvericiliyinin əsasını təşkil edən vacib hüquqi sənədlərdən birıdir. O, Azərbaycan Respublikası Prezidentinin 26 iyun 1997-ci il tarixli qərarı ilə qəbul edilmişdir. On fəsildən, 62 maddədən ibarətdir. Qanunun giriş hissəsində qeyd edilir ki, əhalinin sağlamlığının qorunması hər bir insanın fiziki və ruhi sağlamlığının mühafizəsinə, onun fəal uzun ömürlülüyünün artırılmasına, tibbi yardımla təminatına yönəldilmiş siyasi, iqtisadi, hüquqi, elmi, tibbi, sanitariya-gigiyena xarakterli tədbirlərin məcmusundan ibarətdir. Əhalinin sağlamlığının qorunması sahəsində vətəndaşlarla dövlər orqanları, səhiyyə subyektləri arasında yaranan münasibətləri tənzimləyən bu Qanunun birinci fəslində ümumi müddəalar öz əksini tapmışdır ki, bu da 3 maddədən ibarətdir. Birinci maddədə əhalinin sağlamlığının qorunmasının əsas prinsipləri müəyyənləşdirilmişdir.

1. Əhalinin sağlamlığının qorunması sahəsində insan və

vətəndaş hüquqlarına dövlər təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti.

2. Əhalinin sağlamlığının qorunması sahəsində profilaktik

tədbirlərin həyata keçirilməsi.

3. Tibbi sosial yardımın hamı üçün mümkünlüyü.

4. Sağlamlığın itirilməsi zamanı vətəndaşların sosial

müdafiəsi.

İkinci maddədə əhalinin sağlamlığının qorunması sahə- sində Azərbaycan Respublikasının qanunvericiliyini təşkil edən hüquqi aktların siyahısı dəqiqləşdirilmişdir.

Qanunda əhalinin sağalmlığının qorunması sahəsində dövlətin vəzifələrinə geniş yer verilmişdir. Bu məsələlər 3-cü maddədə öz əksini tapmışdır. Burada qeyd olunur ki, Dövlət sağlamlığın qorunması sahəsində aşağıdakı vəzifələri yerinə yetirir:

- əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətinin əsaslarının müəyyən edilməsi, insan və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi;

- sağlamlığın qorunması sahəsində dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi;

- səhiyyə sistemınin təşkili qaydalarının və fəaliyyətinin

müəyyənləşdirilməsi;

- dövlət səhiyyə sisteminin maliyyəiəşdirilməsi;

- ətraf mühitin qorunmasının, ekoloji təhlükəsizliyinin təmin

edilməsi;

- məcburi sığorta üzrə sığorta məbləğinin və sığorta

haqqının ödənilməsi qaydasının müəyyənləşdirilməsi;

- əhalinin xüsusi qrupları üçün tibbi-sosial yardım gös-

tərilməsinə təminat verilməsi;

- dövlət və qeyri-dövlət səhiyyə sistemi müəssisələri

arasında sağlam rəqabətə təminat verilməsi;

- ailənin, valideynlərin və uşaqların mühafizəsi;

səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi.


Yüklə 51,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin