Ii yarımil. Coğrafiya. I mövzu TƏSƏRRÜfat sahəLƏRİn yerləŞMƏSİNİn xəRİTƏLƏRƏ Əsasən təHLİLİ


II mövzu. MİNERAL EHTİYATLARDAN İSTİFADƏ



Yüklə 0,82 Mb.
səhifə4/46
tarix17.02.2022
ölçüsü0,82 Mb.
#114405
1   2   3   4   5   6   7   8   9   ...   46
II mövzu.

MİNERAL EHTİYATLARDAN İSTİFADƏ.

Yer kürəsində mövcud olan dəmir, manqan, xromit, kobalt, nikel və uranın 60-90%-dən çoxu Arxey və Proterozoy, yanar şist, fosforit, daş kömür, mis, civə, asbestin yarıdan çoxu Paleozoy, volfram, qalay və almazın xeyli hissəsi Mezozoy, boksit, kükürd, polimetal, kalium duzu, neft və təbii qazın böyük hissəsi isə Kaynozoy erasında yaranmışdır.Uzun geoloji dövr ərzində formalaşan bu ehtiyatların xeyli hissəsini insanlar qısa zaman kəsiyində mənimsəmişlər. Dünya əhalisinin sayının artması və iqtisadiyyatın yüksək templə inkişafı mineral ehtiyatlara olan tələbatın çoxalmasına səbəb olmuşdur ki, bu da onların tükənməsinə gətirib çıxarmışdır. Mineral ehtiyatların hasilatının artması isə ətraf mühitin çirklənməsi, terrikonların əmələ gəlməsi ilə nəticələnmişdir.

Mineral ehtiyatlar bərpa olunmayan təbii ehtiyatlardır; məsələn, neft, təbii qaz, daş kömür və s. yandırılarkən enerjiyə çevrilir. Onlardan bir daha istifadə etmək mümkün olmur. Bəzi mineral ehtiyatlar isə yenidən istifadə oluna bilir; məsələn, dəmir, qızıl, mis və s. filizlərdən alınan metaldan hazırlanan məhsul müəyyən vaxtdan sonra yenidən əridilir və başqa məhsul üçün istifadə olunur. Lakin bu proses bir neçə dəfə təkrarlandıqda metalın çəkisi getdikcə azalır.Qeyri-filiz faydalı qazıntılar da bərpa olunmayan mineral ehtiyatlara aiddir. Əhəngdaşı, qranit, bazalt, vulkan şüşələri və s. yaşayış evlərinin, sənaye və inzibati binaların tikintisində geniş istifadə edilir. Məişətdə gündəlik istifadə olunan adi duz da tükənən ehtiyatdır. Duzun çatışmazlığı insan orqanizmində ciddi xəstəliklərin yaranması ilə nəticələnə bilər. Mineral ehtiyatların miqdarı sabit deyildir. Son texnologiyaların tətbiqi yeni yataqların aşkar edilməsi ilə nəticələnə bilir. Məsələn, ABŞ, Rusiya və digər ölkələrdə yeni neft yataqları tapılmış və ehtiyatların miqdarı müəyyən edilmişdir. Azərbaycanda isə yeni texnologiHalar əsasında quruda “Qaradağ”, “Gürgan”, “Zirə”, dənizdə isə “Abşeron”, “Bahar”, “Dan ulduzu”, “Ümid” və “Şahdəniz” kimi təbii qaz yataqlarının ehtiyatı hesablanmışdır. Yer qabığı metallurgiya sənayesi üçün xammal əhəmiyyəti olan təbii ehtiyatlarla zəngindir. Lakin onların əksəriyyəti potensial ehtiyatlar (gələcəkdə istifadə oluna biləcək ehtiyat) hesab olunur. Potensial ehtiyatların xeyli hissəsi yerin daha dərin qatlarında yerləşir. Onların tərkibinin “kasıb” olması istehsalın iqtisadi səmərəliliyini azaldır. Ehtiyatların dağlıq ərazilərdə yerləşməsi isə daşınmalar zamanı əlavə nəqliyyat xərcləri tələb edir.Mineral ehtiyatlardan səmərəli istifadə dövlətin daim diqqət mərkəzində olan strateji məsələ olduğundan onlardan kompleks istifadə edilməsi üçün müxtəlif yollar tətbiq edilir.


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin