III mövzu.
İQLİM VƏ İNSAN SAĞLAMLIĞI.
İqlim şəraiti əhalinin müəyyən ərazidə məskunlaşmasına, onların təsərrüfat fəaliyyətinə, geyiminə, qidalanmasına və s.-yə təsir edən başlıca amillərdən biridir. Atmosferdə yaranan ekoloji problemlər birbaşa insan sağlamlığına təsir edir. Hava şəraiti insan sağlamlığına təsir edən ən mühüm faktorlardan biridir. Havanın temperaturu aşağı olduqda insan orqanizmində titrəmə, soyuqdəymə, donma, yuxarı olduqda isə halsızlıq, günvurma və s. hadisələr baş verir. İnsan sağlamlığına təsir edən amillərdən biri günəş şüalarıdır. Günəşin ultrabənövşəyi şüalan Yer səthindən təqribən 20-25 km hündürlükdə, stratosfer təbəqəsində yerləşən ozon (O3) qatı tərəfindən tənzimlənir.
Yer səthinə çatan ultrabənövşəyi şüaların təsiri insanlarda mərkəzi sinir sisteminin fəaliyyətini yüksəldir, dərinin qoruyucu funksiyasını yaxşılaşdırır, daxili vəzilərdə dəmirin fəaliyyətini aktivləşdirir, qanın tərkibində maddələr mübadiləsini yaxşılaşdırır. Lakin ultrabənövşəyi şüaların miqdarı normadan artıq olduqda dəri və göz xəstəliklərinin, bədxassəli şişlərin və s.-nin artmasına, ümumilikdə insanlarda immun sisteminin zəifləməsinə səbəb olur. Bu şüaların normadan çox olması ozon qatının zədələnməsi ilə əlaqədardır. Ozon qatının deşilməsi səbəblərindən biri də insanların təsərrüfat fəaliyyəti ilə bağlıdır. Ozon qatına daha çox təsir göstərən amillərə məişətdə suyun xlorlaşdırılması, əkinçilikdə azot gübrələrindən istifadə, soyuducu və kompressor istehsalında tətbiq olunan freon qazı və s. aiddir. Ozon qatının deşilməsi təhlükəsi Antarktida, Avstraliya və subtropik iqlim qurşağı üzərində müşahidə olunur. Atmosferə atılan kimyəvi maddələr ozon qatının deşilməsinin əsas səbəblərindəndir. Bu maddələrin təhlükəli xüsusiyyəti onların atmosferdə 50 ildən çox qalmasıdır. Kimyəvi maddələrdən istifadə hətta dayandırılsa da, onların ozon qatını aşılaması hələ uzun zaman davam edəcəkdir. İqlim dəyişmələri planetin inkişaf tarixində daim müşahidə olunmuşdur. Təbii iqlim dəyişmələrini havanın tərkibində olan su buxarı, karbon və metan qazı tənzimləyir. Onlar olmasa, planetin səthində temperatur indikindən 33°C aşağı olardı. Lakin bu qazların miqdarı yüksəldikcə temperatur artaraq təhlükəli həddə çatar və Yer səthində istilik balansının pozulmasına səbəb olar. Bu proseslər “istixana effekti”ni yaradır.
Dostları ilə paylaş: |